Qaynar xətt:

(+99450) 247 90 86

"Oğlum şirkətlərinin hamısını təhvil verib" — Əli Həsənovdan SENSASİON AÇIQLAMALAR

\\\"Oğlum şirkətlərinin hamısını təhvil verib\\\" — Əli Həsənovdan SENSASİON AÇIQLAMALAR

MÜSAHİBƏ

1344

19.06.2020, 14:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Prezidentinin sabiq köməkçisi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Əli Həsənov “Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənlinin suallarını cavablandırıb. 

KONKRET.az xəbər verir ki, telefon söhbəti zamanı zamanı Əli Həsənov ailəsinin 208 min manat vergi borcunun olması barədə yayılan məlumatlara münasibət bildirib, biznesi və digər bu kimi məsələlərdən danışıb. 

Jurnalist Vasif Həsənli ilə Əli Həsənov arasında olan sual-cavabı olduğu kimi təqdim edirik:

— Salam Əli müəllim, necəsiniz? 

— Sağ ol Vasif, sən necəsən?

— Yəqin ki, istirahətdəsiniz?

— Bəli, buyurun!

— Narahat etdiyim üçün üzürlü sayın, bir neçə gün əvvəl vatsap vasitəsilə sizə informasiya sorğusu göndərmişəm. Həmin sorğuda ailənizin 208 min manat vergi borcunun olması barədə məlumatlar yer alıb. Bununla bağlı fikirlərinizi öyrənmək istəyirəm…

— Vasif, bilirsən nə var? Mən hansısa şirkətin vergi borcu barədə niyə cavab verməliyəm? O şirkətin rəhbəri var, siz də zəng edib öyrənin ki, “Kaspi” liseyinin rəhbəri kimdir. Dövlətə vergi borcunun olması barədə onlara müraciət edin. Onlardan cavabınızı alıb verin. Yoxsa ki, mən şirkət, lisey idarə etmirəm, bizneslə məşğul olmuram. Mən elmi-pedoqoji sahədə çalışıram, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiriyəm.

— Əli müəllim, axı sizin adını çəkdiyiniz şirkət oğlunuz və həyat yoldaşınızın adınadır. İstəmədim ki, siz olan yerdə suallarımı onlara ünvanlayıb ailənizi narahat edim…

— Vasif, sən bizim ailə haqqında nə vaxtdan belə xeyrxah düşünməyə başlamısan?

— Axı niyə elə düşünürsünüz? Mən jurnalist kimi heç zaman sizə qarşı qərəzli mövqedə olmamışam. 

— Mən sənə göstərdiyim o böyük etimada görə çox təəssüf edirəm. İnsanlar nə qədər dəyişkən olarmış… Mən səndən incimirəm, səni yaxşı başa düşürəm, əgər belə tələb olunursa, buyur. Amma insanın öz mərdliyi olmalıdır.

— Əli müəllim, hansı mərdlikdən danışırsınız? Siz vəzifədə olanda Salyanın polisi rəisi işləyən yaxın qohumunuz Cəbrayıl Vəliyevin mənim rayonda yaşayan atama qarşı təzyiqləri barədə sizə üç dəfə müraciət göndərmişdim. Atama olunan təzyiq sırf mənim jurnalist fəaliyyətimə görə idi. Amma həmin müraciətlərə baxılmadı, araşdırılmadı. Halbuki həmin müraciətdə oğlunuzun göstərişi ilə polis rəisi işləmiş qaynınız tərəfindən atama edilən təzyiqlərdən bəhs olunurdu…

— Bu məsələnin mənim ailəmə nə dəxli var? Polis rəisinin öz rəhbəri və nazirliyi var, mənim polisin işinə qarışmağa səlahiyyətim çatmırdı. Sizin həmin müraciətinizə gəldikdə isə mən onu araşdırmaq üçün Daxili İşlər Nazirliyinə göndərmişdim.

— Bəs bu barədə mənə niyə məlumat verilmədi?

— Bilirsiniz necədir, indi keçmişi müzakirə etməyə mənim həvəsim yoxdur. O şirkətlərlə bağlı isə mənə yox, həmin şirkətin müdirinə müraciət elə. Bu məsələnin mənə dəxli yoxdur. O şirkətin rəhbəri Elnur Əliyevdir.

— Axı uzun illərdən bəri internetdə də qeyd olunub ki, həmin şirkətin rəhbəri oğlunuz və həyat yoldaşınızdır… 

— Xeyr, mənim oğlumun şirkəti yoxdur. Oğlum rəhbərlik etdiyi şirkətlərin hamısını təhvil verib. Yalnız “Araz” radiosu qalıb ki, onun da təhvil-təslimi gedir. Özünüz araşdırıb öyrənə bilərsiniz. Şəxsən mən bu barədə heçnə bilmirəm. Çünki məşğul olmuram.

— Dövlətə vergi borcunuzun olması barədə ailənizə hər hansı xəbərdarlıq edilibmi?

— Axı mənim ailəmə niyə xəbərdarlıq olunmalıdır? Xəbərdarlığı şirkətin rəhbərinə edərlər. Mən demirəm ki, bizim vergi borcumuz yoxdur. Deməyim odur ki, indi mənim və ailəmin həmin şirkətlərlə əlaqəsi yoxdur. O şirkətin rəhbəri isə başqa adamdır. Suallarınızı həmin şəxsə ünvanlayın. xahiş edirəm ki, Elnur Əliyevə zəng edib bu barədə ondan soruşun.

— Əli müəllim, Sona xanım Vəliyevanın vikipediyasında “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri olduğu qeyd olunur…

— Xeyr, elə bir şey yoxdur. “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Elnur Əliyevdir. Vikipediyada çox şey yazıla bilər. Orada kimsə düzəliş edib yazmışdı ki, Əli Həsənov nurçuları dəstəkləyib. Məgər mən nurçuları dəstəkləmişəm? 2009-2013-cü illərdə mən onlara qarşı mübarizə aparmışam.

Nə isə, həyat davam edir, rollar dəyişir, ancaq insanlıq hər zaman qalır.

— Əli müəllim, bundan sonra da sizə qarşı heç bir qərəzimin olmayacağından tam əmin ola bilərsiniz. Hətta əleyhimə fikirləriniz belə olsa, onu işıqlandırmağa hazıram…

— Təşəkkür edirəm Vasif.

Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib 

21:38 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib 

165

0
ABŞ İranın cənubuna zərbələr endirdi 

21:20 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

ABŞ İranın cənubuna zərbələr endirdi 

165

0
Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

165

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

157

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

227

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

197

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

243

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

173

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

178

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

341

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

179

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1248

0