Qaynar xətt:

(+99450) 247 90 86

AÇIQLAMA az öncə gəldi: Azərbaycanda ümumi karantin rejimi oktyabrın 1-nə qədər uzadılır?

AÇIQLAMA az öncə gəldi: Azərbaycanda ümumi karantin rejimi oktyabrın 1-nə qədər uzadılır?

ÖZƏL BÖLÜM

3105

22.06.2020, 18:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi iyunun 21-də 491 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb. Ölkə ərazisində elan olunmuş karantin rejimi avqustun 1-nə kimi uzadılıb. Lakin son həftələr gün ərzində koronavirusa yoluxanların sayı artım dinamikası ilə davam edir. Təbii ki, bu da karantin rejiminin payıza kimi uzadılması ehtimalını artırır. Avqustun 1-ə kimi uzadılan karantin rejimi oktyabrın 1-ə kimi uzadıla bilərmi?
 

Oxu24.com  bildirir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, son günlərin statistikası heç də ürəkaçan deyil:

"Bilirsiniz ki, artıq gündəlik yoluxanların sayı 500-ə yaxınlaşır. Təbii ki, bu heç də yaxşı göstərici deyil. Məhz buna görə iyunun 21-dən iyulun 5-nə kimi ölkə ərazisində 2 həftəlik sərt karantin elan olunub. 2 həftəlik sərt karantin rejiminin elan edilməsinin məqsədi bu virusun ölkə ərazisində geniş yayılması ilə yanaşı həm də insanlarımızın sağlamlığını qorumaqdır.

Təəssüf ki, bəzi vətəndaşlarımız karantin rejimində yumşalmalar olduqdan sonra sanki bu xəstəlik yoxmuş kimi davranmağa başladılar. Marketlərdə, avtobuslarda və digər iaşə obyektləində qoruyucu tibbi maskadan istifadə etmir, sosial məsafəni qorumurdular. Nəticədə iyunun 21-də gündəlik yoluxma 491-ə qədər yüklsəldi. 

Düşünürəm ki, elan olunmuş 2 günlük sərt karantin rejimi növbəti həftədə özünün müsbət nəticəsini göstərəcək. Qaldı ki, karantin rejiminin uzadılmasına, bu barədə qərar vermək Operativ Qərargahın səlahiyyətindədir.

Bilirsiniz ki, bu gün Operativ Qərargahda işini bilən və mövcud vəziyyəti düzgün analiz edə biləcək mütəxəssislər təmsil olunurlar. Onlar dünyada və ölkəmizdə mövcud vəziyyəti, gündəlik yoluxmanın artma dinamikasını, ölənlərin sayını analiz etdikdən sonra lazım olan düzgün qərar verəcəkdir. Biz karantin rejiminin uzadılması və ya ləğvindən öncə bütün dünyanı bürüyən bu bəladan canımızı necə az itki ilə qurtara biləcəyimiz barədə düşünməliyik. Bu istiqamətdə dövlət tərəfindən bütün lazım olan addımlar operativ şəkildə atılmaqdadır.

Biz də sosial məsuliyyətimizi dərk edərək bu yolda dövlətimizə dəstək olmalıyıq. Əlbəttə, heç birimiz karantin rejiminin uzadılmasını istəmirik. Ona görə də ictimai nəqliyyatda, marketlərdə, ticarət mərkəzlərində qoruyucu tibbi maskadan istifadə etməli, sosial məsafəni qorumalıyıq. Ən başlıcası isə sanitar gigiyenik normalara əməl etməliyik.

Biz bu yola özümüzü və yaxınlarımızı qorumaqla yanaşı, həm də xoşagəlməz bu vəziyyətdən tezliklə çıxa bilərik".

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

128

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

130

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

153

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

133

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

155

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

147

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

149

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

254

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

141

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1077

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

140

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

145

0