Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
14640
03.12.2020, 12:46
Məqaləyə ulu öndər ümummilli lider Heydər Əliyevin çıxışlarının birində qeyd etdiyi fikirlə başlamaq istəyirəm: “Bütün prolemlərin həlli güclü Azərbaycandan keçir”. Bəli, inkişaf etmiş iqtisadi, siyasi cəhətdən güclü Azərbaycandan...
Bu yöndə ilk addımlar ulu öndərin “Əsrin müqaviləsi”nə imza atdıqdan sonra başladı. Arxa- arxaya bağlanan müqavilələr, həyata keçirilən möhtəşəm layihələr, dünyanın nüfuzlu təşkilatlarının Azəraycanın ərazi bütövlüyünü tanıması haqqında qəbul etdiyi sənədlər və s. hamısı vətənimin rifahı üçün düşünülmüş planın bir parçası idi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr bu günə, yəni 30 il sonraya hesablanmış sənədlər idi.
Bu uğurlu siyasət Ali Baş Komandnımız İlham Əliyev tərəfindən də davam etdirilmişdir. Dünyanın onlarla ölkəsi ilə dostluq münasibəti qurmaq, Qafqazda böyük layihələrə imza atmaq, təbii sərvətimiz olan neft və qeyri- neft sahələrini inkişaf etdirmək onun əsas amallarından biri olmuşdur.
Azərbaycanı qlobal aləmdə tanıtmaq, onun haqq səsini bütün dünyaya çatdırmaq, işğal altındakı torpaqları azad etmək hər zaman ölkə siyasətinin əsas hissəsini təşkil etmişdir.
Hər şey 12 iyul tarixində Ermənistanın Azərbaycan dövlət sərhəddini pozaraq Tovuz rayonuna hücum etməsilə alovlandı.
Bu günün qələbəsi Tovuz rayonuna hücum zamanı canını, qanını vətənə qurban verən general- mayor Polad Həşimovun şəhid olması ilə başladı. Ali Baş Komandanımızın ziyarəti və orada qisas andı bütün millətimi oyatdı. Xalqımın milli ruhu, milli kimliyi sanki özünə qayıtdı. Prezidentimin xalqa müraciətindən sonra minlərlə vətən oğulları döyüşə getmək, şəhidlərimizin qisasını almaq üçün könüllü hərbi xidmətə yazıldı.
Zəfərə aparan yollar...
27 sentyabr səhər saatlarında mənfur düşmən yenidən torpaqlarımıza hücum etdi. Düşmən elə hesab edirdi ki, 90-cı illərdəki kimi torpaqlarımızı işğal edərək yüzlərlə oğullarımızı şəhid edəcəkdir. Hər bir işi hesablamışdılar: silah, əsgər, ərazinin relyefini. Amma bir şeyi hesaba qatmamışdılar- Azərbaycan xalqının əzmini, iradəsini və prezidenti ilə bir yumruq kimi birləşərək mübarizə aparmasını.
Dövlətimiz ordumuzu hər bir təminatla ödəməsinə baxmayaraq xalqım ön cəbhədə döyüşən əsgərlərə hər cür yardım etdilər. Bu qələbədə hər kəsin az da olsa payı vardır.
Müharibənin ilk günlərindən başlayaraq hərbi hospitallarda fəaliyyət göstərən həkimlərimizi unutmaq olmaz.
Yaralı əsgərlərimizə əlindən gələn bütün vasitələrlə köməklik edən N saylı hərbi hospitalın komandiri Tibb Xidməti polkovnik- leytenant Qaçayev Hüseyn və onun fədakar tibb işçilərinin xidmətləri danılmazdır.
Qaçayev Hüseyn Sədaqət oğlu 29.10.1978- ci ildə İsmayıllı rayonunun Micanlı kəndində anadan olmuşdur. İxtisasca cərrah olan bu qəhrəmanımız 2018-ci ildən 230 saylı hərbi hospitala rəhbərlik edir. Müharibənin başladığı ilk gündən gecə- gündüz hospitalda olan Hüseyn Qaçayev və onun tibb komandası yaralı əsgərlərə hər cür köməklik edirdilər ki, itkilərimiz az olsun.
Qubadlı rayonunun Xanlıq kəndi işğaldan azad olunduqdan sonra polkovnik öz tibb heyətini götürərək oraya yollandı. Qubadlıda təşkil olunmuş səhra hospitalında fəaliyyətə başladı. Beş əməliyyat stolu və orda işləyəcək onlarla cərrah əsgərlərimizə yardım edirdilər. Qəhrəman həkimlərimiz düşündülər ki, dəhşətli döyüşlər gedən əraziyə nə qədər yaxın olsalar, bir o qədər şəhidimiz az olar. General polad Həşimovun şəklini döş nişanı kimi sinələrində daşıyan bu cəsarətli həkimlərimiz yüzlərlə əsgərimizin həyatını xilas etdilər. Silahların qorxunc səslərindən çəkinməyən, hətta şəhid olmağı belə göz önünə alan həkimlərimiz döyüş meydanından yüzlərlə yaralını çıxararaq onları əməliyyat edərək həyata qaytardılar.
Öz həyatlarını təhlükəyə qoyan, saatlarla ayaq üstə əməliyyatlar edən Tibb Xidməti Polkovniki Roman Çobanovun, Tibb Xidməti Polkovnik- leytenantı Samir Əhmədovun da xidmətləri danılmazdır.
Yaralı əsgər və zabitlərimizə bir ana, bir bacı nəvazişilə yanaşan xanım tibb işçilərimiz döyüşlərin ilk günündən evlərindən günlərlə uzaqda qalaraq onlara qulluq etmişdir. Bu qəhrəman xanımlarımızı sizlər də tanıyın:
Həmçinin oxuyun
Baş çavuş Gülnara Quliyeva, Baş çavuş Sarıyeva Cəmilə, Baş çavuş Məmmədova Nişanə, Baş çavuş Əsgərova Ruhiyyə, Baş çavuş Cəfərova Gülnarə, Baş çavuş Hüseynova Zəminə, Baş çavuş Babayeva Türkan, Baş çavuş Günay, Kiçik çavuş Hüseynova Təhminə, Əzizova Səbinə və s. adlarını çəkmədiyimiz onlarla mərd Azərbaycan qadınlarımız.
Bəli, bu insanlar sözün əsl mənasında 44 günlük müharibənin gizli qəhrəmanlarıdır.
Müəllif: Filologiya üzrə fəlsəfə doktoru Əhmədova Aytən Arzulla qızı
Gəncə Dövlət Universitetinin baş müəllimi
OXU24.COM SAYTI ÜÇÜN
17:17 / 02 Aprel 2025
Adnan Əhmədzadədən Messiyə bahalı hədiyyə - Video
2
16:59 / 02 Aprel 2025
SON DƏQİQƏ! Fövqəladə Hallar Nazirliyinin bu səlahiyyəti ləğv edilib
162
16:37 / 02 Aprel 2025
Aİ Rusiya təhlükəsi ilə bağlı iddiaların əsassız olduğunu etiraf edir
22
16:32 / 02 Aprel 2025
Tarif Şurası yeni qərar qəbul edib: Mayın 1-də qüvvəyə minəcək
347
16:22 / 02 Aprel 2025
Fil balası niyə xortumunu əmir? — Maraqlı səbəb
30
16:09 / 02 Aprel 2025
Sualtı qayıqda tutuldular
25
16:06 / 02 Aprel 2025
ABŞ Trampın başlatdığı qlobal ticarət müharibəsində qalibin adını açıqlayıb
26
15:59 / 02 Aprel 2025
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər
29
15:35 / 02 Aprel 2025
Pensiya ilə bağlı vacib XƏBƏR
64
15:28 / 02 Aprel 2025
Tramp Rusiyanı "zəif yeri"ndən vuracaq
44
15:20 / 02 Aprel 2025
Mandarin ördəyinin gözəlliyi — VİDEO
64
15:17 / 02 Aprel 2025
Bayramla bağlı Göyçaya getmişdi, dağda meyiti tapıldı - Foto
49
14:55 / 02 Aprel 2025
Trampın tarifləri qlobal iqtisadiyyatı yüksəldə bilər
58
14:54 / 02 Aprel 2025
Bu tarixdən güclü Lirid meteor yağışı olacaq — AÇIQLAMA
202
14:47 / 02 Aprel 2025
Qozun adı dəyişdirilir
69
14:44 / 02 Aprel 2025
Maskın komandası narkotik üçün sınaqdan keçiriləcək
66
14:34 / 02 Aprel 2025
İran təhdid edir
59
14:31 / 02 Aprel 2025
Əhaliyə xəbərdarlıq edildi
69
14:27 / 02 Aprel 2025
Prezident İlham Əliyevin adından Almaniya Prezidentinin şərəfinə rəsmi nahar verilib
66
13:42 / 02 Aprel 2025
"Heç vaxt ağlıma da gəlməzdi ki, şəhid anası olaram" — Aprel şəhidinin anası ilə MÜSAHİBƏ
381
13:24 / 02 Aprel 2025
11 gün iş olmayacaq
1100
12:37 / 02 Aprel 2025
Rusiya 81 xarici KİV-ə qadağa qoyub
77
12:02 / 02 Aprel 2025
Bu tarixdə dərslər başa çatacaq
104
11:57 / 02 Aprel 2025
Verilişi bağlanan Nigar Fərhad haqda gerçək ÜZƏ ÇIXDI: Öz qızını...
1618
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.