Qanunsuz tikili boşanmadan sonra necə bölünür? – Vəkildən AÇIQLAMA
29 Sentyabr 2026, 13:04
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
560
07.05.2026, 16:57
Azərbaycanda paylı mülkiyyətdə olan torpaq sahələrinin satışı zamanı vətəndaşların qarşılaşdığı əsas problemlərdən biri də bəzi hallarda notariusların alqı-satqı müqaviləsini təsdiqləməkdən imtina etməsidir. Xüsusilə torpaq bir neçə şəxsin birgə mülkiyyətində olduqda və payçılardan biri və ya bir neçəsi öz payını satmaq istədikdə, “əvvəl naturada bölgü aparılmalıdır” arqumenti ilə prosesin dayandırılması ciddi narazılıq yaradır.
Mövzu ilə bağlı hüquqşünas İlham Mehrəliyev Oxu24.com-a açıqlamasında bildirib ki, qüvvədə olan qanunvericilik paylı mülkiyyətdə olan əmlakın satışı üçün hər zaman real bölgünü zəruri tələb kimi müəyyən etmir.
Hüquqşünas qeyd edib ki, paylı mülkiyyət anlayışı bir neçə şəxsin eyni əmlak üzərində müəyyən hüquqi paylara sahib olması deməkdir və bu payların hər biri ayrıca hüquqi dövriyyə obyekti hesab olunur:
“Əgər torpaq sahəsi 4 nəfərin paylı mülkiyyətindədirsə və onlardan 2 nəfər öz payını satmaq istəyirsə, bu zaman ilk növbədə digər payçıların üstün alqı hüququ təmin edilməlidir. Yəni qanuna uyğun olaraq həmin şəxslərə yazılı şəkildə təklif verilməlidir. Əgər onlar bu hüquqdan istifadə etmirlərsə və satışa etiraz etmirlərsə, artıq payın üçüncü şəxsə satışı mümkündür”.
İlham Mehrəliyev bildirib ki, praktiki olaraq bir çox notariuslar belə hallarda naturada bölgü tələb etsələr də, bu yanaşma bütün hallarda hüquqi əsas daşımır:
“Burada çox vacib bir məqam var. Söhbət konkret ayrılmış torpaq sahəsinin satışından yox, pay hüququnun satılmasından gedir. Pay hüququ isə ayrıca əmlak hüququ hesab olunur və onun özgəninkiləşdirilməsi üçün mütləq şəkildə torpağın fiziki bölgüsü tələb edilmir”.
Hüquqşünasın sözlərinə görə, naturada bölgü yalnız müəyyən hallarda həyata keçirilir:
“Əmlakın naturada bölünməsi əsasən tərəflər arasında mübahisə olduqda və ya hər kəsin konkret hissəsinin ayrıca sərhədlərlə müəyyən olunması istənildikdə tətbiq olunur. Əgər mübahisə yoxdursa, bütün prosedurlar qanuna uyğun icra olunubsa və alıcı da mövcud payı almağa razıdırsa, notariusun “gedin əvvəl bölgü aparın” tələbi hüquqi baxımdan mübahisəli görünür”.
O bildirib ki, bəzi hallarda notariuslar gələcəkdə yarana biləcək riskləri əsas gətirərək bu cür ehtiyatlı mövqe nümayiş etdirirlər. Lakin hüquqi baxımdan əsas məsələ qanunun tələblərinin yerinə yetirilib-yetirilməməsidir:
“Əgər digər payçılara bildiriş göndərilibsə, onların üstün hüququ təmin olunubsa və alqı-satqı qanunvericiliyin tələblərinə uyğundursa, notariusun əlavə şərt irəli sürməsi qanunla nəzərdə tutulmur. Çünki Mülki Məcəllə pay sahibinə öz payı üzərində sərəncam vermək hüququ tanıyır”.
Hüquqşünas əlavə edib ki, belə hallarda vətəndaşların hüquqları məhdudlaşdırıla bilməz:
“Mülkiyyət hüququ Konstitusiya ilə qorunan əsas hüquqlardan biridir. Şəxs öz payını satmaq, bağışlamaq və ya başqa formada özgəninkiləşdirmək hüququna malikdir. Bu hüququn əsassız şəkildə məhdudlaşdırılması qanuni hesab edilə bilməz”.
İlham Mehrəliyev bildirib ki, notariusun imtinası ilə razılaşmayan şəxslər məsələni hüquqi qaydada mübahisələndirə bilərlər:
“Əgər notarius müqaviləni təsdiqləməkdən imtina edirsə, həmin imtinanın yazılı əsaslandırılması tələb olunmalıdır. Bundan sonra vətəndaş Ədliyyə Nazirliyinə şikayət edə və ya məhkəmə qaydasında öz hüququnu müdafiə edə bilər”.
Hüquqşünas sonda vətəndaşlara tövsiyə edib ki, paylı mülkiyyətlə bağlı alqı-satqı əməliyyatlarına başlamazdan əvvəl hüquqi məsləhət alsınlar və bütün bildiriş prosedurlarını rəsmi qaydada həyata keçirsinlər. Bu, gələcəkdə yarana biləcək hüquqi problemlərin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.
Hazırladı: Turan Etibaroğlu
14:00 / 29 Sentyabr 2026
24
13:58 / 29 Sentyabr 2026
25
13:45 / 29 Sentyabr 2026
100
13:40 / 29 Sentyabr 2026
38
13:36 / 29 Sentyabr 2026
36
13:25 / 29 Sentyabr 2026
166
13:24 / 29 Sentyabr 2026
84
13:22 / 29 Sentyabr 2026
60
13:18 / 29 Sentyabr 2026
54
13:10 / 29 Sentyabr 2026
46
13:04 / 29 Sentyabr 2026
183
12:52 / 29 Sentyabr 2026
72
12:48 / 29 Sentyabr 2026
108
12:42 / 29 Sentyabr 2026
68
12:35 / 29 Sentyabr 2026
53
12:29 / 29 Sentyabr 2026
56
12:23 / 29 Sentyabr 2026
52
12:17 / 29 Sentyabr 2026
141
12:14 / 29 Sentyabr 2026
432
12:10 / 29 Sentyabr 2026
96
12:08 / 29 Sentyabr 2026
139
12:05 / 29 Sentyabr 2026
54
11:55 / 29 Sentyabr 2026
51
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.