Deputat Fazil Mustafa ilə MÜSAHİBƏ
05 May 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1357
01.07.2020, 11:45
Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb.
Oxu24.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, ki, Azərbaycan bu baxımdan dünyada hər 3 ölkədən 2-ni qabaqlaya bilib: ““Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir.”
Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib. Davamlı İnkişaf üzrə 17 məqsəddən yalnız birində - təhsilin keyfiyyətində geriləmə qeydə alınıb. Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Müqayisə üçün deyək ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur”.
V.Qasımlı bildirib ki, hesabata əsasən Azərbaycanda gündəlik gəliri 3,2 ABŞ dollarından az olan yoxsul qeydə alınmayıb: “Azərbaycanda hər 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşılaşma olub. Bərabərsizliyi ifadə edən Cini əmsalı Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biridir.”
İcraçı direktor əlavə edib ki, Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Bu fakt bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir.
00:25 / 14 May 2026
188
23:53 / 13 May 2026
304
23:36 / 13 May 2026
190
23:05 / 13 May 2026
660
23:05 / 13 May 2026
213
23:03 / 13 May 2026
94
23:00 / 13 May 2026
176
22:57 / 13 May 2026
84
22:55 / 13 May 2026
97
22:53 / 13 May 2026
77
22:38 / 13 May 2026
338
22:05 / 13 May 2026
222
21:30 / 13 May 2026
119
21:29 / 13 May 2026
145
21:22 / 13 May 2026
98
21:16 / 13 May 2026
157
21:15 / 13 May 2026
122
21:10 / 13 May 2026
93
21:09 / 13 May 2026
136
21:04 / 13 May 2026
182
20:58 / 13 May 2026
1117
20:42 / 13 May 2026
217
20:32 / 13 May 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.