AZAL-ın təyyarəsi geri dönür - Təcili
23 İyun 2025, 23:04
Qaynar xətt:
(+99450) 247 90 86REDAKTORUN SEÇİMİ
276
12.04.2024, 15:38
Qoz qabıqlarını atmayın, onun özündən daha faydalıdır. Bu başlıq mənim kimi yəqin sizin dəqiqqətinizi çəkdi. Qozun faydaları haqqında çox danışmışıq. Bəs, qoz qabığının orqanizmin sağlamlığına təsiri nədən ibarətdir? Bəli, bu videoda qoz qabığının faydalarından və istifadə qaydalarından danışacağam. Diqqətiniz məndə olsun.
Yunan həkimi Dioskorid birim eranın 1-ci əsrində öz qeydlərində qozun müalicəvi əhəmiyyətindən bəhs edib. Bərk və nataraz olan qoz qabığı sağlamlığa faydaları baxımından heç də qozun ləpəsindən geri qalmır. Onun tərkibində kalium, maqnezium, yod, sink, dəmir, proteinlər, alkaloidlər, A, B, C, A vitamini, karbon turşuları, taninlər, liflər, az miqdarda zülal və yağ da var. Bu zəngin tərkibi sayəsində qoz qabığı min illərdir ki, xalq təbabətinin bir hissəsidir.
Qoz qabığından hazırlanan vasitələr nəyə faydalıdır?
Ağız boşluğunun sağlamlığı üçün. Qoz qabığı ağızda pis qoxuya səbəb olan zərərvericiləri məhv edir. Damaqlarda qanaxmanın qarşısını alır, ağız xoralarının-stomatitin sağalmasını sürətləndirir. Dişlərdə ərp örtüyünün və saralmanın əmələ gəlməsinə mane olur. Qoz qabığından hazırlanan məhlulu diş fırçasının üstünə tökün və 15 dəqiqə saxlayın. Sonra 3-5 dəqiqə həmin fırça ilə dişlərinizi intensiv şəkildə fırçalayın. Yaxşı olar ki, prosesi gün ərzində bir neçə dəfə təkrarlayasınız. Gün keçdikcə dişlərinizin bəyazlaşmasının şahidi olacaqsınız. Qoz qabığından hazırlanan məhlulla ağız boşluğunu yaxalamaq da olar.
Hipertoniya zamanı. Qoz qabığının tərkibində kumarin var ki, o, heç bir dərmanın köməyi olmadan qan təzyiqinin normallaşmasına kömək edir. Amma unutmaq olmaz ki, məhlulun hazırlanmasında alkoqollu maddədən istifadə olunur. Buna görə də, istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək yaxşıdır.
Dəri xəstəliklərinin müalicəsində. Kəsiklər, cızıqlar, həşərat dişləmələri, eqzema kimi dermotoloji problemlər, hətta saç tökülməsi zamanı qoz qabığından hazırlanan məhlul müsbət təsir edir. Dəridəki qızartını və qaşınmanı yox edir, epidermisin sürətli bərpasını dəstəkləyir. Bunun üçün qoz qabığı külünü bitki yağı ilə qarışdırmaq, yaxud bir neçə damcı balıq yağına qatmaq, alınan vasitəni zədəli nahiyəyə çəkmək, üstündən steril tənzif ilə sarıyaraq 2 saat gözləmək lazımdır.
Ginekoloji və sidik yolları xəstəlikləri zamanı. Bu hallarda məhlul daxilə qəbul edilməlidir.
Trombozun, aterosklerozun profilaktikasında və damarları təmizləmək məqsədilə, həmçinin, şəkərli diabet və soyuqdəymə zamanı istifadəsi. Bu zaman 1 xörək qaşığı məhlulu yarım stəkan suya qatın, gündə 2 dəfə yeməkdən əvvəl için.
Kosmetologiyada istifadəsi. Qoz qabığı məhlulunun köməyilə saçları möhkəmləndirmək mümkündür. Bunun üçün ayda 1-2 dəfə saçları qoz qabığı məhlulu ilə yumaq yetərlidir. Həmçinin, üyüdülmüş qoz qabığı skrab əleyhinə və antisellüloz vasitə kimi də istifadə edilir. Bu vasitəni evdə hazırlamaqla yanaşı, hazır şəkildə almaq da olar.
Qoz qabıqlarını yaxşıca yuyun, təmizləyin, kiçik hissələrə bölün. Sonra qəhvəüyüdənlə üyüdün. Üyüdülmüş qoz qabığını üz kremlərinə, duş gelinə, skrab əleyhinə vasitələrə qata bilərsiniz. Yaddan çıxarmayın ki, qoz allergik meyvələrdən sayılır. Odur ki, onunla əlqaədar olan hər hansı vasitədən istifadə etməzdən əvvəl mütləq orqanizmin reaksiyasını həkim nəzarətində yoxlayın. Bunun üçün qoz qabığından hazırlanan məhlulu qolunuzun istənilən nahiyəsinə çəkin. Əgər 24 saat ərzində nahiyədə qızarma, qaşınma, acışma kimi hallar peyda olarsa, məhluldan istfadə etməyin.
Bəs, haqqında danışdığım məhlul necə hazırlanır?
Həmçinin oxuyun
Su ilə hazırlanan məhlul:
15 ədəd qoz qabığını 500 ml qaynar suya əlavə edin, vam odda 10 dəq qaynadın. Məhlul tünd-qəhvəyi rəng alanadək dəmlənməsini gözləyin. Sonra cuna ilə süzün. Unutmayın ki, məhlul təzə-təzə hazırlanıb istifadə edilməlidir.
Araq ilə hazırlanan məhlul:
15 ədəd qoz qabığını şüşə qaba tökün. Üzərinə 50 ml araq, yaxud spirt əlavə edin. Ağzını bərk-bərk bağlayın və qaranlıq yerdə 14 sutka saxlayın. Qəbul etməzdən əvvəl azca soyudun. Gün ərzində 1 xörək qaşığı acqarına qəbul edin. Nəticədə, damarlar təmizlənəcək, şişlərin böyüməsinin qarşısı alınacaq, qan dövranı yaxşılaşacaq.
Qoz qabığı tozu:
Qoz qabıqlarını sobada qurudun. Sonra qəhvəüyüdəndə üyüdün.
Qoz qabığı külü:
Yaxşı olar ki, qoz qabıqlarını manqalda yandırasınız. Çünki bu zaman o, tərkibindəki faydalı maddələrdən heç nə itirmir. 30 dəqiqədən sonra alovu söndürün. Qoz qabığı külü qarışdırılmış 2 stəkan su zəhərlənmə zamanı orqanizmin təmizlənməsində köməyə çatır. Həmçinin, toksinlərin orqanizmdən atılmasını sürətləndirir. Sadəcə, bu vasitəni qəbul etməzdən əvvəl, həkimlə məsləhətləşsəniz, yaxşı olar.
16:32 / 24 İyun 2025
Bakıda əməliyyat: Xeyli sayda tutulan var +VİDEO
6
16:30 / 24 İyun 2025
Tramp Netanyahuya zəng edərək bunu istəyib
9
16:26 / 24 İyun 2025
Kamran Əliyev Binəqədidə vətəndaşları qəbul edib
8
16:20 / 24 İyun 2025
Türk Mədəniyyəti və İrsi Fondu ilə “İpək yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi arasındakı əməkdaşlıq güclənir
36
16:17 / 24 İyun 2025
İsrail Tehranda radiolokasiya stansiyasına hücum edib
9
16:01 / 24 İyun 2025
Hava limanında şok hadisə: Əsəbi zəif olanlar baxmasın!
193
15:57 / 24 İyun 2025
TƏCİLİ! İsrail İranı yenidən vurdu
19
15:49 / 24 İyun 2025
Əli Əsədov yeni qərar imzaladı
162
15:44 / 24 İyun 2025
Yeni qan qrupu aşkar edilib
20
15:14 / 24 İyun 2025
İranlı qadının üsyanı gündəm oldu: Biz rejimi sevmirik,amma... +VİDEO
235
15:11 / 24 İyun 2025
Gürcüstanın yeni baş prokuroru seçildi
33
15:08 / 24 İyun 2025
Trampdan yeni açıqlama
44
14:59 / 24 İyun 2025
Prezident Mingəçevirdə Çen Qianqı qəbul edib - FOTO
35
14:46 / 24 İyun 2025
Ukrayna Almaniyadan dron əleyhinə müdafiə sistemləri alıb
31
14:44 / 24 İyun 2025
Nazirdən MÜHÜM AÇIQLAMA
39
14:38 / 24 İyun 2025
SON DƏQİQƏ! Yeni komandan təyin edildi
733
14:35 / 24 İyun 2025
Qazın qiyməti də aşağı düşüb
41
14:18 / 24 İyun 2025
Atəşkəsdən sonra İrandan gündəm yaradacaq nüvə açıqlaması
1642
14:12 / 24 İyun 2025
Zelenski: Mən ən yaxşısı deyiləm, amma ən təcrübəliyəm
36
14:09 / 24 İyun 2025
Qətər XİN İran səfirini ABŞ hərbi bazasına hücumla bağlı çağırıb
32
14:01 / 24 İyun 2025
Pərvinin 100 mini oğurlandı - VİDEO
164
13:56 / 24 İyun 2025
Leyla və Arzu Əliyevalar Xızıda bu ailənin qonağı oldular - Fotolar
39
13:23 / 24 İyun 2025
İran atəşkəsi pozması barədə məlumatı təkzib edib
36
13:19 / 24 İyun 2025
Sara Safuradan açıqlama: "Həmin videoda Bərdəni nəzərdə tutmamışam"
469
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.