Qaynar xətt:

(+99450) 247 90 86

Pakistan Ermənistanı bir dövlət kimi tanımaqdan növbəti dəfə imtina etdi - RƏSMİ

2020/01/14/1579007067_depositphotos_112130124-stock-photo-azerbaijan-flag-with-pakistan-flag.jpg

QARABAĞ

609

14.01.2020, 17:01

Pakistanın Azərbaycandakı səfirliyi yerli KİV-də Pakistan və Ermənistan arasında diplomatik əlaqələrin qurulması barədə yayılan məlumatlara münasibət bildirib.

Diplomatik nümayəndəlikdən Oxu24.com-a verilən məlumata görə, Pakistanın bu məsələdəki mövqeyi dəyişməzdir.

"Bir daha qeyd edirik ki, Pakistanın Ermənistanı tanımaq məsələsində mövqeyi dəyişməzdir. KİV-də yanvarın 10-da dərc olunan bu yazının heç bir əsası yoxdur”, - səfirliyin açıqlamasında deyilir.