Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
1805
30.01.2025, 11:09
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın imzaladığı fərmanla ölkədə yaşayan qeyri-qanuni miqrantların kütləvi deportasiyası həyata keçirilir. O, prezidentliyə başladığı ilk gün ölkənin cənub sərhədində milli fövqəladə vəziyyət elan edərək bölgəyə qoşun yeridib. Tramp üçün başqa bir prioritet ölkəyə yeni gələnlərin qarşısını almaqdır. Onun bu kontekstdə atdığı imzalardan biri də sabiq prezident Cozef Baydenin dövründə istifadəyə verilmiş və təyinatla Meksika sərhədini keçməyə icazə verən "CBP 1" mobil tətbiqini bağlamaq olub.
Bununla yanaşı, o, ölkədəki müvafiq qurumlara sürətli deportasiya səlahiyyətlərindən daha fəal istifadə etməyi tapşırıb. ABŞ-nin Miqrasiya və Gömrük Xidmətinin (ICE) 2024-cü ilin noyabrında tərtib etdiyi deportasiya olunacaq şəxslərin siyahısına 709 Azərbaycan vətəndaşı da daxil edilib. Həmin Azərbaycan vətəndaşlarının kimliyi və ya onların hansı səbəbdən ABŞ-dən deportasiya olunacağına dair məlumat almaq üçün Azərbaycanın Vaşinqtondakı səfirliyinə müraciət etdik. Səfirlikdən müraciətə cavabda, bu mövzuda heç bir məlumat verə bilməyəcəkləri qeyd olunub.
“Report”un ABŞ bürosu baş verənlərlə bağlı Meksika sərhədindən Amerika Birləşmiş Ştatlarına qeyri-qanuni yollarla gələn azərbaycanlılardan biri, Nyu-York şəhərində məskunlaşan 30 yaşlı həmyerlimiz Kamran Abdullayevlə həmsöhbət olub. K. Abdullayev Amerikaya gəlişi və hazırkı vəziyyətlə bağlı suallara aydınlıq gətirib.
K. Abdullayev bildirib ki, o, 2022-ci ilin sentyabr ayında Rusiyadan Meksika sərhədinə gələrək, oradan qeyri-qanuni olaraq ABŞ-yə keçib:
“Meksikadan ABŞ-yə keçdiyim zaman sərhəddəki vasitəçilərə 2500 dollar pul vermişdim. Onlar məni sərhəddəki Amerika polisinə təhvil verdilər. Mən sərhədi keçəndə "CBP 1" mobil tətbiq proqramından qeydiyyatdan keçmişdim və həmin proqramda haqqımda bütün məlumatlar öz əksini tapmışdı. Polislər məni 8 saat həmin bölgədəki sığınacaqda saxladılar və barmaq izimi götürdükdən sonra Amerikaya hansı məqsədlə daxil olduğumu müəyyən edən sənəd verdilər. Nyu-Yorka gəldim və vəkil tutaraq burada iş icazəsi üçün müraciət etdim.
8 aydan sonra müraciətim əsasında dövlət mənə iş icazəsi verdi. İndi Nyu-Yorkda məşhur türk restoranlarından birində işləyirəm. Mənim artıq ABŞ-də qanuni iş icazəm var və bu səbəbdən dövlətin məni deportasiya etməyə heç bir hüquqi əsası yoxdur”.
Kamran Abdullayev deyir ki, ABŞ-yə gələn bir çox azərbaycanlı onun qədər şanslı deyillər. Belə ki, onların ölkədə yaşamaq üçün müraciətləri dövlət tərəfindən dəyərləndirilməyib və hüquqi müstəvidə öz əksini tapmayıb:
“Dostlarım mənə dedi ki, bir neçə azərbaycanlı 3 aydan artıq idi ABŞ-Meksika sərhədində "CBP 1" mobil tətbiqində ölkəyə giriş üçün təyin olunmuş günü gözləyirdi və Tramp hakimiyyətə gəldikdən sonra proqram silinib, həmin şəxslər elə oradan Azərbaycana geri qayıdıblar. Təbii ki, hər kəsin içində qorxu var və vəziyyət çox gərgindir”.
Mövzu ilə bağlı müraciət etdiyimiz ABŞ-də immiqrasiya hüququ sahəsində çalışan tanınmış azərbaycanlı vəkil Vüqar Cəfərov Trampın qərarı ilə ölkədə baş qaldıran çaxnaşmanın əsl səbəbini, hüquqi müstəvidə atılacaq addımları və Amerikadan deportasiya ilə üz-üzə qalan 709 azərbaycanlının taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.
V. Cəfərov deyir ki, Trampın qərarından sonra ölkədə ciddi dezinformasiya və çaxnaşma mövcuddur. Vəkil təhdid siyasəti ilə hökumətin immiqrasiyanı azaltmağa çalışacağı qənaətindədir:
“Mediada çoxsaylı yanlış, şişirdilmiş məlumatlar var, Amerikada bir qorxu mühiti formalaşdırılıb. Bütün vəkillər insanları qorxudurlar, onların da qurbanları olan immiqrantlar isə təhsilsiz, məlumatsız insanlardır. Onlar ABŞ-yə girdikdən sonra düşünürlər ki, artıq hər şey qaydasındadır və ölkədə rəsmi statuslarının müəyyən olunması üçün heç bir addım atmırlar. Bütün bunlara baxmayaraq, əgər normal bir vəkillə işlənilərsə, qısa zamanda alınmış deportasiya qərarı ilə bağlı tədbirlər görülə bilər”.
Həmçinin oxuyun
V. Cəfərov hökumətin deportasiya qərarı aldığı şəxslərin hansı yollardan keçdiyini və nələri diqqətdən qaçırdığını izah edib: “Hər hansı bir şəxs Meksika-ABŞ sərhədindən ölkəyə girdiyi zaman ona sərhəd məmurları tərəfindən ölkədə hüquqi statusunu müəyyən edən üç seçimin olduğu bir sənəd verilir. Bu üç seçimin birində "CBP 1" mobil tətbiqindən istifadə edərək ölkəyə giriş icazəsi olduğu, digərində ölkəyə qanunsuz girdiyi və üçüncüdə isə ölkəyə müvafiq giriş vizası olduğu qeyd olunur.
"CBP 1" ilə ölkəyə daxil olmağın üstünlükləri ondan ibarətdir ki, həmin miqrantlar ABŞ vətəndaşı ilə evlənə, iş icazəsi ala, yaşıl kart üçün müraciət edə bilirlər. Onların müraciətlərinə ölkədəki miqrasiya xidmətləri baxır. Həmin müddətdə onların müraciəti əsasında miqrasiya xidməti həmin mühacirlər üçün 5 illik iş icazəsi çıxara bilir, onlara şəxsiyyətlərini müəyyənləşdirən və qazanclarını qeyd etmələri üçün doqquz rəqəmli sosial kart verilir.
Həmyerlimiz Kamran Abdullayev kimin şəxslər düşünürlər ki, bununla da iş bitdi və onlar artıq qanuni olaraq ABŞ-də yaşaya bilərlər. Ancaq məsələ bununla yekunlaşmır. Ölkəyə girişdə üç müxtəlif səbəbdən ittiham olunan immiqrantın Amerikada hüquqi statusunu məhkəmə müəyyən edir.
Doğru bir vəkillə işlənildiyi zaman vəkil həmin şəxsin ABŞ-də qalması üçün yolları araşdırır və ən uyğun olanını seçir. Onlar barəsində son qərarı məhkəmə verir. Vəkil şəxsin ABŞ-də qanuni yolla yaşaması üçün bütün dəlilləri toplayıb məhkəməyə təqdim edir və həmin şəxs məhkəmə günü mütləq şəkildə hakim qarşısına çıxır. Hər insan fərdidir və müraciətlər də buna əsasən hər bir şəxs üçün fərdi və fərqlidir. Bu, həm də turist vizası ilə ölkəyə gəlib və vizası bitdikdən sonra ölkədə qalanlara da şamil olunur”.
Vəkil bildirib ki, məhkəmədən rədd cavabı alsanız, bu, deportasiya deməkdir və məhkəmə günü hakim qərarını elə otaqdaca elan edir:
“Əgər sizin müraciətinizə rədd cavabı verilərsə, hakim vəkildən qərara etiraz edib-etmədiyini soruşur. Təbii ki, vəkil qərara etiraz edə bilər və belə olduğu təqdirdə, qərarın yenidən nəzərdən keçirilməsi üçün işə üst məhkəmə baxır. Burada ən həssas məqam 30 gün ərzində etiraz üçün müraciət edilməsidir. Biz 30 gün ərzində həmin müraciəti göndəririk və üst məhkəmənin qərar verməsi 1-2 il vaxt alır. Müraciətimizdə biz hakimin qərar verərkən səhvlərini izah edir və nələri nəzərdən qaçırdığını göstəririk.
Yaxın zamanda mənə müraciət edən 3 şəxsə dair üst məhkəməyə etdiyimiz müraciətlərdə müsbət nəticə aldıq. Üst məhkəmənin qərarı yenidən alt məhkəməyə qaytarılır və orada hakimin nəzərdən qaçırdığı məqamlar qeyd olunur. Alt məhkəmə isə üst məhkəmənin qərarına tabe olur. Bu proses təxminən 3 ay – 1 il arasında vaxt aparır. Əvvəldə vurğuladığım kimi, qərara etiraz üçün bizə 30 gün vaxt verilir, çünki şəxs həmin müddət ərzində üst məhkəməyə müraciət etməzsə, məhkəmə ona yenidən deportasiya qərarı çıxarır və bu qərarın icrası məcburidir. Trampdan əvvəlki hökumət bu qərarların icrasını həyata keçirmirdi”.
Onun sözlərinə görə, ölkədən çıxarılan 709 nəfərin əksəriyyəti Bayden dövründə məhkəmələrin verdiyi qərarlara əsasən deportasiya olunması nəzərdə tutulan azərbaycanlılardır:
“Onlar hələ də deportasiya olunması ilə bağlı qərarı olan, lakin həbs olunmamış şəxslərdir. Bu isə o deməkdir ki, siyahı artacaq. Bu siyahıda ölkəyə girib məhkəmə tarixini bilməyənlər var. Ünvanına məhkəmə günü ilə bağlı məlumat göndərildiyi halda, həmin ünvanda yaşamadığı üçün məhkəməyə getməyən və barəsində deportasiya qərarı çıxan, bu qərardan xəbəri belə olmayan çoxlu sayda insan var. Əvvəllər ABŞ-yə gələn azərbaycanlılar əsasən təhsil üçün və ya yaşıl kart qazanaraq gəlirdilər. Təbii ki, sərhədləri qeyri-qanuni keçən şəxslər ölkənin qanunlarından bixəbərdirlər. Xüsusilə bu siyahıda Türkiyə vətəndaşlarının sayı çoxdur”.
V. Cəfərov əlavə edib ki, sığınacaq tələb edərək hüquqi proses başlatmış şəxslərin ABŞ-dən ekstradisiya edilməsi mümkün deyil. O bildirib ki, bu şəxslər məhkəmə qərarı olmadan ölkədən uzaqlaşdırıla bilməz:
“Sürətli deportasiya praktikası bölgədəki məmurlara qarşılaşdıqları qeyri-qanuni mühaciri tez bir zamanda sorğu-sual etmək və onların məhkəməyə getmədən deportasiyasını həyata keçirmək səlahiyyəti verildiyi kimi izah edilsə də, bu, yanlışdır. ABŞ hüququn üstünlüyünün qorunduğu bir ölkədir. Əgər sizin davam edən hüquqi prosesiniz varsa, sizə heç nə edə bilməzlər. Polis axtarış əmri olmadan sizi heç bir şəxs tutub apara bilməz. ABŞ-də siz hər zaman susma haqqınızdan istifadə etməlisiniz, çünki sizin sözünüz belə dəlil sayılır və əleyhinizə işləyə bilər. Heç bir məlumat verməyin, polis sizin dostunuz deyil. Həbs olunsanız belə, vəkilinizi tələb edin və onun hüquqi çərçivədə məsələnin həllinə çalışmasını gözləyin”.
09:56 / 21 Aprel 2025
Teymur Sadıqov Rusiya-Ukrayna müharibəsində həlak oldu
1
09:37 / 21 Aprel 2025
Güclü maqnit qasırğası yaxınlaşır - 3 gün davam edəcək
18
09:33 / 21 Aprel 2025
Bu günün valyuta məzənnələri
19
09:13 / 21 Aprel 2025
"TikTok-da bir dəqiqəyə 100 manat qazanıram"
23
09:00 / 21 Aprel 2025
Zəlzələ oldu
32
22:59 / 20 Aprel 2025
25-ci mərtəbədən yıxılan azyaşlı sağ qaldı - FOTOlar
79
20:45 / 20 Aprel 2025
SON DƏQİQƏ! Bakıda güclü yanğın olub — VİDEO
140
20:41 / 20 Aprel 2025
Pensiyaya 5 il tez çıxmaq üçün nə etmək lazımdır?
103
19:16 / 20 Aprel 2025
Həmin yanğında maşınlar da yanıb - Video
110
18:49 / 20 Aprel 2025
Zaqatalada körpə doğuş zamanı öldü
135
18:45 / 20 Aprel 2025
Papa Azərbaycanla Ermənistana müraciət etdi
121
13:58 / 20 Aprel 2025
Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
626
12:31 / 20 Aprel 2025
SON DƏQİQƏ! Şərurlu İsfəndiyar danışdı
516
12:19 / 20 Aprel 2025
Prezidentin gəlini paylaşım edib — FOTO
288
11:32 / 20 Aprel 2025
Qar yağacaq - Hava kəskin dəyişir
2397
11:13 / 20 Aprel 2025
DİN antinarkotik təbliğatı ilə bağlı sosial çarx hazırlayıb - VİDEO
201
11:07 / 20 Aprel 2025
Binanın qarşısında meyiti tapılan şəxs kimdir?
219
11:04 / 20 Aprel 2025
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
182
10:28 / 20 Aprel 2025
İsfəndiyarın oğlu əvvəl niyə həbs olunubmuş? - TƏFƏRRÜAT
1694
10:14 / 20 Aprel 2025
Ağır qəza olub: Həyatını itirən var
226
00:19 / 20 Aprel 2025
Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
73
00:15 / 20 Aprel 2025
Azərbaycanda toyda 2 yaşlı uşaq oğurlanıb
1390
23:45 / 19 Aprel 2025
TƏCİLİ!İsfəndiyarın oğlu həbs edildi
2137
21:28 / 19 Aprel 2025
Bakıda sevgililər tutuldular: Görün nə ediblərmiş - VİDEO
1894
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.