Gəncədə sabitlikdir. Şəhərdə asayiş tam bərpa olunub.
AzVision.az-ın əməkdaşları, redaktor Günay Arda və operator Əhməd Xəlilovun Gəncədən hazırladığı video materialdan görə bilərsiniz ki, sakinlər normal günlərindən birinə davam edir. Gün ərzində heç bir problem yaşamadıqlarını deyən sakinlər Azərbaycan hökumətinə güvəndiklərini bildiriblər.
Xatırladaq ki, iyulun 10-da saat 20 radələrində radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq, asayişi pozmağa cəhd göstərib. Bu zaman xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal cinayətkarların kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
Asayiş keşikçiləri Gəncədə sabitliyi pozmağa cəhd edən 30-dan çox iğtişaşçını saxlayıblar.
Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, AzVision.az-ın əməkdaşları hazırda Gəncədədir. Baş verənləri təfərrüatı ilə diqqətinizə çatdırmağa davam edəcəyik.
Oxu24.com
ŞƏRHLƏR