Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1431
29.05.2021, 22:49
Paşinyanın bu gün tərəfdarları ilə görüşündə bildirib ki, Qaragölün 30 faizi üçün müharibəyə başlamayacaq.
Erməni baş nazirin bu açıqlaması iki məqsədə xidmət edir:
Birincisi, dünənə qədər “güc tətbiqi”ndən danışan Nikol sərhəd məsələsinin həlli ilə bağlı həmsədr ölkələrin “beynəlxalq müşahidəçi” kimi bölgəyə yerləşdirilməsi təklifinin qəbul edilməsi üçün anlaşmaq istədiyini göstərir;
İkincisi, sərhədin müəyyənləşdirilməsində iştirak etməsini istədiyi “beynəlxalq müşahidəçilərə” öncədən Qaragölün 70 faizinin Ermənistana məxsus olduğunu çatdırmaq istəyir;
Ermənistanın sərhəd məsələsində “güc tətbiqi”ndən danışması da “beynəlxalq müşahidəçi” təklifinə zəmin yaratmaq üçün vəziyyətin gərginləşdirilməsi idi. Buna nail olana qədər sərhəd boyunca təxribatlara davam edəcəkləri istisna deyil.
Paşinyanın çıxışında digər diqqətçəkən məqam Mehri dəhlizi və Qazaxın 7 kəndinin 10 noyabr razılaşmasından çıxarılmasıdır.
Üçtərəfli bəyanatda dəhliz ifadəsi yer almasa da Naxçıvanı Azərbaycanla birləşdirən ifadəsi eyni mahiyyəti daşıyır. Paşinyan daxili siyasətdə çətin vəziyyətə düşməmək üçün Mehri ifadəsindən imtina edib.
Qazaxın 7 kəndinin qaytarılması məsələsinin 10 noyabr razılaşmasının gündəmdə olduğunu erməni baş nazir özü də etiraf edir. Lakin iddiasına görə, onun tələbindən sonra bəyanatdan çıxarılıb.
Azərbaycan qalib gələn tərəf kimi niyə Ermənistanın bu tələbi ilə razılaşmalı idi?
Bakı bəyanata imza atan Paşinyanın hakimiyyətdə qala və razılaşmaları icra edə bilməsi üçün kəndlərlə bağlı məsələni sonrakı dövrə saxlayıb.
Şuşaya “İsgəndər” raketi atıldığını ilk dəfə etiraf edən Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi Movses Akopyan da “kəndlərlə bağlı məsələnin razılaşmadan buna görə çxıarıldığını” demişdi.
İndi Ter-Petrosyanı və Koçaryanı Qarabağ məsələsində ittiham edən Nikol bu iddialarla seçkiöncəsi özünə “bəratə qazandırmaq” istəyir.
Asif Nərimanlı
03:10 / 12 Noyabr 2026
107
01:25 / 12 Noyabr 2026
131
00:55 / 12 Noyabr 2026
139
00:43 / 12 Noyabr 2026
130
00:35 / 12 Noyabr 2026
309
00:33 / 12 Noyabr 2026
125
00:27 / 12 Noyabr 2026
139
00:24 / 12 Noyabr 2026
160
00:19 / 12 Noyabr 2026
163
00:17 / 12 Noyabr 2026
253
00:11 / 12 Noyabr 2026
157
23:54 / 11 Noyabr 2026
140
23:52 / 11 Noyabr 2026
138
23:50 / 11 Noyabr 2026
165
23:45 / 11 Noyabr 2026
1266
23:28 / 11 Noyabr 2026
129
23:24 / 11 Noyabr 2026
138
23:18 / 11 Noyabr 2026
154
23:09 / 11 Noyabr 2026
148
23:03 / 11 Noyabr 2026
136
23:01 / 11 Noyabr 2026
158
22:55 / 11 Noyabr 2026
131
22:38 / 11 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.