FHN: Ötən həftə 3 nəfərin meyiti tapılıb
14 Sentyabr 2026, 12:40
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1412
12.04.2024, 22:11
İranın aprelin 1-də Suriyadakı səfirlik binasındakı konsulluq binasını vuran İsrailə qarşı bu gün və ya ən geci sabah cavab verməyə hazırlaşdığı açıqlanıb.
Oxu24.com xəbər verir ki, bu iddia ilə ABŞ mediası çıxış edib.
ABŞ mediası Wall Street Journal (WSJ) və Bloomberg kəşfiyyat mənbələrinə əsaslanaraq yazıb ki, İran sabah axşam saatlarında İsrailə cavab verəcək.
WSJ bəyan edib ki, İran İsrail sərhədləri daxilində cənub və ya şimal bölgələrindəki hədəflərə birbaşa cavab verməyi planlaşdırır.
Məsələdən xəbəri olan ABŞ rəsmisi deyib ki, Amerika kəşfiyyatının hesabatları göstərir ki, İran İsrailin başqa yerlərdəki hədəflərindən fərqli olaraq bir-iki gün ərzində “İsrail ərazisinə” cavab hücumu təşkil edəcək.
İran hərbi rəsmilərinin Hayfa hava limanı və Dimonadakı nüvə obyekti də daxil olmaqla İsraildəki hədəfləri orta mənzilli raketlərlə vurmaq üçün hazırladığı planların İran lideri Ayətullah Əli Xameneidən təsdiq gözlədiyi iddia edilib.
Digər tərəfdən, qeyd olunub ki, İran və müttəfiqləri İsrailin beynəlxalq səviyyədə tanınmış ərazilərinə birbaşa hücum etmək əvəzinə, işğal altındakı Qolanda və ya ərəb dünyasındakı İsrail diplomatik binalarını hədəf almağı bir seçim kimi nəzərdən keçirir.
Hücum 48 saat ərzində baş verə bilər
Qərb kəşfiyyat qaynaqlarına əsaslanaraq eyni mövzuda xəbər hazırlayan Bloomberg, 48 saat ərzində İran ərazisindən pilotsuz uçuş aparatları və dəqiq raketlərlə İsrailə qarşı hücumların həyata keçirilə biləcəyini də qeyd edib.
Xəbərdə hücum planlarının hələ də İran rəhbərliyi tərəfindən təsdiqlənmədiyi, ABŞ-ın İsrailin müdafiəsi üçün hazırlıq gördüyü və bölgəyə əlavə hərbi varlıqlar ötürdüyü qeyd edilib.
İranın 2 min kilometr uzaqlıqdakı hədəfləri vurmaq üçün ehtiyatı var
Mütəxəssislər, İsrailə qarşı hər hansı cavab tədbirinin İranın mövcud imkanlarına əsaslanaraq raket və pilotsuz təyyarələrin birləşməsindən ibarət olacağını təxmin edərək, İranın "sərhədlərindən 2000 kilometr uzaqlıqdakı hədəfləri vura bilən əhəmiyyətli ballistik və qanadlı raketlər ehtiyatına sahib olduğuna" işarə edir.
İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin şəhərciyindəki konsulluq binasına hava hücumu həyata keçirib.
Hücum zamanı İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla, ümumilikdə 7 nəfər həlak olub.
İran lideri Ayətullah Əli Xamenei İsrailin Dəməşqdəki İran konsulluğuna hücumunun ölkəsinin ərazisinə hücum demək olduğunu bildirib və “Pis rejim səhv edib, cəzasını çəkməlidir və alacaq” deyib.
ABŞ prezidenti Co Bayden də İranın İsrailə qarşı hücum təhdidləri qarşısında Təl-Əvivə “sarsılmaz” dəstəyi davam etdirəcəklərini bildirib.
Miri
09:39 / 17 Sentyabr 2026
1
09:28 / 17 Sentyabr 2026
145
09:25 / 17 Sentyabr 2026
26
08:55 / 17 Sentyabr 2026
47
08:22 / 17 Sentyabr 2026
111
02:18 / 17 Sentyabr 2026
191
01:15 / 17 Sentyabr 2026
401
01:01 / 17 Sentyabr 2026
122
00:50 / 17 Sentyabr 2026
172
00:19 / 17 Sentyabr 2026
113
00:15 / 17 Sentyabr 2026
199
00:08 / 17 Sentyabr 2026
143
00:02 / 17 Sentyabr 2026
155
23:58 / 16 Sentyabr 2026
95
23:56 / 16 Sentyabr 2026
158
23:53 / 16 Sentyabr 2026
165
23:49 / 16 Sentyabr 2026
86
23:46 / 16 Sentyabr 2026
1058
23:38 / 16 Sentyabr 2026
123
23:34 / 16 Sentyabr 2026
414
23:32 / 16 Sentyabr 2026
344
23:31 / 16 Sentyabr 2026
300
23:26 / 16 Sentyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.