Gecə saat 3-də xain plan. Həmin gün ermənilərin məqsədi Azərbaycan hərbçilərini mühasirəyə almaq idi. Lakin son anda planları pozuldu. Ermənilərin gizlətməyə çalışdığı o olay belə üzə çıxdı…
Oxu24.com xəbər verir ki, Saxta info saytı bu məsələni araşdırıb.
27 may, 2021-ci il, gecə saat 3:00… İki erməni kəşfiyyat qrupu azərbaycan ərazinə keçdi. Onlardan biri 9, digəri isə 15 hərbçidən ibarət dəstə təxribata əl atacaqdı. Lakin həmin gecə onların bu planı pozuldu. Azərbaycan əsgəri onlardan 6 nəfəri yaxalaya bildi. Hadisələr isə əslində bundan sonrea cərəyan etməyə başladı.
İlk olaraq Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı məlumat yayaraq hərbçilərin əraziyə mühəndis işləri aparmaq üçün göndərildiyini, Azərbaycan təfəfinin isə onları mühasirəyə alaraq əsir götürdüyünü açıqladı. Təsəvvür edən, gecənin yarısı mühəndis işləri.
Lakin nazirliyin yaydığı xəbəri yalanlayan açıqlama gecikmədi. Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Edvard Əsryan məqsədlərinin Azərbaycan hərbçilərini mühasirəyə salmaq olduqlarını etiraf edib. Nikol Paşinyan tamam fərqli, erməni əsgərlərinin həmin zaman minalama işi apardığını deyib. Göründüyü kimi açıqlamalar üst-üstə düşmür. Ortada başqa səbəblər var.
Biri məqsədin mühəndis işləri həyata keçirmək, digəri sərhəddə təhlükəsizliyi təmin etmək üçün mina basdırmaq, digəri isə Azərbaycan hərbçilərini mühasirəyə almaq olduğunu deyib. Bu isə Ermənistan tərəfinin sərhəddə baş verən hadisə ilə bağlı əsl təffərüatları gizlətməyə çalışıdığını deməyə əsas verir.
Ermənistan hərbi-siyasi rəhbərliyinin bu məsələdə sözü yalnız bir məqamda üst-üstə düşür. Guya Azərbaycan ordusunun bölmələri 6 erməni hərbçisini Ermənistan tərəfə keçərək əsir götürüb. Üstəlik, bunu sübut etmək üçün onlar müəmmalı xəritələr yayır.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın bu iddiasına coğrafi koordinatlar cavab verib. Ermənilər Azərbaycan hərbçilərinin hər vəchlə 800-1500 metr, bəzi hallarda 3,5 km məsafədə Ermənistan ərazisinə daxil olduğunu sübut etməyə çalışsalar da bu koordinatlar sözügedən ərazinin məhz Azərbaycanın sərhədləri daxilinə düşdüyünü göstərir. Ermənilərin tez-tez müraciət etdiyi keçmiş SSRİ Silahlı qüvvələri Baş Qərargahının topoqrafik xəritələrində də həmin ərazi Azərbaycanın sərhədləri daxilinə düşür.
Digər tərəfdən əsir götürülən erməni hərbçilərinin Ermənistan ərazisində olmasına dair İrəvanın iddiası əsaslı deyil. Bir anlığa nəzəri cəhətdən belə olduğunu qəbul edək. Bu halda sual yaranır: ermənilər sərhəddə hansısa yüksəklikdə deyil, niyə öz ərazilərində mühəndis işləri həyata keçirirdilər? Həm də 800-150 metr arxda. Yaxud nəyə görə, öz ərazilərini minalayırdılar? Əgər doğrudan da öz ərazilərində olublarsa mühəndis-istehkam işlərini gecə saat 3 radələrində aparmağa nə gərək vardı? Bu prosesi gündüz vaxtı da icra etmək olardı. Hərbi mütəxəssislər bildirirlər ki, mühəndis işləri kiçik qruplar tərəfindən icra edilmir. Belə qruplar yalnız kəşfiyyat-diversiya məqsədilə göndərilir.
Müdafiə və təhlükəsizlik üzrə ukraynalı ekspert Oleq Starikov ermənilərin gecə saatlarında mühəndis işləri “həyata keçirməsinə” diqqət çəkib. O deyib ki, istər hərbi, istərsə də mülki qurumlarda bu işlər iş vaxtı həyata keçirilir: “Bunlar isə guya gecə işləyirlər. Gecə saat üçdə işçilərin iştirakı ilə heç bir iş aparıla bilməz. Əgər müharibə və ya döyüş vəziyyəti deyilsə, həmin saatda xüsusi personal yatmalıdır. Nizamnamə bütün silahlı qüvvələr üçün eynidir”.
Qeyd edilənlərdən bu nəticəyə gəlmək olur ki, ermənilər Azərbaycanın sərhəd dəqiqləşməsi çərçivəsində öz ərazilərində mövqe tutmasına mane olmaq üçün bu varinata əl atıblar. Yəni Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyildiyi kimi, mövqelərin təminat yollarına mina basdıraraq şəxsi heyətin itkisinə nail olmaq istəyiblər. Plan baş tutmadğından müxtəlif variantlar irəli sürməyə başlayıblar.
Saxta.info sadalanan faktlara əsaslanaraq bu qənaətə gəlib ki, erməni kəşfiyyat-diversiya qruplarının sərhədi keçərək əraziləri minalamağa cəhd göstərməsinə dair Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması əsaslıdır.
Oxu24.com
ŞƏRHLƏR