Təsadüfən kameraya düşdü,milyonlarla insan izlədi — VİDEO
07 May 2026, 15:04
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
1847
17.04.2026, 09:42
Qızıl qaçaqmalçılığında şübhəli bilinən və İnterpola üzv olan 196 ölkədə “Qırmızı bülleten”lə axtarılan azərbaycanlı İnqilab Babayev Türkiyədə həbs edilib.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki, o, İstanbulun mərkəzində yerləşən Eyupsultan adlanan ərazidəki evdə tutulub.
Bildirilib ki, o, ailə üzvləri ilə görüşmək üçün başqa ölkədən İstanbula gəlib. Bundan sonra İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları onun izinə düşüblər. İ.Babayevin yaxınları Türkiyəyə gələn kimi, o, xüsusi əməliyyatla tutulub.
Məlumata görə, 38 yaşlı İ.Babayev 2024-cü ildə İstanbul Hava Limanında üzə çıxan qızıl qaçaqmalçılığı şəbəkəsinin rəhbəri olub. Həmin vaxt polis şübhələndiyi iki təhlükəsizlik əməkdaşını yoxlayıb. Aparılan axtarış nəticəsində onların bel hissəsində gizlədilmiş 16 kiloqram ağırlığında 32 külçə qızıl aşkarlanmışdı. Dubaydan gətirildiyi müəyyən edilən qızıllarla bağlı aparılan istintaq çərçivəsində 7 nəfər saxlanılmışdı.
Həmçinin oxuyun
Hadisənin təşkilatçısı olduğu müəyyən edilən və İnterpol tərəfindən axtarılan İnqilab Babayev isə hadisədən sonra gizlənməyi bacarmışdı.
Polis tərəfindən saxlanılan İ.Babayev barəsində İstanbul məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Türkiyə mediası onu “Qızıl adam” ləqəbi ilə təqdim edib.
Qafqazinfo
18:49 / 07 May 2026
4
18:45 / 07 May 2026
12
18:43 / 07 May 2026
14
18:33 / 07 May 2026
25
18:23 / 07 May 2026
48
18:10 / 07 May 2026
51
18:05 / 07 May 2026
871
18:04 / 07 May 2026
322
18:01 / 07 May 2026
34
18:00 / 07 May 2026
39
18:00 / 07 May 2026
38
17:55 / 07 May 2026
420
17:54 / 07 May 2026
37
17:50 / 07 May 2026
43
17:49 / 07 May 2026
44
17:40 / 07 May 2026
43
17:40 / 07 May 2026
66
17:36 / 07 May 2026
155
17:30 / 07 May 2026
55
17:20 / 07 May 2026
48
17:14 / 07 May 2026
385
17:12 / 07 May 2026
60
17:10 / 07 May 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.