ATXƏM sədri: “Azərbaycan-Türkiyə dostluğuna xələl gətirmək mümkün deyil”
28 Sentyabr 2026, 13:46
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1551
26.02.2026, 16:07
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Həmin dövrdə şəhid olmuş xocalılıların Ağdam Cümə Məscidinə daşınmasında yaxından kömək etmiş Ağdam şəhər sakini Barat Abbasoğlu xatirələrini Oxu24.com-la bölüşüb.
B. Abbasoğlu bildirib ki, o zaman Ağdam dövlət bankında işləyirdim və inkasatorların ratsiyasında dalğa qarşıdığından Xocalıda baş verən ağır durumu eşidib, bilirdik:” 25 fevral gecəsi Ağdam tərəfdən Xankəndi istiqamətində mərmilər atılırdı. Durumun ciddiliyi məlum idi. Amma o məşum xəbəri səhər tezdən eşitdik. Eşidən kimi də inkasator Telmanın maşını ilə əlimizdən gələni etmək üçün yollara düşdük. Şelli kəndi istiqaməti, Ağdam məsçidi, Ağdam Mərkəzi Xəstəxanası və Ağdam Xalq Cəbhəsinin qərargahı arasına qalmışdıq. Nəhayət Şelli tərəfdən 3 xocalılını götürüb xalq cəbhəsinin qərargahına gətirdik. Sonra, məsçidə getdik. Artıq soyqrımına məruz qalanların nəşi yavaş yavaş yuyulub kəfənlənirdi. Meyidlərin boşaldılmasındakömək etməyə başladıq . Həyatımda görmədiyim mənzərənin şahidi idim. Düzdür, 20 noyabr şəhidlərinin də məsciddə avtomobillərdən biz boşaltmışdıq amma bu dəfə mənzərə daha dəhşətli idi. Ən çətini böyük maşınların üstündə gətirilən beş-altı meyidi bir birindən aralaması olurdu. Çünki istər istəməz bu qədər bir yerdə ölü can görmədiyin üçün, qolun, qılçın kimə aid olduğunu ilk baxışda ayrıd etmək olmurdu.
Həqiqətən dəhşətli mənzərə idi... Heç filmlərdə belə vəhşiliyi izləməmişdik ki, həyatda erməni qaniçənlərin törətdikləri quduzluğun, şərəfsizliyin şahidi olurduq. Anaların, qız gəlinlırin fəryadı qan dondururdu. Amma onlardan biri yük maşınında gətirilən meyidlərin içərisindən öz doğmasının parçalanmış , didik -didik olmuş, buzlamış cəsədini tapanda ağlaya-ağlaya, haray çəkə-çəkə sevinirdi, bütün xocalılılar ona “gözaydınlığı” verirdilər.
O anları indi də unuda bilmirəm, yadımdadır ki, meyidləri maşından düşürə-düşürə qeyri - ixtiyari gözlərimdən yaş süzülürdü.
İnsanlar şokdaydı.Heç kimin ağlına gəlməzdi ki, bütöv bir şəhəri qıralar... Ən ağrılı müşahidə etdiyim hallardan biri də, məsciddə doğmasını axtarıb tapmayan kişilərin düşdüyü durum idi. Əllərindən heç nə gəlmədiyindən və hər şeyini, bütün doğmalarını itirdiyindən, analarımız kimi sinə vurub, ağı deməkləriydi.. İndidə gözümün qarşısından çəkilmir , donub ölmüş bir uşağın açıq qalmış gözləri, o gözlərdə həkk olub qalmış dəhşətli baxışlar... O baxışlar məni ölənə qədər tərk etməyəcək...
Məsçiddə Ağdamın qadınları Xocalı qadınlarına ürək- dirək verir, üzlərinin ətini dırnaqları ilə didməməsi üçün əllərini tutur, sonrada ordan çıxanlara qoşulub sinə vurur, ağı deyir, dərdli insanların dərdinə şərik olmağa çalışırdılar... Bu aradabu gün başda axund Barat və digər mollaları, ən başlıcası bizim evdən bir az aralı yaşayan Haqverdi kişini yad etməmək genah olar. İstər Xocalı qətlamı vaxtı, istərsədə müharibənin gedişində Şəhidlərin yuyulub kəfəblənmısində bu adamın əziyyəti sonsuzdur, eləcə də Axund Barat və digər mollalarımızın əziyyəti... Qapı bir qonşumuz İldlrım əminin qızı Xocalıya gəlin köçmüşdü. İnstitutda oxuyanda bir- birini bəyənib sevmişdilər. Xocalıda olmasalar da qohum əqrabaları orda idi. Xəstəxanada hündür boylu İldırım əmini qıraqdan hönkürtü ilə ağladığını gördüm, istədim yaxınlaşam, sonra fikrimi dəyişdim, dedim qoy rahat ürəyəyini boşaltsın. Qudasını, yeznəsinin qohumlarını soraqlamağa gəlmişdi... Vəhşiliyi görüb özün hakim ola bilməmişdi. Hönkürtüsü dəhlizdə əks -səda verirdi.Onsuzda əksəriyyət kişilər kənara çəkilib,ürəklərini boşaldırdı. Həmən gün daşda ağlayırdı bu dərdə... Bütün Ağdam ayaqdaydı. Şelli istiqaməti, Ağdam Baş Xəstəxanası, Ağdam məsçidi, Xalq Cəbhəsinin o vaxtkı “Lenin bağı”nda olan qərargahı insanlarımızla dolu idi. Hər kəs yuxarıda qeyd etdiyim kimi nəsə etməyə çalışırdı. Kimisi isti pal paltar gətirir, kimisi evdə hazırlatdırdığı yeyecək gətirir, kimisi gecələməyə evlərinə dəvət edir, cavanlarımızın idarə etdiyi sovet maşınları da hır kəs üçün hazır idi. Qohumların axtaran insanlar o maşınlara əyləşib, gah məsçidə, gah xəstəxanaya, gah cəbhənin qərargahına, gah da Şelli və Avdal Gülablı istiqamətinə gedirdilər.... Danışdıqca, sanki o günləri bir daha yaşayıram...-deyə Ağdamın fəallarından olan Barat Abbasoğlu bildirib.
Əntiqə Rəşid
22:24 / 01 Oktyabr 2026
1
22:18 / 01 Oktyabr 2026
91
22:07 / 01 Oktyabr 2026
42
21:42 / 01 Oktyabr 2026
50
21:41 / 01 Oktyabr 2026
58
21:31 / 01 Oktyabr 2026
56
21:29 / 01 Oktyabr 2026
55
21:26 / 01 Oktyabr 2026
76
21:25 / 01 Oktyabr 2026
52
21:19 / 01 Oktyabr 2026
56
21:15 / 01 Oktyabr 2026
55
21:08 / 01 Oktyabr 2026
58
20:59 / 01 Oktyabr 2026
61
20:50 / 01 Oktyabr 2026
63
20:45 / 01 Oktyabr 2026
84
20:35 / 01 Oktyabr 2026
66
20:27 / 01 Oktyabr 2026
165
20:19 / 01 Oktyabr 2026
96
20:16 / 01 Oktyabr 2026
66
20:07 / 01 Oktyabr 2026
72
20:05 / 01 Oktyabr 2026
73
19:57 / 01 Oktyabr 2026
63
19:53 / 01 Oktyabr 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.