Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
621
29.10.2021, 16:01
"Keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan dekabrın 17-də Gorusa gələrək silahlı qüvvələrin Gorus və Mehridən geri çəkilməsini, Zəngilan və Qubadlı mövqelərini Azərbaycana verməsini tələb edib".
Oxu24.com xəbər verir ki, bu barədə "Hrparak" nəşri yazıb. Məqalədə qeyd olunur ki, Hayastan blokunun üzvü, Sünik şəhərinin keçmiş qubernatoru Artur Sarkisyanın bu açıqlaması bir daha təsdiqlədi ki, Paşinyan və onun müdafiə naziri Azərbaycanın müharibədən maksimum fayda əldə etməsi üçün əlindən gələni edib.
“Biz narahatıq, ona görə ki, yüksək rütbəli məmurlar deyirdilər ki, hər kəs durduğu vəzifədə qalır. Noyabrın 9-da imzalanan müqavilədə bizim niyə qayıtmağımız qeyd olunmayıb. Nazirdən nə soruşduq, dedi, bilmirəm, sabah saat beşdə hamınız qayıtmalısınız.
Hazırda azərbaycanlılar Sisian inzibati ərazisində, Qara gölün yanında, İşxanasar hissəsindədir” deyə Artur Sarkisyan bildirib.
Nəşr yazır ki, noyabrın 9-da sənədin imzalanmasından 10 gün sonra vəzifəsindən istefa verən keçmiş Baş Qərargah rəisi Movses Akopyan təsdiq edib ki, noyabrın 9-da imzalanan sənəddə hər şey yazılıb.
"Mən anlamıram ki, bu gün insanlar niyə başa düşmür və manipulyasiya etmək istəmirlər. Həmin sənədi oxuyanda mənə aydın oldu ki, biz bu mövqedən kənara çıxacağıq. Orada çox aydın yazılıb ki, Ermənistan Respublikasının Silahlı Qüvvələri yalnız Ermənistan Respublikasının dövlət sərhədində dayanacaq. Ermənistan Respublikasının başqa yerdə silahlı qüvvələri olmayacaq" deyə Akopyan bildirib.
Onun sözlərinə görə, Nikol Qarabağın Azərbaycan olduğunu artıq qəbul edib.
"Sənəddə deyilir ki, bütün qüvvələr müharibə bitəndə olduğu yerdə qalacaq. Bunun yanında bir məqam da var. Orada deyilir ki, Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi ilə paralel olaraq Ermənistan silahlı qüvvələri də geri çəkilir. Görülənlər 9 noyabr sənədinə uyğun gəlirdi" deyə Baş Qərargah rəisi fikrini tamamlayıb. / Metbuat.az
09:35 / 10 Noyabr 2026
1
09:26 / 10 Noyabr 2026
50
09:19 / 10 Noyabr 2026
54
08:56 / 10 Noyabr 2026
110
08:46 / 10 Noyabr 2026
116
08:42 / 10 Noyabr 2026
609
05:37 / 10 Noyabr 2026
141
05:27 / 10 Noyabr 2026
212
04:34 / 10 Noyabr 2026
145
04:12 / 10 Noyabr 2026
203
02:34 / 10 Noyabr 2026
174
02:02 / 10 Noyabr 2026
162
01:30 / 10 Noyabr 2026
412
01:19 / 10 Noyabr 2026
561
01:00 / 10 Noyabr 2026
246
00:25 / 10 Noyabr 2026
1203
00:20 / 10 Noyabr 2026
165
00:14 / 10 Noyabr 2026
545
00:08 / 10 Noyabr 2026
166
23:52 / 09 Noyabr 2026
305
23:52 / 09 Noyabr 2026
2659
23:48 / 09 Noyabr 2026
163
23:42 / 09 Noyabr 2026
446
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.