Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50646
az

Ata Abdullayev bu dəstənin üzvü imiş - SİRLƏR AÇILIR

08:4616 Mart, 2021
2209
  • A
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddəsi ilə ittiham edilir. İttiham təsdiqini taparsa, onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Bu, Ata Abdullayevin istintaqa təqsirləndirilən şəxs qismində cəlb edildiyi ilk iş deyil. 2009-cu ilin yayında təhlükəsizlik orqanları tərəfindən onu 10 nəfərlik dəstənin üzvü kimi saxlayıblar. O dövrdə Ata Abdullayev istintaqla o dərədəcə əməkdaşlıq edib ki, son nəticədə yüngül cəza ilə yaxasını kənara çəkə bilib. Onunla bərabər həbs edilənlər isə Vaqif Mirzəzadə, Şəmsəddin Abdurrəhmanov, Tahir Əmirquliyev, Elyar Qocazadə, Nazim Həsənov, Əhliman Məmmədov, Murad Mahmudov, Səidə Məmmədova və Nigeriya Federativ Respublikasının vətəndaşı Mutiu Olovu olublar. Dəstənin digər üzvləri kimi Ata Abdullayevə də Cinayət Məcəlləsinin 271.2.1 və 271.2.3 (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxilolma ilə külli miqdarda ziyan vurma), 177.3.1 və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdar əmlakını gizli talama) maddələri ittiham irəli sürülüb. O dövrdə ittiham üzrə dindirilən Ata Abdullayev ona ittiham elan edilmış cinayətlərin törədilməsində özünü təqsirli bilib. Deyib ki, əməllərindən səmimi peşmandır. O, cinayətlərin törədildiyi yer, vaxt və digər halları barədə istintaqa ətraflı ifadələr verib. Məlum olub ki, mütəşəkkil dəstə üzvləri aviaşirkətlərin internet səhifəsinə, yəni qanunla qorunan kompüter informasiyasına qeyri-qanuni daxil olub. Bu yolla ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından qanunsuz istifadə ediblər. Müəyyən edilib ki, dəstə üzvləri xarici vətəndaşların kredit kartlarındakı hesablarından gizli olaraq internetlə pul ödənişləri aparıb müxtəlif marşrutlar üzrə dəyərini ödəməklə elektron aviabiletlər əldə edib və bu biletləri real dəyərindən ucuz qiymətə, nağd pula digər şəxslərə satıblar. Nəticədə şirkətə 100 min manata yaxın zərər dəyib. Ata Abdullayev o dövrdə verdiyi ifadəsində göstərib ki, Vaqif Mirzəzadə, Olovu Mutiu Olanrevaju, Ubımaqo Anthony Onetule, Samson, Şetu ləqəbli şəxs və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində kompüter informasiyasına qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talamaqda ittiham edilir. Sitat: “Mənə ittiham elan edilmiş cinayətlərin törədilməsində özümü tam təqsirli bilirəm. Əməllərimdən səmimi peşman olmuşam. Lakin mən heç vaxt kompüter informasiyasına daxil olmamışam, mən ancaq elektron biletlə uçmaq istəyən sərnişinlər tapıb, onlar barədə məlumatları Vaqifə, Olovuya, Anthoniye, Samson və Şetuya göndərmişəm ki, həmin şəxslər üçün elektron biletlər yazdırsınlar. Onlar da həmin biletləri yazıb mənə qaytarıblar. Mən də biletləri sifarişçilərə verib, biletlərin pullarını yığıb, öz faizimi götürüb, yerdə qalan hissəsini ya əlbəəl onlara vermişəm, ya da poçtla göndərmişəm. Bakı şəhəri, 28 May küçəsi 11 saylı evin 1-ci mərtəbəsində yerləşən 20 saylı evimizi qardaşım Elnur 2008-ci ilin iyun ayında kirayəyə vermişdi. 2-3 gün idi ki, kirayəçilər işləyirdilər ki, mən onların yanına gəlib dedim ki, probleminiz olsa mənə deyərsiz. Həmin kirayəçinin adı yadımdan çıxıb, onun adını qardaşım Elnurdan öyrənib deyərəm, amma həmin kirayəçi tez-tez Moskvaya gedirdi. Mən də həmin vaxt aviabiletlərin alverini edirdim. “Odlar Yurdu Universitetinin böyründə fəaliyyət göstərən bilet satışı ilə məşğul olan “Sindibad travel”də işləyən İbrahim dayıgildən aviabiletlər alıb müxtəlif müştərilərə satırdım. Bu fəaliyyətdən hər biletdən 10, 8, 9 manat gəlir əldə edirdim. Bu məqsədlə də kirayəçimizə təklif etdim ki, Moskvaya uçarkən ona bilet lazım olsa, aviabilet təşkil edə bilərəm. Mən ona deyirdim ki, kassadan 1 manat ucuz bilet təşkil edə bilərəm. Həmin şəxs mənə bildirdi ki, onun özü aviabiletlərin dəyərinin 50 faizinə aviabiletlər alır. Onun belə tanışı var. Həmin şəxs mənə Vaqif Mirzəzadənin 055 612 30 07 saylı mobil telefon nömrəsini verib bildirdi ki, Vaqif aviabiletlərin dəyərindən 50 faiz ucuz qiymətə biletlər təşkil edir. Mən söyüş qoyub belə bir şeyin mümkün olmadığını bildirdim. Belə olan halda kirayəçimiz öz mobil telefon nömrəsindən Vaqifin mobil telefon nömrəsinə zəng edib telefonu mikrofona qoyub onunla danışdı və mənim də eşitdiyim tərzdə onunla danışaraq soruşdu ki, “Vaqulya, Moskvaya aviabilet neçədir”, eyni zamanda ondan soruşdu ki, əgər həftəyə 3-4 dənə səndən Moskvaya bilet istəsələr neçəyə təşkil edə bilər. Vaqif də bildirdi ki, biletin birini 150 ABŞ dollarına təşkil edər. Həmçinin Vaqif dedi ki, əgər müştərilərin həftə ərzində sayı, yəni patoku çox olsa, biletlərin dəyərində endirim də edib, bir bileti 130 ABŞ dollarına təşkil edər. Bundan sonra bizim kirayəçi mənim 055 240 91 91 saylı mobil telefon nömrəmi Vaqifə verib ona dedi ki, müraciət etdikdə mənə aviabiletlər təşkil etsin. Vaqif də öz razılığını verdi. Kirayəçimiz səhəri günü Vaqiflə bizim obyektin yuxarı tərəfinə 3 yerə görüş verdi. Gah dedi konservatoriyanın qabağına gəl, gah dedi Milli Bankın qabağına gəl, mən ona dedim ki, bizim obyekt “Buta” restoranının yanındadır, ona təklif etdim ki, bizim obyektin yanına gəlsin. Mən obyektdə yuxarı otaqda oturmuşdum, axşam saat 6-7 radələri idi. Bir də gördüm ki, əvvəlcə kirayəçimiz, sonra isə Vaqif otağa daxil oldu. Vaqif uca boylu, burnu bir az spesifik quruluşlu, saçı şumal və dağınıq formada olub, alnına tökülmüş bir şəxsdir. Həmin vaxt Vaqifin yanında tanımadığım bir şəxs də var idi. Vaqifin qollarında narkomanlara xas olan kəsik yerləri var. Bu görüşdə Vaqif dedi ki, mən elektron biletlər təşkil edəcəyəm. Mən ondan soruşdum ki, elektron bilet nə olan şeydir. Vaqif dedi ki, biletlər ələ verilmir, sən aviareyslərlə Bakıdan xaricə və əksinə uçmaq istəyən şəxslərin pasport göstəricilərini mesajla mənə göndərəcəksən. Mən də həmin şəxslərin adına elektron biletlər təşkil edib kodlarını sənə göndərəcəyəm. Vaqif mənə bildirdi ki, sifariş verəcəyim hər bilet üçün mənə 40, 50, 60 ABŞ dollan verəcək. Mən də onunla razılaşıb dedim ki, müştərim olsa verərəm. Vaqif həmçinin mənə bildirdi ki, Bakıda elektron aviabiletlərin onun təklif etdiyi qaydada satışı ilə məşğul olan tanışları var ki, bu işdən əldə etdikləri gəlirlə özlərinə “Hammer” markalı avtomaşınlar alıblar. Bu razılaşmamamızdan sonra təxminən 20 gün bilet üçün mənə müraciət edən olmadı. Amma tanışlığımızdan keçən hər gün ərzində Vaqif mənə səhər və axşam saatlarında gizli nömrədən zəng edib soruşurdu ki, qaqaş, nə oldu, elektron aviabiletlər üçün müştəri tapa bilməmisənmi? Həmçinin deyirdi ki, bu sistem bir azdan, bu yaxınlarda bağlanacaq. Mən də ona bildirdim ki, birinci müştərim olan kimi sənə bildirəcəyəm. Qəfildən Moskvaya gedəsi oldum. 2008-ci ilin yay ayları idi. Vaqifə zəng edib dedim ki, mənə aviabilet düzəldə bilərsənmi? Həmçinin ona dedim ki, birinci dəfə özüm uçum yoxlayım, görüm bu qayda necə olan şeydi. Vaqif də mənə dedi ki, sən özünün pasport məlumatlarını təcili mesajla mənə göndər, 5 dəqiqəyə cavabını sənə deyərəm. Mən də istifadəmdə olan mobil telefon nömrəsindən pasport göstəricilərimi mesajla onun mobil telefon nömrəsinə göndərdim. Vaqif də mənə bir az keçmiş mesajla kod göndərdi və bildirdi ki, axşam saat 5-də uçuram. Mən ona dedim ki, sənə inanmıram, necə bunu yoxlaya bilərəm. Vaqif mənə 497-26-00 saylı telefon nömrəsi verib bildirdi ki, həmin nömrəyə zəng edib, ”Aeroflot"un işçisi ilə danışıb onun verdiyi kodu bildirim və deyim ki, mən Moskvadan aviabilet alıblar, bunu yoxlasınlar. Mən də evə gedib evdən həmin nömrəyə zəng edib “Aeroflot”la danışdım, dedim ki, mənə elektron bilet alıblar Moskvadan və soruşdum ki, uçuş nə vaxt olacaq. Ad və soyadımı soruşdular, kodu dedim. Bildirdilər ki, sizin üçün biznes-klass aviabilet alınıb. Bildirdilər ki, aeroporta gedib qeydiyyatdan keçim və uçum. Vaqif də mənə zəng edib dedi ki, “bu biletin qiyməti 800 ABŞ dollarıdır, sən mənə həmin bilet üçün 400 ABŞ dolları verərsən”. Razılaşdım və “Aeroflot”un reysi ilə uçub Moskvaya getdim. Vaqif mənə dedi ki, Moskvadan qayıdanda bir gün qabaq ona zəng edim, mənim üçün geriyə elektron aviabilet təşkil etsin. 2 gün orada qalandan sonra Vaqifi yığdım və mənə geriyə bilet təşkil etməsini xahiş etdim. Vaqif də mənə eyni qayda ilə Moskva-Bakı reysinə elektron aviabilet təşkil etdi. Bakıya qayıtdıqdan 2-3 gün sonra Vaqiflə bizim ofisin yanında görüşdüm və hər 2 bilet üçün ona 400 ABŞ dolları verdim. Bu faktdan sonra mənim Vaqifə etibarım artdı. Qərara gəldim ki, mənə aviabilet üçün müraciət edən müştərilərim olanda telefon vasitəsilə mesaj yazıb müştərilərin anket məlumatlarını Vaqifə göndərim, Vaqif də mənim sifarişim əsasında müxtəlif şəxslərin adlarına elektron avia-biletlər təşkil edib, biletin kodunu və reyslərin nömrəsini mesajla mənə göndərirdi. Mən də mesajla eyni qaydada biletlərin kodunu və reyslərin nömrəsini bilet təşkil etdiyim şəxslərə verirdim. Bu xidmətlərimə görə Vaqif hər biletdən mənə, biletin qiymətindən asılı olaraq 40, 50, 60, bəzən də 200 ABŞ dolları verirdi. Biletin qiyməti baha olanda Vaqif mənə daha çox pul verirdi. 2008-ci ilin iyun-noyabr ayları ərzində Vaqifdən təxminən 40-45 ədəd elektron aviabilet alıb-satmışam, bu biletlərdən çoxu “kensl” gəlib, yəni uçuş baş tutmayıb. Vaqif yuxudan gec dururdu. Mən bilet alınmayanda ona zəng edib iradımı bildirirdim. Vaqif bəzən kompüter vasitəsilə mənim telefon nömrəmi yığıb mənimlə danışırdı. Bu minvalla Vaqifdən alıb-satdığım elektron biletlər üçün Vaqifə təxminən 4 min ABŞ dolları vermişəm. Bu pulları ona hissə-hissə vermişəm. Həmin pulları Vaqifin özünə, qardaşı Fəridə və Vaqifin dostu Elyara vermişəm. Elyar da elektron aviabiletlərin alqı-satqısında Vaqiflə şərik idi. Belə ki, onlardan alıb-satdığım biletlərin pullarını gecikdirəndə Elyar mənə hədə-qorxu gəlib deyirdi ki, onlar Dubayda tanınmış həbsxanada yatıblar. Əgər biletlərin pulunu ödəməsəm, mənim üçün pis olar. Vaqif məndən soruşurdu ki, Dubayda olanda gözümün şəklini çəkiblər, ya yox. Mən bildirirdim ki, çəkiblər..." "Yeni Müsavat" Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü