"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
2183
20.04.2026, 11:17
Ermənistanda 7 iyuna təyin edilmiş seçkilər ərəfəsində siyasi gərginlik pik həddə çatıb. Nikol Paşinyan administrasiyası ilə Moskva tərəfindən dəstəklənən "köhnə qvardiya" – Robert Koçaryan və tərəfdarları arasındakı mübarizə artıq sadəcə daxili hakimiyyət davası deyil, həm də regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyən edəcək həlledici məqamdır.
Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Oxu24.com-un suallarına cavab olaraq bildirib ki, Ermənistan cəmiyyəti bu seçkidə iki yol arasında qalıb: reallığa əsaslanan sülh və ya revanşizm gətirən yeni müharibə.
-Paraflanmış sənəd qüvvədən düşə bilərmi?
-Azərbaycanla Ermənistan arasında əldə olunmuş ilkin razılaşmalar və sülh mətninin paraflanması prosesi hazırda bir növ "mina tarlası"ndadır. Əgər radikal müxalifət (Koçaryan-Sarkisyan xətti) hakimiyyətə gələrsə, sülh prosesi bu risklərlə üzləşəcək. Belə ki, Müxalifət artıq indidən bəyan edir ki, Paşinyanın imzaladığı və ya razılaşdığı sənədlər Ermənistanın milli maraqlarına ziddir. Onlar sülh sazişini yenidən müzakirəyə çıxarmaqla prosesi illərlə uzada və ya tamamilə dondura bilərlər.
Hazırda davam edən sərhəd xətlərinin müəyyənləşməsi prosesi "mübahisəli ərazilər" bəhanəsi ilə dayandırıla bilər ki, bu da birbaşa hərbi toqquşmalara zəmin yaradan amildir.
Azərbaycan üçün sülh masasından qaçan və revanşist ideologiya ilə çıxış edən bir hökumət legitim hərbi hədəflərin yaranması deməkdir. Bu, sülh sazişinin yerini yeni bir hərbi əməliyyatın tutması ehtimalını artırır”.
Bəs Radikal qüvvələrin hakimiyyətə gəlmə ehtimalı nə qədər realdır?
Politoloq Məhəmməd Əsədullazadənin də vurğuladığı kimi, bu ehtimal hazırda o qədər də yüksək görünmür, lakin diqqətdən kənarda saxlanılmamalıdır:
“Ermənistan əhalisinin böyük əksəriyyəti 44 günlük müharibənin travmasını hələ də üzərindən atmayıb. Koçaryanın proqramı "müharibə anonsu" kimi qəbul edildiyi üçün, seçici yeni bir fəlakətdənsə, Paşinyanın "acı sülhünü" seçməyə daha meyillidir. Müxalifətin tezislərinin Kremldə hazırlandığı sirr deyil. Lakin Rusiyanın Ermənistandakı nüfuzunun zəifləməsi və Paşinyanın Qərblə (Aİ və ABŞ) qurduğu balanslı münasibətlər radikalların manevr imkanlarını məhdudlaşdırır. "Hayastan" və digər revanşist bloklar əsasən keçmiş sistemin qalıqlarından və paytaxtın müəyyən radikal qruplarından dəstək alır. Rayonlarda və kənd yerlərində Paşinyanın elektorat bazası hələ də dominantlığını qoruyur”,-deyə politoloq əlavə edib.
Nəticə olaraq, 7 iyun seçkiləri Ermənistan üçün "status-kvo"nu qorumaqla regional inteqrasiyaya qoşulmaq və ya Moskvanın təlimatları ilə bölgəni yenidən qan gölünə çevirmək arasında seçim olacaq. Ruben Rubinyanın da xəbərdarlıq etdiyi kimi, radikal ideologiya Ermənistanı dövlətçilik itkisi ilə üz-üzə qoya bilər.
Çimnaz Telmanqızı
09:22 / 12 Noyabr 2026
1
08:13 / 12 Noyabr 2026
159
07:20 / 12 Noyabr 2026
106
03:10 / 12 Noyabr 2026
143
01:25 / 12 Noyabr 2026
238
00:55 / 12 Noyabr 2026
218
00:43 / 12 Noyabr 2026
148
00:35 / 12 Noyabr 2026
418
00:33 / 12 Noyabr 2026
138
00:27 / 12 Noyabr 2026
153
00:24 / 12 Noyabr 2026
186
00:19 / 12 Noyabr 2026
184
00:17 / 12 Noyabr 2026
316
00:11 / 12 Noyabr 2026
174
23:54 / 11 Noyabr 2026
155
23:52 / 11 Noyabr 2026
151
23:50 / 11 Noyabr 2026
179
23:45 / 11 Noyabr 2026
1838
23:28 / 11 Noyabr 2026
142
23:24 / 11 Noyabr 2026
153
23:18 / 11 Noyabr 2026
171
23:09 / 11 Noyabr 2026
159
23:03 / 11 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.