Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
8037
21.05.2021, 08:11
Bəzi tiktokerlərin dediyinə görə artıq Zəngəzuru almışıq, irəvana bayraq sancımışıq.
Bir çox yutub kanallarımız və mənşəyi məlum olmayan saytlarımız isə qızğın müharibə aparır.
Bunu birdəfəlik bilmək lazımdır ki, Azərbaycanın ermənistanın beynəlxaq səviyədə tanınan ərazisinə keçmək oranı tutmaq zəbt etmək kimi bir niyyəti yoxdur.
“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir”. Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib. O bildirib ki, Azərbaycan Zəngəzur dəhlizini icra edəcək, Ermənistan bunu istəsə də, istəməsə də: “İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.
Bu il aprel ayının 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyasında İlham Əliyev bu məsələyə bir daha diqqət çəkib: “Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvana səfəri zamanı bu məsələyə bir daha diqqət çəkdi: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.
Rusiya hökumətinin yüksək rütbəli məmurlarının son açıqlamaları dolayısı ilə Moskvanın Qarabağla bağlı üçtərəfli bəyanatın müddəalarına ciddi riayət olunmasına dair mövqeyinin dəyişməzliyinə dəlalət edir.
Belə ki, Kazanda Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində Rusiyanın Baş naziri Mixail Mişustin Nikol Paşinyanla keçirilən görüşündə üçtərəfli bəyanatların icrası, bu kontekstdə nəqliyyat əlaqələrinin bərpası məsələsinə toxunub. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağda hərbi əməliyyatlar bitdikdən sonra qəbul etdikləri bəyanatların birgə iş üçün böyük imkanlar açdığını deyən Mişustin bildirib ki, bu, ilk növbədə, bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması, yeni infrastruktur marşrutlarının yaradılmasıdır. Bütün bunlar Cənubi Qafqaz bölgəsinin davamlı inkişafı üçün şərait yaradacaq.
08:13 / 12 Noyabr 2026
121
07:20 / 12 Noyabr 2026
89
03:10 / 12 Noyabr 2026
136
01:25 / 12 Noyabr 2026
223
00:55 / 12 Noyabr 2026
203
00:43 / 12 Noyabr 2026
146
00:35 / 12 Noyabr 2026
392
00:33 / 12 Noyabr 2026
135
00:27 / 12 Noyabr 2026
150
00:24 / 12 Noyabr 2026
180
00:19 / 12 Noyabr 2026
180
00:17 / 12 Noyabr 2026
303
00:11 / 12 Noyabr 2026
171
23:54 / 11 Noyabr 2026
152
23:52 / 11 Noyabr 2026
148
23:50 / 11 Noyabr 2026
175
23:45 / 11 Noyabr 2026
1685
23:28 / 11 Noyabr 2026
141
23:24 / 11 Noyabr 2026
151
23:18 / 11 Noyabr 2026
168
23:09 / 11 Noyabr 2026
156
23:03 / 11 Noyabr 2026
148
23:01 / 11 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.