Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
5009
20.05.2021, 17:22
Ucar Rayon Mərkəzi Xəstəxanasında həkim özbaşnalığı davam edir. Baş direüktor işə gecikir,müavini xəstəxanada at oynadır.
Oxu24.com xəbər verir ki, Mərkəzi Xəstəxanada nizam-intizamda ciddi problemlər yaşanır. Saytımızın baş redaktoru xəstəxanada həkim özbaşnalığı və qanun pozuntuları ilə qarşılaşıb.
Baş redaktorun sözlərinə görə, sənəd işləri ilə bağlı xəstəxanaya gedib. Bu zaman baş direktorun müavini Xaləddin həkimin özbaşınalığı ilə qarşılaşıb.
"Bu gün səhər saatlarında Ucar Rayon Mərkəzi Xəstəxanasına getdim. Əlimizdə xəstəxanada yatmaq üçün möhürlü sənəd olduğu halda baş direktorun müavini bizi yalnış olaraq Göyçaya yönləndirməyə çalışdı. Ona bildirdim ki, Bakıdan verilən rəyə əsasən xəstə yaşadığı ərazidə statsionar müalicə almalıdır.
Xaləddin doktor, bunun mümkün olmadığını bildirdi və "mənim başım xarab olub,gedin Göyçaya", deyərək bizi otaqdan çıxardı.Onların özbaşına əməlləri ilə artıq 4-cü dəfədir ki, qarşılaşıram və hər dəfə də TƏBİB-ə məlumat vermişəm.Hər dəfə də bunların qanunsuz əməlləri TƏBİB nümayəndəsinin müdaxiləsindən sonra yoluna düşmüşdü.
Mən həkim özbaşnalığı barədə xəstəxananın baş direktoru Zeynal Bayramlı ilə görüşmək istəsəm də onu işdə tapa bilmədim. Saat 10-dan etibarən xəstəxanada idim. Baş direktor saat 12-də işə gəldi və məni qəbul etməkdən imtina etdi və mühafizəçiləri bizə hücum çəkdi. Bu özbaşnalıq barədə TƏBİB-ə müraciət etdikdən sonra məcbur qalan baş direktor xəstəxanada yatmaq üçün lazımı olan sənədi imzaladı.
Mən mətbuat vasitəsi ilə TƏBİB sədri hörmətli Ramil Bayramlıya müraciət edirəm. Ucar rayon xəstəxanası bazara çevrilib. Baş direktor və müavini burada öz mülkü kimi davranır.Sizə sual edirəm: Rəsmi möhürlə təsdiqlənmiş sənədi Ucar rayon Mərkəzi Xəstəxanası niyə icra etmir?.Bu hələ tam deyil.
Dövlət tərəfindən Ucar rayonunda müasir xəstəxana tikilsə də istifadə olunmur. Yeni tikilən binadan inzibati bina kimi istifadə olunur və xəstəxananın əsas heyyyəti poliklinikada yerləşdirilib.Sual yaranır. Bu böyüklükdə inzibati bina yalnız baş direktorun oturması üçün nəzərdə tuutlubmu? Ümid edirəm ki,TƏBİb rəhbərliyi bu özbaşnalıqlarla bağlı açıqlama verəcək", deyə jurnalist qeyd edib.
Ucar Rayon Mərkəzi Xəstəxanasında hökm sürən özbaşnalıqlarla bağlı növbəti yazıları təqdim edəcəyik.
Oxu24.com
08:13 / 12 Noyabr 2026
121
07:20 / 12 Noyabr 2026
89
03:10 / 12 Noyabr 2026
136
01:25 / 12 Noyabr 2026
223
00:55 / 12 Noyabr 2026
203
00:43 / 12 Noyabr 2026
146
00:35 / 12 Noyabr 2026
392
00:33 / 12 Noyabr 2026
135
00:27 / 12 Noyabr 2026
150
00:24 / 12 Noyabr 2026
180
00:19 / 12 Noyabr 2026
180
00:17 / 12 Noyabr 2026
303
00:11 / 12 Noyabr 2026
171
23:54 / 11 Noyabr 2026
152
23:52 / 11 Noyabr 2026
148
23:50 / 11 Noyabr 2026
175
23:45 / 11 Noyabr 2026
1685
23:28 / 11 Noyabr 2026
141
23:24 / 11 Noyabr 2026
151
23:18 / 11 Noyabr 2026
168
23:09 / 11 Noyabr 2026
156
23:03 / 11 Noyabr 2026
148
23:01 / 11 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.