Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
4923
04.06.2021, 22:27
Rusiya prezidentinin qrup yoldaşı olan Bastrıkin 19 yaşlı gəncin öldürülməsində günahkar kimi azərbaycanlıları görüb və qatili azadlığa buraxılması azmış kimi, hadisə yerində olan iki nəfərin də həbsinə göstəriş verib
Oxu24.com xəbər verir ki, 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi güllələyib öldürən Novosibirsk vilayətinin yol polisi müfəttişi Aleksandr Qusev həbsdən buraxılıb. Bu barədə əmri Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırıkin imzalayıb. Bildirilir ki, polis 19 yaşlı azərbaycanlını həbs edərkən onu “istəmədən” vurub. Rusiya İstintaq Komitəsində bildiriblər ki, polis məmurlarına qarşı zor tətbiq edən iki şübhəli isə həbs edilib. Aleksandr Qusev polis nəzarətində olacaq.
![]()
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırıkin
İstintaqa görə, mayın 28-də dayanmaq əmrinə tabe olmayan avtomobil polis təqibinə alınıb. Yol polisi avtomobili saxladıqdan sonra onlardan birinin xidməti maşına aparmaq istəsə də, rədd cavabı alıb. İddia olunur ki, avtomobildə olan sərnişinlər polis əməkdaşlarına qarşı zor tətbiq edib və onu təhqir ediblər. Polis bu vaxtı "istəmədən tətiyi çəkib". Mayın 30-da Vəkil Abdullaev xəstəxanada ölüb. Bundan sonra isə Qusev həbs olunub.
astrıkin yol polisinin həbs olunmasında israr edən Novosibirsk müstəntiqlərinə qarşı rəsmi yoxlama başlamaq haqda göstəriş verib.
Rusiyanın “Komsomolskaya Pravda”nəşri bir neçə gün əvvəl hadisə ilə bağlı araşdırmasını dərc etmişdi. Bildirilirdi ki, mayın 28-də Vəkil iki dostu ilə birlikdə Tomskdan qayıdırmış. Tomska getmələrinə səbəb maşın üçün sifariş etdikləri ehtiyat hissələri almaq olub. Xarici avtomobili sahibi 19 yaşlı Vəkil idarə edirmiş. Onlara evə qayıdarkən tamamilə ayıq olublar.
Novosibirsk bölgəsində "Toyota" yol polisi əməkdaşı tərəfindən təqibə alınıb. Bunun səbəbi ilə bağlı iki fərqli versiya var. Yol polisi iddia edirlər ki, “Toyota” “saxla” əmrinə tabe olmayıb və bu səbəbdən avtomobili təqibə alıb. Gənclər isə iddia edir ki, yol polisinin onları saxlamaq istəməsini, hətta onları miqalka ilə təqib etdiyini görməyiblər. Maşını isə bir kafenin qarşısında özləri saxlayıblar ki, tualetə girsinlər. Avtomobildə isə Vəkildən başqa qardaşı İlkin və Ruslan adları dostları olub.
İlkin deyib ki, onlar qayıdanda görüblər ki, yol polisi Ruslanın əl-qolunu buraraq zorla avtomobilə soxmağa çalışır. “Biz onların yanına qaçdıq. Müfəttiş avtomobilimizin şüşəsini yumruqlamağa başlayanda hirsləndik. Polis bu dəfə Vəkilə qarşı zor tətbiq etməyə başladı. Ruslan isə telefonunu çıxarıb bütün bu baş verənləri çəkməyə çalışdı. Onun mobil telefonunu aldı, sonra isə mən baş verənləri çəkməyə başladım” deyə, o bildirib.
“Bu video artıq demək olar ki, bütün ölkə tərəfindən izlənilib. Kadrlarda gənclər yol polisinə müqavimət göstərir, patrul avtomobilinə minmək istəmirlər. Hər ikisi də ana söyüşü edirlər. Sonra çəkiliş kəsilir. Və kadrlarda gənc sürücü Vəkilin avtomobilin kapotundan necə süründüyü, ağzından qan axdığı görünür. Onun başı üzərində həyəcanlı yol polisi dayanıb, əlində tapança ...” deyə, Rusiya nəşri yazıb.
Qardaşı deyib ki, polis əlində tapança ilə Vəkili maşının kapotuna sıxanda hər şeyin ciddi olduğunu başa düşüb. “Müdaxilə etmək üçün ani telefonu söndürdüm və bu zaman atəş səsi eşidildi. Mən o anı çəkmədim. Qanı gördükdə əvvəlcə şok oldum, ancaq telefonumu yenidən çıxarıb çəkməyə başladım ” deyə, o bildirib. İlkin və hadisənin digər şahidi deyib ki, yol polisindən kəskin spirt iyi hiss ediblər.
![]()
Həbs olunan azərbaycanlılar
Müstəntiqlərin versiyasına görə də yol polisi əməkdaşı səlahiyyət həddini aşaraq 19 yaşlı oğlanı yumruq və təpiklə vuraraq ona zor tətbiq edib. Bundan sonra, "PM" tipli xidməti tapançasını çıxararaq, atəşə hazır vəziyyətə gətirib, sonra isə tətiyi çəkib.
Qeyd edək ki, bu hadisədən sonra Rusiyada polisin azadlığa buraxılması ilə bağlı bəzi tələblər səslənirdi. Belə görünür ki, Rusiya prezidentinin qrup yoldaşı olan Bastrıkin 19 yaşlı gəncin öldürülməsində günahkar kimi azərbaycanlıları görüb və qatili azadlığa buraxılması azmış kimi, hadisə yerində olan iki nəfərin də həbsinə göstəriş verib...
Musavat.com
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.