Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
2952
07.06.2021, 15:29
"Qazax rayonundakı düşmən işğalı altında olan kəndlərimizlə bağlı vəziyyət bir qədər fərqlidir. Bu kəndlər bilavasitə Ermənistan torpaqları ilə əhatə olunub və həmin kəndlərin azad olunması daha çox diplomatik yollarla həyata keçirilməlidir”.
Politoloq Əlimusa İbrahimov Qazaxın işğal altındakı 7 kəndi ilə bağlı sitiuasiyanı Sfera.az-a şərh edərkən belə deyib.
O qeyd edib ki, bu kəndlərin azad olunması məqsədilə əraziyə ordu yeridilməsi ermənilər üçün Azərbaycana qarşı istifadə edə biləcəkləri bəhanə ola bilərdi: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu fakta cavabsız qala bilməz. Lakin bu, Azərbaycanın xarici təsirə məruz qalmasından ehtiyat edərək, öz torpaqlarının erməni işğalında qalması ilə barışacağı anlamına gəlmir. Sadəcə, o kəndlərin Azərbaycana qaytarılmasının zəruriliyi haqqında yetərincə təbliğat aparılmalıdır.
Müsahibimiz bildirib ki, düşmən ölkədə baş tutacaq parlament seçkilərindən sonra Qazaxın 7 kəndinin qaytarılması da öz həllini tapacaq: "Sülh və danışıqlar yolu ilə alınarsa, bu, ermənilərin xeyrinə olacaq. Əks halda 7 kəndlə yanaşı, başqa hansı ərazilərin Azərbaycana çatacağı haqda qoy, onlar özləri düşünsünlər”.
Xatırladaq ki, Qazax rayonu Ermənistanla 168 km-lik sərhəd zolağına malikdir. İşğal olunan kəndlər: Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimlidir.
Günay Rəsulqızı
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.