Deputat Fazil Mustafa ilə MÜSAHİBƏ
05 May 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1149
30.06.2020, 12:50
Aylardır karantin rejimində yaşasaq da, yenidən sərtləşdirilmiş karantin rejiminə qayıtsaq da, virus ölkəmizdə böyük sürətlə yayılır. Yoluxanların sayı nəinki azalır, əksinə artan xətt üzrə davam edir. Bəli, artıq hər kəsin yaxınında, tanışında yoluxan və ölənlər vardır. Sonuncu sərtləşdirilmiş karantin rejiminin tətbiqindən sonra insanların kütləvi şəkildə maska taxdığı müşahidə olunur, amma yoluxma azalmır. Səbəb nədir?
Oxu24.com xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla yoluxmanın sürətlə artmasını belə izah etdi:
"Birdəfəlik yadınızda saxlayın, bu xəstəlik insandan insana keçir. Maska taxılsa, sosial məsafə və əllərin tez-tez dezinfeksiyası gözənilsə, yoluxmanın sayını azaltmaq olar. İnsanlar bir-birini qoruya bilər. Təəssüf ki, insanlar bir müddət buna riayət etmədi.
Vətəndaşları yetərincə təlimatlandırmadan karantin qaydalarının yumşaldılması böyük səhv oldu. İnsanları arxayınlaşdırmaq yox, onlara virusla birgə yaşamağı öyrətmək lazım idi.
Bu yanlışlığın nəticəsi olaraq karantin rejimi yumşaldıqdan sonra insanların arxayınlaşması yoluxmanın artmasına şərait yaratdı. İnsanlar maskasız, heç bir sosial məsafə gözləmədən və dezinfeksiya qaydalarına əməl etmədən gəzdilər. Bu gün artıq biz bunun nəticələrini görürük. Biz artıq pik dövrünə doğru gedirik. Yoluxma sayının artım tendensiyası hələ bir müddət davam edəcək".
Professor bu bəladan yan keçməyin yolunu ancaq və ancaq qorunmaqda görür:
"Vətəndaşlar gigiyenik qaydalara ciddi əməl etməsələr, heç bir tədbirin xeyri olmayacaq. Hökumətin qərarlarını bir kənara qoyaq, insanlar da özünü qorumalıdır. Nə qədər ki insanlar buna əməl etməyəcək, problem daha da artacaq. Yalnız bir yol var: insanlar özünü qorumalıdır, vəssalam! Başqa variant yoxdur".
A.Qeybulla deyir ki, yoluxanların sayının çoxalması gözlənildiyindən bundan sonrakı mərhələdə ambulator xidmət düzgün təşkil olunmalıdır.
00:25 / 14 May 2026
53
23:53 / 13 May 2026
196
23:36 / 13 May 2026
130
23:05 / 13 May 2026
465
23:05 / 13 May 2026
102
23:03 / 13 May 2026
68
23:00 / 13 May 2026
143
22:57 / 13 May 2026
60
22:55 / 13 May 2026
69
22:53 / 13 May 2026
53
22:38 / 13 May 2026
235
22:05 / 13 May 2026
90
21:30 / 13 May 2026
88
21:29 / 13 May 2026
114
21:22 / 13 May 2026
77
21:16 / 13 May 2026
77
21:15 / 13 May 2026
91
21:10 / 13 May 2026
74
21:09 / 13 May 2026
106
21:04 / 13 May 2026
73
20:58 / 13 May 2026
904
20:42 / 13 May 2026
90
20:32 / 13 May 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.