Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
09 Noyabr 2026, 14:04
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2138
14.03.2021, 11:20
Bakıda ictimai nəqliyyatda və dayanacaqlarda cibgirliklə məşğul olan şəxslərə qarşı polis əməkdaşları xüsusi əməliyyat keçirib
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinidən Oxu24.com-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində əsasən ictimai nəqliyyatda və ticarət obyektlərində cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib.
Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakinləri Zita Zolotoryeva və Şavan Bəşirov saxlanılıblar.
Onların ətraflarında həyata keçirilən tədbirlərlə bu şəxslərin müxtəlif vaxtlarda 11 nəfərin cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladıqları məlum olub.
Qeyd edək ki, Z. Zolotoryeva cibgirlik edəndən sonra əldə etdiyi əşyaları yanında dayanan Ş.Bəşirova ötürürmüş. Sonuncu isə öz növbəsində hadisə yerindən uzaqlaşırmış. Bu iki şəxsin etdiyi cibgirlik cinayətlərinin bir neçəsi müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.
Onlar ifadələrində cibgirlik yolu ilə əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra həmin əşyaların içində olan sənədləri və bankomat kartlarını yandırdıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarının qeyd ediblər. Saxlanılan zaman Z.Zolotoryevanın üzərindən əlavə olaraq 1 büküm psixotrop maddə olan metamfetamin də aşkar edilib. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Tural Həsənov cibgirlik etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.
Əldə edilən kamera görüntülərindən və T. Həsənovun ətrafında aparılan əməliyyat tədbirlərindən sonra müəyyən edilib ki, bu şəxs paytaxt ərazisində son bir neçə ay ərzində ictimai nəqliyyatlarda, dayanacaqlarda 14 nəfərin cibindən, həmçinin əl çantasından pul, bank kartları və sənədlər oğurlayıb. Qeyd edək ki, T.Həsənov saxlanılan zaman onun üzərindən 5 qrama yaxın psixotrop maddə olan metamfetamin də aşkar edilib. Aşkar edilən faktlarla bağlı saxlanılan şəxslərin ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Z.Zolotoryeva, Ş.Bəşirov və T.Həsənovun paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur.
Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə Bakı şəhər Baş Polis İdarəsi və ya “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.
12:57 / 13 Noyabr 2026
1
12:45 / 13 Noyabr 2026
40
12:32 / 13 Noyabr 2026
56
12:20 / 13 Noyabr 2026
52
12:17 / 13 Noyabr 2026
50
12:08 / 13 Noyabr 2026
331
11:55 / 13 Noyabr 2026
76
11:45 / 13 Noyabr 2026
138
11:40 / 13 Noyabr 2026
80
11:21 / 13 Noyabr 2026
263
11:15 / 13 Noyabr 2026
91
11:12 / 13 Noyabr 2026
160
11:00 / 13 Noyabr 2026
93
10:50 / 13 Noyabr 2026
88
10:45 / 13 Noyabr 2026
129
10:39 / 13 Noyabr 2026
105
10:25 / 13 Noyabr 2026
106
10:22 / 13 Noyabr 2026
203
10:20 / 13 Noyabr 2026
93
10:08 / 13 Noyabr 2026
429
10:02 / 13 Noyabr 2026
97
09:51 / 13 Noyabr 2026
191
09:46 / 13 Noyabr 2026
1369
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.