Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” - AĞ EVLƏ RAZILAŞDIRILDI
11 İyul 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
45140
11.05.2026, 15:30
Zəngilandan verilən MÜHÜM MESAJ: Regionun gələcəyini Azərbaycan müəyyən edir!
2026-cı il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngilan şəhərinə reallaşan səfəri "Böyük Qayıdış" proqramının icrasında növbəti mühüm mərhələ kimi qiymətləndirilir.
Oxu24.com xəbər verir ki, Dövlət başçısı Zəngilanda inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edərək, buraya köçən sakinlərlə görüşüb və onlara mənzillərin açarlarını təqdim edib. Səfər çərçivəsində həmçinin şəhərin turizm potensialını gücləndirəcək “Zangilan City Park Hotel"in təməli qoyulub.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Oxu24.com-a açıqlamasında qeyd edib ki, Prezidentin Zəngilana səfəri və burada müxtəlif obyektlərin, o cümlədən yaşayış kompleksinin açılışı olduqca önəmli hadisədir:
"Bu, “Böyük Qayıdış” proqramının həyata keçirilməsinin növbəti mərhələsi kimi dəyərləndirilə bilər. Nəzərə alsaq ki, bu il işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası nəticəsində minlərlə soydaşımız öz ata-baba yurduna qayıdacaq, bu, çox vacib bir məqamdır”.
Zəngilandan verilən mühüm mesajlar...
O. Qasımovun sözlərinə görə, dövlət başçısının Zəngilanda verdiyi mesajlar həm bölgənin strateji əhəmiyyəti, həm də Azərbaycanın yaratdığı yeni reallıqlar baxımından strateji xarakter daşıyır:
“Azərbaycan sülh prosesini irəliyə aparmaqla bağlı qəti mövqe nümayiş etdirir. Cənubi Qafqazda sülhün əsas təminatçısı Azərbaycandır. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən dərhal sonra sülh gündəliyi ilə çıxış edib. Sülh müqaviləsinin mətninin hazırlanması və əsas vacib məsələlərin qeyd olunması prosesinin irəli aparılması bilavasitə Azərbaycanın ortaya qoyduğu iradə ilə bağlıdır. Özünü müdafiə hüququmuz qüvvədədir”.
Politoloq Prezidentin Ermənistanla bağlı səsləndirdiyi xəbərdarlıq dolu fikirlərə də diqqət çəkib:
"Prezident bəyan etdi ki, bütün təxribatlara və yalan məlumatlara baxmayaraq, Azərbaycanın Ermənistana qarşı hər hansı ərazi iddiası yoxdur və hücum etmək niyyətində deyil. Lakin bir şərtlə: əgər Ermənistanda köhnə revanşist qüvvələr, hərbi cinayətkarlar yenidən hakimiyyətə gələrsə və bu, Azərbaycanın təhlükəsizliyi üçün təhdid yaradarsa, o zaman Azərbaycan özünü müdafiə hüququndan istifadə edərək adekvat addımlar atacaq”.
Oqtay Qasımov yekun olaraq vurğulayıb ki, həm Prezidentin bölgəyə səfəri, həm də ordan səslənən bəyanatlar Azərbaycanın həm sülh tərəfdarı olduğunu, həm də öz təhlükəsizliyini qorumağa hər an hazır olduğunu bir daha beynəlxalq birliyə nümayiş etdirdi.
Çimnaz Telmanqızı
22:18 / 11 İyul 2026
25
22:14 / 11 İyul 2026
73
21:52 / 11 İyul 2026
72
21:33 / 11 İyul 2026
72
20:35 / 11 İyul 2026
81
20:31 / 11 İyul 2026
91
20:15 / 11 İyul 2026
87
19:54 / 11 İyul 2026
85
19:15 / 11 İyul 2026
94
18:31 / 11 İyul 2026
114
13:50 / 11 İyul 2026
153
13:36 / 11 İyul 2026
143
13:23 / 11 İyul 2026
139
12:57 / 11 İyul 2026
152
12:45 / 11 İyul 2026
776
12:30 / 11 İyul 2026
713
12:19 / 11 İyul 2026
147
12:16 / 11 İyul 2026
142
12:08 / 11 İyul 2026
228
11:49 / 11 İyul 2026
1299
11:42 / 11 İyul 2026
110
11:30 / 11 İyul 2026
804
11:22 / 11 İyul 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.