Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
4685
15.03.2021, 20:13
İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədi ilə ADA Universitetində yaradılmış Tədqiqat qrupu dövlət sifarişi əsasında apardığı araşdırmanın ikinci mərhələsinə başlayıb.
ADA Universitetindən Oxu24.com-a verilən məlumata görə, “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili” adlı tədqiqatın mart ayının 9-da başlamış hazırkı mərhələsində məcburi köçkünlərlə müsahibə-sorğular keçirilir.
Üzbəüz sorğuların əsas məqsədi məcburi köçkünlərin qayıdışla bağlı niyyət, istək və təkliflərini dərindən öyrənmək, repatriasiyanın ümumi potensialını və mərhələlər üzrə “sıxlığını” qiymətləndirməkdir.
Müsahibə-sorğu qarışıq üsulla - statistik məlumatların təhlili və təsadüfi seçim əsasında müəyyənləşdirilən və əksəriyyəti ailə başçılarından ibarət olan 1100 məcburi köçkün arasında keçirilir. Reprezentativlik bütün mümkün parametrlər üzrə təmin edilir.
Müsahibəçilər (sorğu aparanlar) ölkənin müxtəlif elm və təhsil müəssisələrini təmsil edən yüksək hazırlıqlı gənc mütəxəssislərdir. İşə başlamazdan əvvəl onlar üçün xüsusi təlimlər təşkil olunub, təlimlərin sonunda hər bir müsahibəçi test sınağından keçib.
Tədqiqat qrupu bir daha bildirir ki, sorğuda iştirak edən məcburi köçkünlər haqqında şəxsi məlumatlar qapalı saxlanılır və yalnız repatriasiyanın səmərəli təşkili üzrə dövlət orqanları üçün nəzərdə tutulan analitik sənədlərin hazırlanması üçün istifadə ediləcək.
Bununla yanaşı, ümumi tədqiqat çərçivəsində məcburi köçkünlər arasında fevral ayının 22-dən etibarən internet üzərindən keçirilən onlayn-sorğu da uğurla davam etməkdədir. Onlayn-sorğuda iştirak etmək üçün //sorgu.ada.edu.az saytına daxil olmaq lazımdır.
12:32 / 13 Noyabr 2026
26
12:20 / 13 Noyabr 2026
43
12:17 / 13 Noyabr 2026
44
12:08 / 13 Noyabr 2026
239
11:55 / 13 Noyabr 2026
68
11:45 / 13 Noyabr 2026
123
11:40 / 13 Noyabr 2026
75
11:21 / 13 Noyabr 2026
239
11:15 / 13 Noyabr 2026
86
11:12 / 13 Noyabr 2026
141
11:00 / 13 Noyabr 2026
90
10:50 / 13 Noyabr 2026
85
10:45 / 13 Noyabr 2026
121
10:39 / 13 Noyabr 2026
100
10:25 / 13 Noyabr 2026
104
10:22 / 13 Noyabr 2026
183
10:20 / 13 Noyabr 2026
91
10:08 / 13 Noyabr 2026
401
10:02 / 13 Noyabr 2026
93
09:51 / 13 Noyabr 2026
183
09:46 / 13 Noyabr 2026
1249
09:44 / 13 Noyabr 2026
155
09:38 / 13 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.