Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
24 Aprel 2026, 20:55
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
1293
15.02.2020, 22:35
"Baş nazir Nikol Paşinyan hərbi işğal faktını etiraf edib. Deyib ki, onun öz oğlu erməni silahlı qüvvələrinin sıralarında Azərbaycanın işğal olunmuş ərazilərində xidmət edir".
Publika.az Prezidentin köməkçisi Hikmət Hacıyevin Tvitter səhifəsinə istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə söyləyib.
***
"Ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur".
Publika.az Prezidentin köməkçisi Hikmət Hacıyevin Tvitter səhifəsinə istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə söyləyib.
Dövlət başçısı deyib: "Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!"
Dövlətimizin başçısı deyib ki, biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik - ərazilərin bir hissəsinin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması. Dağlıq Qarabağın statusu sonra müəyyənləşdirilə bilər. Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır.
***
Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır.
Publika.az Prezidentin köməkçisi Hikmət Hacıyevin Tvitter səhifəsinə istinadla xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə bildirib.
Həmçinin oxuyun
***
Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan qətnamələrinin həqiqi mahiyyətini yanlış izah edir.
Publika.az Prezidentin köməkçisi Hikmət Hacıyevin Tvitter səhifəsinə istinadla xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana izah etməlidir ki, Dağlıq Qarabağ Ermənistanın deyil, dünyada heç bir ölkə Dağlıq Qarabağı tanımır.
***
Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib.
Publika.az Prezidentin köməkçisi Hikmət Hacıyevin Tvitter səhifəsinə istinadla xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə deyib.
***
Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilir.
Publika.az xəbər verir ki, müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan iştirak edirlər.
23:21 / 24 Aprel 2026
14
22:43 / 24 Aprel 2026
180
22:31 / 24 Aprel 2026
42
22:31 / 24 Aprel 2026
53
22:29 / 24 Aprel 2026
44
22:21 / 24 Aprel 2026
50
22:20 / 24 Aprel 2026
53
22:15 / 24 Aprel 2026
1168
22:13 / 24 Aprel 2026
40
22:10 / 24 Aprel 2026
343
22:07 / 24 Aprel 2026
46
22:03 / 24 Aprel 2026
107
22:00 / 24 Aprel 2026
82
21:56 / 24 Aprel 2026
49
21:44 / 24 Aprel 2026
135
21:10 / 24 Aprel 2026
103
20:55 / 24 Aprel 2026
77
20:49 / 24 Aprel 2026
83
20:29 / 24 Aprel 2026
107
20:08 / 24 Aprel 2026
97
19:52 / 24 Aprel 2026
69
19:37 / 24 Aprel 2026
80
19:29 / 24 Aprel 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.