Qaynar xətt:

(+99450) 247 90 86

Sərt karantin günləri başlayır - Əhalini hansı çətinliklər gözləyir?

Sərt karantin günləri başlayır - Əhalini hansı çətinliklər gözləyir?

ÖZƏL BÖLÜM

1368

19.06.2020, 12:58

Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərarını açıqlayıb.

Oxu24.com  xəbər verir ki, Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi də tətbiq olunacaq.

Belə ki, ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək. Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq.

Bu müddət ərzində əhalinin böyük qismi evlərdə olacaq. Mövcud vəziyyətlə əlaqədar kommunal xidmətlərin verilməsində problem yaranmaması üçün hər hansı işlər görülürmü? Bu istiqamətdə işlərin nə yerdə olması ilə əlaqədar rəsmi qurumlara müraciət etdik.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov BAKU.WS-ə bildirib ki, xüsusi karantin rejiminin tətbiq olunduğu əvvəlki vaxtlarda da, digər mərhələlərdə olduğu kimi "Azeriqaz" İstehsalat Birliyi bu dəfə də abonentlərinin məmnuniyyəti və qazsız qalmaması üçün əlindən gələni edəcək: “Səylə çalışacağıq ki, məhdud sayda olsa da işə çıxan əməkdaşlarımız abonentlərin müraciətlərini qüsursuz və vaxtında operativ təmin etsin. Bunun üçün abonentlərdən 104 və 185 saylı çağrı mərkəzinə zəng etmələri xahiş olunur.

Əgər bu nömrələrə sıxlıq ucbatından düşməkdə çətinlik yaranarsa, 0773104104 Whastapp görüntülü və ya yazılı mesajlarını göndərə bilərlər. Bir sözlə "Azeriqaz" İB iş başında olacaq və abonentlərin koronavirus infeksiyasından qorunmaq üçün rahat şəkildə evlərində qala bilməsi üçün əlindən gələni edəcək.

Biz xüsusi karantin rejiminin ilk mərhələsindəki fəaliyyətimizi də bərpa edəcəyik. Müəyyən yaş qrupu olan insanlara güzəştli xidmətlərimiz olacaq. Onların kartlarında məbləğ qurtararsa, onların yenidən yüklənilməsi və digər güzəştləri icra etməyə çalışacağıq ki, abonentlərimiz qazsız qalmasınlar".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova isə BAKU.WS-ə qeyd etdi ki, hazırda xüsusi xidmət sahələrimizlə bağlı Nazirlər Kabinetinin müvafiq məsələ ilə bağlı rəsmi qərarını gözləyirik. İş rejimi ilə bağlı əsaslandırılmış və geniş məlumat ictimaiyyətə veriləcək.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı BAKU.WS-ə vurğuladı ki, təmsil etdiyi qurum da sərt karantin günlərində xüsusi rejimdə çalışacaq: "Həm işçilərin təhlükəsizliyi, həm növbəli iş prosesinin davamlı olması, eyni zamanda vətəndaşlara göstərilən hər bir xidmətlə (su təchizatı, metrologiya, müştəri xidmətləri, 955 Zəng Mərkəzi) bağlı öhdəliklərin maksimum yerinə yetirilməsinə çalışılacaq.

Bu günlərdə insanlar daha çox evdə olacaq, sudan istifadə artacaq, xüsusən yay aylarıdır, bağ və həyət evlərində suvarma məqsədilə sudan istifadə artacaq. Bunları nəzərə alaraq Kür sutəmizləyici qurğularından Bakıya 1 kubmetr\saniyə əlavə su vermişik. Eyni zamanda Ceyranbatan sutəmizləyici qurğularından verilən suyun həcmini artırmışıq.

Artıq Abşeronun Şərq hissəsində hidravlik rejimlərdə stabillik əldə olunub, lakin bəzi Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərində lokal problemlər müşahidə olunur. Bu problemlərin həlli istiqamətində tədbirlərimiz davam etdirilir. Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivi, 1-ci mədən ərazisi, Sabunçu rayonunun Sabunçu və Zabrat qəsəbəsində, Suraxanı rayoununun Samir Əliyev küçəsində təxirsəsalınmaz tədbirlər çərçivəsində yeni boru xətləri çəkilir ki, su çatışmazlığı müşahidə olunan bu ərazilərin problemləri həll edilsin. Karantin günlərində suya tələbatın kəskin artımı fonunda ola bilər ki, müəyyən ərazilərdə fasiləsizlik pozulsun, təzyiq azalsın və ya qrafiklərə müəyyən dəyişiklik edilsin. Ancaq anbar ehtiyatlarımzı davamlı artırırıq və bu bizə imkan verəcək, insanların dayanıqlı su təchizatı həyata keçirilsin".

“Azərişıq” ASC Mətbuat xidmətindən BAKU.WS-ə daxil olan məlumatda isə qeyd edilib ki, istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbilər həyata keçirilib:

"Koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar Operativ Qərargahın iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlərin tətbiq olunması qərarı ilə əlaqədar olaraq “Azərişiq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Karantin günlərində istehlakçılara fasiləsiz və dayanıqlı elektrik enerjisinin verilişinin təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbilər həyata keçirilb. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə operativ qəza xidmətləri fəaliyyət göstərir. Həmçinin Abonentlərimiz xüsusi karantin günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan onlayn qaydada ödəyə bilər. Bunun üçün azərişıq.az saytında müvafiq bölməyə daxil olmaq kifayətdir. “Smart” sayğacdan istifadə edən istehlakçılara da tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar.

Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal “199” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir. İstehlakçı məmnuniyyətini əsas hədəf seçən Cəmiyyətimizə edilmiş hər bir müraciətə operativ reaksiya verilir".

 

 

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

23:22 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

74

0
 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

22:47 / 12 May 2026

TİBB TİBB

 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

149

0
"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

22:38 / 12 May 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

87

0
Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

22:20 / 12 May 2026

DÜNYA DÜNYA

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

78

0
Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

21:59 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

89

0
Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

21:54 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

95

0
    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik -   Kimlərə şamil olunacaq?  

21:37 / 12 May 2026

HƏRBİ HƏRBİ

    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik - Kimlərə şamil olunacaq?  

110

0
İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

21:15 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

100

0
Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

20:55 / 12 May 2026

HÜQUQ HÜQUQ

Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

89

0
Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

20:44 / 12 May 2026

TİBB TİBB

Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

182

0
Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

20:42 / 12 May 2026

DÜNYA DÜNYA

Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

94

0
Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

20:39 / 12 May 2026

SİYASƏT SİYASƏT

Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

92

0