Elçin Əmirbəyov "Euro" jurnalına müsahibə verib
20 Aprel 2026, 20:50
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
813
19.02.2026, 17:02
13 fevral 1988-ci ildə Dağlıq Qarabağda yaşayan ermənilər əsassız torpaq iddiaları ilə ilk dəfə açıq müstəvidə, Xankəndi şəhərində nümayişə çıxdılar. Belə yersiz tələbdən qəzəblənən azərbaycanlıların cavab mitinqi 6 gündən sonra Bakıda baş tutdu.
Həmin günün şahidlərindən və aktiv iştirakçılarından olan, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlı xatirələrini Oxu24.com -la bölüşüb.
-Tam 38 il əvvəl... Qafar müəllim o günləri necə xatırlayırsınız?
-1988- ci il tariximizə ciddi hadisələrin baş verdiyi il kimi düşüb.İndi o illəri xatırlayanda Azərbaycan xalqının necə böyük sınaqlardan keçdiyi yada düşür. 88-ci ilin fevralı erməni separatizminin baş qaldırdığı ay idi. Əslində isə 1987-ci il oktyabr ayında İrəvanda "Qarabağ komitəsi" ilk açıq mitinq keçirmişdi. Amma qorxaq ermənilər mitinqə çox adam cəlb edə bilmədikləri üçün mitinqi Qarabağda keçirməyi planlaşdırdılar.Fevralın 13- də Xankəndidə ermənilər mitinq etdilər. Xatırlayıram ki, əsas şüar bu idi :"Lenin, partiya, Qorbaçov".Bu erməni bicliyinin növbəti nümayişi idi. Yəni,onlar guya Lenin və onun partiyasına sədaqətlidirlər və hakimiyyətdə olan Qorbaçovu da dəstəkləməkdədirlər.
- Qəflətən necə oldu ki, :"Lenin, partiya,Qorbaçov" şüarından tələsik imtina edib,başqa bir şüar səsləndirdilər?
-Azərbaycanda baş verən siyasi proseslərdən sonra bəzi erməni şovinistləri hesab edirdilər ki, Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək mümkün olacaq. "Qarabağ komitəsi" nə separtçılar İqor Muradyan və Levon Ter-Petrosyan başçılıq edirlər. Bu separatçılar Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqambekyan arxayın olub, erməniləri azərbaycanlılara qarşı doldurur,onları “mübarizə”yə çağırırdılar.Bu həmin Aqambekyan idi ki, 1987-ci il noyabrın 16-da Parisdə qəzetlərə müsahibə vermişdi.Müsahibədə o, Qorbaçovu razı saldığını, Dağlıq Qarabağın Ermənistana verildiyini bildirmişdi.Qorbaçovun ətrafında olan ermənilərin ona təsir imkanları geniş idi və onlar Azərbaycana meydan oxuma risqini Qorbaçovdan, rüşvət verdikləri Raisa Qorbaçovadan alırdılar.
Həmçinin oxuyun
-Ermənilərin işğalçı düşüncələri, aktivliyi, prosesin ağırlığı Azərbaycanda necə başa düşülürdü?
- O zaman içərisində olduğum ziyalı təbəqə və jurnalistlərin heç də hamısı bu təhlükənin miqyasını yetərincə dərk etmirdi. Separatçı, işğalçı şüar olan "miatsum" (Ermənistana "birləşmə")çağırışına əhəmiyyət verməyən ziyalılarımız vardı. Onlar sovet hökümətinin buna imkan verməyəcəyini düşünənlər idi. Artıq Qarabağda yaranmış təhlükəli vəziyyət, eyni zamanda separatçı “Krunk” təşkilatının nifrət dolu çağırışları, erməni şovinizminin nə demək olduğunu anlayanların üzərinə çox iş qoyurdu. Elə o zamanlar qeyri formal mətbuat orqanların gizli şəkildə yayınlanması və xalqın içərisində bu separatizmə qarşı dirəniş hərəkatının aparılması ideyası doğdu və bu iş daha çox vətənpərvərlik məfkurəsini yaşadan adamlar aparmağa başladılar. Ermənilərin İrəvan və Xankəndidəki mitinqlərinə cavad tədbirləri kimi xalqın etiraz səsi meydanları doldurdu. Mitinq indiki Prdezident administrasiyasının , o zamankı Kommunist Partiyası Mərkəzi Komitəsinin qarşısında başladı.Bakıda meydan hərəkatı Azərbaycanın bir qarış torpağının belə ermənilərə verilməyəcəyi kimi mobil bir hərəkat ortaya çıxdı.O zaman kimin tribunada olmasından asılı olmayaraq hər bir vətəndaş bu mitinqlərin bu etiraz hərəkatının lideri idi. Sovet aparatı, öz millətimizdən olan manqurtlar xalqın etiraz səsini boğmağa çalışdılar . Xatırlayıram ki, ilk mitinq respublika rəhbərliyinin prosesə laqeyd münasibətini ortaya qoydu.Amma erməni təcavüzü və separatizminə qarşı ayağa qalxan xalq anladı ki, öz azadlığına qovuşmadan belə təhlükələrin qarşısını almaq çətin olacaq.1988-ci ildə baş verən digər mitinqlər Azadlıq mübarizəsinə dönüşdü.O zaman dünyanın ən mübariz xalqı elan olunmağımız təsadüfi deyil.Bu mübarizənin bir fərdi kimi aparılan bütün proseslərin nəticə verəcəyinə inanırdıq. Mən həmin illərdə xalqımızın dirənişini və mübarizəsin qəhrəmanlıq dövrü adlandırardım.O vaxt meydanda xalq olaraq and içdik ki, torpağımızın 1 qarışını işğalçılara verməyəcəyik! 38 ildən sonra isə xalqımızın, ordumuzun, Ali Baş Komandanın sayəsində xalq olaraq, SÖZümüzün ağası olduğumuzu ortaya qoyduq! Bu vətən üçün canını qurban edən hər soydaşımızın ruhu qarşısında baş əyirik! Bütün xalqımıza isə hər zaman qələbə və naliyyətlər diləyirik!
-Qafar müəllim, maraqlı söhbətə görə , təşəkkür edirik!
Əntiqə Rəşid
00:30 / 21 Aprel 2026
187
23:55 / 20 Aprel 2026
237
23:38 / 20 Aprel 2026
293
23:18 / 20 Aprel 2026
98
22:59 / 20 Aprel 2026
285
22:49 / 20 Aprel 2026
303
22:31 / 20 Aprel 2026
105
22:20 / 20 Aprel 2026
102
22:06 / 20 Aprel 2026
216
22:02 / 20 Aprel 2026
150
21:56 / 20 Aprel 2026
132
21:42 / 20 Aprel 2026
133
21:34 / 20 Aprel 2026
231
21:24 / 20 Aprel 2026
109
21:20 / 20 Aprel 2026
1451
21:19 / 20 Aprel 2026
269
21:17 / 20 Aprel 2026
100
21:09 / 20 Aprel 2026
521
21:05 / 20 Aprel 2026
262
21:04 / 20 Aprel 2026
111
20:59 / 20 Aprel 2026
116
20:53 / 20 Aprel 2026
1405
20:50 / 20 Aprel 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.