"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
4321
29.10.2021, 22:45
Pulmonoloq-allerqoloq Ramin Nəriman bildirib ki, Azərbaycanda yoluxma artsa da, bir çox ölkələrlə müqayisədə vəziyyət nəzarətdə saxlanılır. Və bu göstəricilər vaksinasiya hesabına əldə edilib.
Publika.az həkimlə müsahibəni təqdim edir:
- Hazırda dünyada, həmçinin region ölkələrində COVID-19-a yoluxma hallarının kəskin artması müşahidə olunur. Koronavirusun yeni mutasiyası, "delta" ştamı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 yayılmağa başlayıb. Bu mənada ölkəmizi hər hansı təhlükə gözləyirmi?
- Koronavirusun yeni ştamlarının çıxması labüd haldır. Hər yeni ştam ortaya çıxanda bildirilir ki, əvvəlkilərlə müqayisədə daha aqressivdir və daha sürətlə yayılır. Amma bu, praktikada özünü təsdiq etmir. Odur ki, yeni ştamların aqressiv olması və sürətlə yayılması fikirlərinə müəyyən mənada tənqidi yanaşıram.
Qonşu ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət daha stabildir. Yeni ştamın Azərbaycan üçün təhlükəsi odur ki, qonşu ölkələrdəki epidemioloji vəziyyət bizə də təsir edir. Çünki Azərbaycanın Ermənistanı çıxmaq şərti ilə İran, Türkiyə, Rusiya və Gürcüstanla iqtisadi əlaqələri var. Bu ölkələrdə isə koronavirus geniş yayılıb. Yeni ştamların bu ölkələrdən Azərbaycana gəlmə ehtimalı böyükdür. Bilirsiniz ki, AY.4.2 mutasiyası artıq Rusiyada aşkarlanıb, yəqin ki, yaxın vaxtlarda Azərbaycana da keçə bilər.
- Havaların soyuması ilə əlaqədar vəziyyət kəskinləşə bilərmi?
- Ümumiyyətlə, bütün dünyada payız aylarında havanın soyumağa başladığı dövrdə yuxarı tənəffüs yollarının virus infeksiyaları artmağa başlayır. Sadəcə son 2 ildə COVID-19-la bağlı tətbiq olunan karantin qaydaları, fərdi qorunma vasitələri, maskaların və respiratorların istifadə olunması koronavirusdan kənar digər virusların yayılmasını nisbətən azaldıb. Bütün hallarda həmin viruslar dövr etməyə davam edir. Təbii ki, soyuqlar düşəndə istər koronavirus, istərsə də yuxarı tənəffüs yollarının xəstəliklərini yaradan digər viruslar, o cümlədən qrip, adenavirus, rotavirus kimi infeksiyaların yayılması gözlənilən bir haldır.
- Səhiyyə Nazirliyi üçüncü gücləndirici dozanın vurulmasını təklif edir. Bu, nə üçün vacibdir?
- Üçüncü dozanın vurulması məsələsi tək koronavirus peyvəndinə aid deyil. Məsələn, hepatit B peyvəndində də gücləndirici dozadan istifadə olunur. Belə ki, hepatit B peyvəndinin birinci dozası vurulduqdan 1 ay sonra ikinci doza, 6 ay sonra isə gücləndirici doza vurulur. Bu, sadəcə Səhiyyə Nazirliyinin təklifi deyil. Koronavirus peyvəndinin üçüncü dozasının vurulması dünya səviyyəsində qəbul olunan bir məsələdir. Üçüncü dozanın vurulması əvvəlki dozaların effektivliyini artırmaq istiqamətində atılan labüd addımdır.
- Bu qədər insan vaksin olunsa da, niyə yoluxmalar davam edir? Ümumiyyətlə, vaksinasiyanın effektivliyi barədə nə deyə bilərsiniz?
- Qəbul etmək lazımdır ki, vaksin yoluxmanın qarşısını 100 faiz alan bir vasitə deyil. Vaksin xəstəliyin ağır getməsinin, ölüm hallarının qarşısını alan vasitədir. Azərbaycanda epidemioloji vəziyyət digər ölkələrlə müqayisədə daha yaxşıdır. Həmin ölkələrdəki vəziyyətə baxın, Gürcüstanda, Ermənistanda, Rusiyada, İranda peyvəndlənmənin səviyyəsi Azərbaycandan çox-çox aşağıdır. Ona görə də həmin ölkələrdə həm qat-qat yüksək yoluxma, həm də xəstəlikdən ölüm halları var. Hətta Rusiyada bir gündə yoluxma halları 20 minin üzərinə çıxır, ölüm halları mindən artıqdır. Eləcə də Gürcüstan ölüm və yoluxma sayına görə dünyada ikinci-üçüncü yerləri bölüşür.
Peyvəndin effektivliyi var və bu, Azərbaycanda da göz qarşısındadır. Dünya ölkələri arasında vaksinin effektivliyi birinci dəfə İsrail modelində sübut olundu. Ən aktiv peyvəndlənməni İsrail həyata keçirdi və orada tüğyan edən koronavirus infeksiyası nəzarət altına alındı.
09:35 / 10 Noyabr 2026
1
09:26 / 10 Noyabr 2026
50
09:19 / 10 Noyabr 2026
54
08:56 / 10 Noyabr 2026
110
08:46 / 10 Noyabr 2026
116
08:42 / 10 Noyabr 2026
609
05:37 / 10 Noyabr 2026
141
05:27 / 10 Noyabr 2026
212
04:34 / 10 Noyabr 2026
145
04:12 / 10 Noyabr 2026
203
02:34 / 10 Noyabr 2026
174
02:02 / 10 Noyabr 2026
162
01:30 / 10 Noyabr 2026
412
01:19 / 10 Noyabr 2026
561
01:00 / 10 Noyabr 2026
246
00:25 / 10 Noyabr 2026
1203
00:20 / 10 Noyabr 2026
165
00:14 / 10 Noyabr 2026
545
00:08 / 10 Noyabr 2026
166
23:52 / 09 Noyabr 2026
305
23:52 / 09 Noyabr 2026
2659
23:48 / 09 Noyabr 2026
163
23:42 / 09 Noyabr 2026
446
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.