Qaynar xətt:

(+99450) 247 90 86

Sabahın havası AÇIQLANDI

Sabahın havası AÇIQLANDI

REDAKTORUN SEÇİMİ

265

15.04.2024, 15:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda və Abşeron yarımadasında aprelin 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 22-27° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq. Nigar