Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
6690
22.02.2021, 00:29
Kənd əhalisinin əvvəllər köçmüş hissəsi, xüsusən qadınlar və uşaqlar tədricən geri qayıdırlar. Şuşa-Laçın yolundakı bu kənddə hazırda 60 erməni qalıb.
Oxu24.com xəbər verir ki, Bir müddət əvvəl azərbaycanlılar kəndə nəzarəti ələ keçirməyə çalışırdılar. Lakin erməni tərəfi Rusiya sülhməramlıları ilə görüşdü və sülhməramlılara Yexsaoxun ermənilərin əlində qalmalı olduğunu sübut etdi. Kənd erməni bölmələri tərəfindən qorunur. Bu sözləri Şuşa rayonunun sovet dövründən “Yexsaox” adlandırılan, lakin 1991-ci ildən həmin ərazidə erməni terrorçuları tərəfindən qətlə yetirilmiş Milli Qəhrəman Salatın Əsgərovanın şərəfinə Salatınkənd adı verilmiş kəndin qanunsuz rəhbəri Artak Akopyan “Sputnik Ermənistan”-a açıqlamasında söyləyib.
O, bildirib: İndi Azərbaycan hərbçiləri kənddən 4 km məsafədədirlər. Onlar öz mövqelərindədir, biz də özümüzün. Bütün kəndlərlə əlaqə var. Vəziyyət sabitdir. Azərbaycanlılar tərəfdən də sakitlikdir. Kənd əhalisinin əvvəllər köçmüş hissəsi, xüsusən qadınlar və uşaqlar tədricən geri qayıdırlar. Məktəbdə dərslər yanvar ayında başlayacaq. Kənddə əvvəllər təxminən 180 erməni yaşayıb. İndi isə 60 nəfər qalıb. Kənddə ciddi problem yoxdur; su, işıq, qaz var bir neçə gün əvvəl verilməyə başlanıb...”- deyə Akopyan bildirib.
Bildirək ki, Şuşa-Laçın yolu üzərində yerləşən Salatınkənd ərazisinə XIX əsrdən köçürülmüş ermənilər sovet dövründə də orada yaşayıb və Azərbaycan vətəndaşı sayılıblar. Odur ki, Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin mövqeyinə görə, Qarabağda münaqişə başlananadək Azərbaycan yaşayış məntəqələrində yaşamış və hazırda sənədləri ilə bunu təsdiqləyəcək və yenidən Azərbaycan vətəndaşlığını qəbul edəcək erməni sakinlərin həmin məntəqələrdə yaşamaq hüququ qorunur və onlar dövlətimiz tərəfindən bütün yaşayış imkanlarıyla təmin edilməlidir. Ancaq qanuni yaşadıqları şəhər, qəsəbə və ya kəndlərdəki ermənilərin silahlanaraq hərbi birləşmələr təşkil etməsi qanunla qadağandır və 10 Noyabr razılaşmasına əsasən hazırkı şəraitdə ərazidə atəşkəsin qorunmasını təmin edərək sabitliyi qorumalı olan Rusiya sülhməramlıları silahlı sakinləri tərksilah etməlidir.
Mənbə: Birbax kanalı
22:18 / 13 Noyabr 2026
1
22:13 / 13 Noyabr 2026
30
22:03 / 13 Noyabr 2026
59
21:43 / 13 Noyabr 2026
483
21:36 / 13 Noyabr 2026
70
21:29 / 13 Noyabr 2026
95
21:24 / 13 Noyabr 2026
70
21:03 / 13 Noyabr 2026
86
20:58 / 13 Noyabr 2026
92
20:50 / 13 Noyabr 2026
972
20:41 / 13 Noyabr 2026
121
20:37 / 13 Noyabr 2026
94
20:35 / 13 Noyabr 2026
78
20:20 / 13 Noyabr 2026
99
20:09 / 13 Noyabr 2026
319
20:06 / 13 Noyabr 2026
93
20:05 / 13 Noyabr 2026
96
19:58 / 13 Noyabr 2026
321
19:53 / 13 Noyabr 2026
221
19:41 / 13 Noyabr 2026
127
19:38 / 13 Noyabr 2026
759
19:35 / 13 Noyabr 2026
112
19:30 / 13 Noyabr 2026
379
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.