Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1516
30.10.2021, 09:37
İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı bəzi detallar məlum olub.
Oxu24.com xəbər verir ki, Baku TV-nin əməkdaşları azyaşlının ailəsində olub.
Bildirilib ki, Günay Şükürova 27 oktyabr tarixində qızını götürərək, qayınatası evinə gəlib və orada bildirib ki, qızının qarnına su yığılıb, onu həkimə aparmaq lazımdır.
Bundan sonra azyaşlının nənəsi Sənubər xanım qızını götürərək, həkimə gediblər və orada məlum olub ki, 11 yaşlı qız 31 həftəlik hamilədir.
Araşdırma zamanı məlum olub ki, 11 yaşlı qızın anası Günay Şükürovanın həyat yoldaşı Şamxal Şükürov bir neçə il əvvəl vəfat edib. Bundan sonra qadın rayon sakini Qurban Fərəcov adlı şəxslə qeyri-rəsmi birgə yaşamağa başlayıb. Dəhşətli hadisə də bundan sonra baş verib.
“O, bir il beş ay bizdə qaldı, burada söz-söhbət olmadı. Getdi atasının evinə, mənim sinif yoldaşım Qurban ona elçi getdi, aldı. Yaxın vaxtlarda bilmişik ki, qızı zorlayıb. Dünən uşaq dünyaya gətirib. İndi uşağın harada qalması sual altındadır. Ana tərəfi istəmir, ata tərəfi istəmir”, - bu sözləri qızın əmisi Sabutay Şükürov bildirib.
Araşdırma zamanı o da məlum olub ki, Q.Fərəcov azyaşlını bir neçə dəfə zorlayıb.
S.Şükürov qeyd edib ki, anası bilərəkdən hadisəni gizlədib.
Qeyd edək ki, faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
09:19 / 10 Noyabr 2026
1
08:56 / 10 Noyabr 2026
88
08:46 / 10 Noyabr 2026
86
08:42 / 10 Noyabr 2026
438
05:37 / 10 Noyabr 2026
138
05:27 / 10 Noyabr 2026
203
04:34 / 10 Noyabr 2026
141
04:12 / 10 Noyabr 2026
198
02:34 / 10 Noyabr 2026
173
02:02 / 10 Noyabr 2026
162
01:30 / 10 Noyabr 2026
405
01:19 / 10 Noyabr 2026
555
01:00 / 10 Noyabr 2026
239
00:25 / 10 Noyabr 2026
1170
00:20 / 10 Noyabr 2026
165
00:14 / 10 Noyabr 2026
534
00:08 / 10 Noyabr 2026
164
23:52 / 09 Noyabr 2026
302
23:52 / 09 Noyabr 2026
2580
23:48 / 09 Noyabr 2026
163
23:42 / 09 Noyabr 2026
442
23:37 / 09 Noyabr 2026
553
23:32 / 09 Noyabr 2026
194
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.