Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2070
28.06.2020, 12:21
“Bu gün Azərbaycanın uğurlu inkişafında polis orqanlarının çox böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri ilə polisimizə ən böyük dəyərini verib. Doğrudan da müstəqil dövlətimiz qurulduğu andan etibarən Azərbaycan polisi dövlətini, dövlətçiliyini şərəflə qoruyur. Bu yolda o şəhid də verir, sıralarından böyük şücaətlər göstərmiş qəhrəmanlar da çıxır və belə oğullarımızın sayı yüzlərlədir.
Sevindirici haldır ki, bu gün polis orqanlarının başında bu işin peşəkarı olan, vətənpərvər bir insan – Vilayət Eyvazov durur.
Bu gün general-polkovnikin 52 yaşı tamam olur.
HAŞİYƏ: Azərbaycanın 8-ci daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 1968-ci ildə Culfa rayonunun Əbrəqunis kəndində anadan olub.
2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Ailəli və üç övlad atası olan nazir 1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib. Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.
Prezidentin 2004-cü il sərəncamı ilə ona polis general-mayoru, 2006-cı il tarixli sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilib. Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.
Oxu24.com saytının kollektivi daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovu doğum günü münasibətilə təbrik edir, ona Azərbaycan dövlətçiliyinin inkişafında göstərdiyi xidmətlərində bundan sonra da uğurlar arzulayır.
20:19 / 13 May 2026
31
20:03 / 13 May 2026
52
19:45 / 13 May 2026
60
19:39 / 13 May 2026
84
19:24 / 13 May 2026
68
19:12 / 13 May 2026
74
19:03 / 13 May 2026
99
19:00 / 13 May 2026
89
18:36 / 13 May 2026
121
18:13 / 13 May 2026
191
18:02 / 13 May 2026
189
17:39 / 13 May 2026
961
17:25 / 13 May 2026
82
17:20 / 13 May 2026
79
17:18 / 13 May 2026
82
17:10 / 13 May 2026
84
16:53 / 13 May 2026
222
16:52 / 13 May 2026
82
16:38 / 13 May 2026
872
16:32 / 13 May 2026
106
16:26 / 13 May 2026
84
16:25 / 13 May 2026
665
16:19 / 13 May 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.