Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33246
az

Hande abla Qubaya itini gəzməyə aparıbmış?

13:2016 İyun, 2020
1079
ÖZƏL BÖLÜM
  • A

Kubra Məhərrəmova yazır...

Dünən gecədən elə səbirsizliklə gözləyirdim ki, sərt karantin rejimi bitəcək. Biz də səhər evdən bayıra çıxacağıq. Pandemiya elan olunub, virusla mübarizə aparırıq, dözmək lazımdır. 

Evdə oturduğum müddətdə Bakını tərk edən xeyli sayda soydaşlarımızı açığı ürəyimdə məzəmmət elədim ki, ay qardaşlar, ay bacılar, ayıb deyil? 

Bakı-Quba yolunu Paris-Dakar yoluna çevirmisiniz. Toz-tozanaq rayonlara gedibsiniz. Videolarda atışma səsi də olsa, elə bilərik, Suriyanın çölləridir. Yarınız Nabranın əyləncə məkanlarında səhərə kimi əylənirsiniz, yarınız Qəbələnin otellərində... Bəs yoluxma çoxalacaq. Hanı sizin sosial məsuliyyətiniz, hanı sizin karantin qaydalarına riayət etməniz? Məzəmmətin ən pik nöqtəsində bir də gördüm ki, sosial şəbəkədə qırğın düşüb. 

Sən demə, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Instagram”a foto yükləyib. Adamın üstündə Allah var, “beautiful” filan yazıb. Etiketi də vurub ki, bəs Qubadayam. Arxasında da şəlalənin sərin suyu tökülür. Amma biz bunu görən kimi elə bil başımıza qaynar su tökdülər. 

Bu necə olur, Hande ablacım? Deməli, bizə bərk-bərk tapşırırsınız ki, evdə qalın, özünüz isə Qubaya gedirsiniz? Şəlalənin dibində şəkil çəkdirib, kababdan nuş edirsiniz. Gəzib dolanırsınız, biz də ağıllı balalar kimi evdə oturduq. Nə gözəl karantindir bu böylə? 

Qeyd edim ki, ÜST-lə əlaqələrini kəsən ABŞ Prezidenti Tramp oldu. 29 may 2020-ci ildə bəyanat verdi ki, “Tələb olunan lazımi islahatları həyata keçirə bilmədikləri üçün bu gün Ümumdünya Səhiyyə Təşkilatı ilə münasibətlərimizi kəsirik və maliyyə qaynaqlarımızı səhiyyə sahəsindəki və dünyadakı digər təcili problemlərə yönəldirik”. Bundan əvvəl isə aprel ayında Tramp ÜST-ün maliyyələşdirilməsini müvəqqəti dayandırdığını, təşkilatın koronavirus pandemiyası ilə böhrana necə reaksiya verdiyini araşdıracağını söylədi. ABŞ prezidenti bu təşkilatı “Çin tərəfdarı” adlandırmışdı. Tramp qeyd etmişdi ki, ABŞ hər il ÜST-ə 450 milyon dollar ayırdığı halda, Çin sadəcə 40 milyon dollar xərcləyir. Bəzi mütəxəssislər də iddia edirlər ki, koronavirusun təhlükəsi haqqında ÜST dünyaya gec məlumat verdi. 

Çinin təzyiqi altında ÜST yalan məlumat yaymaqda günahlandırılır. ÜST-ün Azərbaycandakı təmsilçisi Hande ablamız hər brifinqdə deyir ki, əllərinizi yuyun, sosial məsafə gözləyin, karantin qaydalarını pozmayın. Bir də deyir ki, maska taxın. Vallah ki, mən bu başıbatmış koronavirus çıxandan maska da taxıram, əllərimi də gecə-gündüz yuyuram, sosial məsafəni də gözləyirəm. O dərəcədə gözləyirəm ki, dost-tanış, qohum-əqrəba elə bilir ki, Azərbaycandan köçüb getmişəm. Ya da elə bilirlər, ölmüşəm, iraq olsun! 

Hande ablanın hərəkətlərindən sonra düşünürəm ki, gərək belə etməyəydim. Hande ablamız o qədər özündən razı oldumu, sərt karantin günlərində Bakını tərk edir, hələ bir Qubanın səfalı meşələrində gəzir, biz isə 35 dərəcə istidə qanuna riayət edən vətəndaş kimi otururuq evdə? Şəxsən mənim itim də yoxdur, ay Hande abla, barı gəzməyə çıxardım. Deyəsən, Hande ablanın da iti yoxdu. Yoxsa onu Qubaya gəzməyə aparıb? 

Hə, bir az bundan əvvəl Hande ablamız Azərbaycan ictimaiyyətindən üzr istədi. Dedi ki, yanlış zamanda foto paylaşmışam. Hande abla, yanlış zamanda Azərbaycana gəlmisiniz, məncə, nə qədər sosial məsafə gözlənilir, gedin buralardan. Pandemiya bitəndən sonra isə qonaq gələrsiniz. Qubaya gedib, kabab yeyərsiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb