Elçin Əmirbəyov "Euro" jurnalına müsahibə verib
20 Aprel 2026, 20:50
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
52
22.04.2026, 15:49
Müasir dövrün sürəti, sosial şəbəkələrin həyatımıza diktə etdiyi yeni qaydalar və gənclərin klassik ədəbiyyatdan uzaqlaşması mövzusu hər zaman aktualdır.
Bəs sənət fədaisi, tanınmış şair, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bu barədə nə düşünür? Poeziya ölürmü, yoxsa sadəcə libasını dəyişir?
Oxu24.com Baba Vəziroğlu ilə müsahibəni təqdim edir:
- Baba müəllim, gənclərin çoxu artıq kitab oxumur, qısa paylaşımlara üstünlük verir. Bu, poeziyanın gələcəyi üçün bir təhlükə sayıla bilərmi?
-Həzrəti Əlinin məşhur bir kəlamı var, bilirsiniz: “Uşaqlar öz valideynlərindən daha çox zəmanəsinə bənzəyirlər”. Əlbəttə ki, biz bu gün doğma kimi, ehkam kimi qoysaq ki, gənclər bu gün kitab oxumur, qısa paylaşımlar oxuyur; bu, poeziyanın gələcəyi üçün təhlükəlidirmi? Xeyr. Sadəcə format dəyişir. Bu gün təbii ki, gənclər uzun-uzadı poemalar, romanlar oxumur. Qısa ifadələr daha çox bəyənilir geniş oxucu-dinləyici kütləsi tərəfindən. Hikmətli sözlər... Poeziya da artıq formatını dəyişir: nəğmələrə çevrilir, süni intellekt vasitəsilə yayılır.
Bu mənada poeziya üçün təhlükə görmürəm ki, gələcəkdə poeziya ümumiyyətlə sıradan çıxsın. Çünki bəşər tarixi yaranandan poeziya yaranıb, yəni ədəbiyyat yaranıb, sənət yaranıb. Yaranıb ki, insan öz hisslərini, öz duyğularını adi sözlə ifadə edə bilməyəndə sənət köməyə çatıb. Yəni adi lüğət tərkibli sözlər aciz olub insanın öz yaşantılarını çatdıra bilmək üçün. Onda sənət yaranıb, poetik dil yaranıb, rəssamlıq yaranıb, heykəltəraşlıq yaranıb, simvolika yaranıb. Bu mənada nə qədər ki, bəşər canlıdır, yaşayır, poeziya da, sənət də yaşayacaq.
- Bəs bugünkü oxucu daha çox hansı tip şeirlərə üstünlük verir: dərin, sadə, yoxsa qısa?
-Bu sualın cavabı çox birmənalıdır. Axı bu hər üç məziyyət poeziyaya aiddir. Təbii ki, sadə və o sadəlikdə dərinlik olmalıdır. Mümkün qədər fikrini oxuculara, dinləyicilərə demək istədiyini qısa və lakonik formada çatdırmalısan. Bu, poeziyanın təməl prinsipləridir. Yəni poeziya söz yığını olmamalıdır, uzun-uzadı təsvirçiliklə məşğul olmamalıdır. Sadəlikdə dərinlik olmalıdır.
Məsələn üçün biz xalq bayatılarında görürük necə sadə, qısa, lakonik və dərindir:
"Əzizim bəxtiyaram,
Bəxtimin taxtiyaram.
Üzündə göz izi var,
Sənə kim baxdı yarım?"
Həmçinin oxuyun
Təsəvvür eləyirsiniz? Bu poeziyanın artıq zirvəsidir. Çox sadə, anlaşılan və eyni zamanda dərin. Yəni ki, göz izinin üzdə olması bu artıq poetik təfəkkürün olimpidir, Everest zirvəsidir. Bax, mən poeziyanı şəxsən belə görürəm və belə təsəvvür edirəm.
- Gənc şairlərə nə məsləhət verərdiniz: sosial mediada aktiv olsunlar, yoxsa daha çox ənənəvi ədəbiyyata yönəlsinlər?
-Mən gənclər qarşısında belə bir dilemmanın qoyulmasının əleyhinəyəm. Çünki bilirsiniz, poeziyanı insanlara çatdırmaq üçün formanın, formatın, vasitənin heç bir önəmi yoxdur. Mən təklif eləyirəm ki, hər yanda aktiv olsunlar. Xüsusən onu da qeyd eləmək istəyirəm ki, bu gün bütün dünya, o cümlədən Azərbaycan, bəlkə də Azərbaycan daha çox TikTok adlı bir sosial şəbəkədə mövcuddur, yaşayır. O sosial şəbəkə ilə, formatla nəfəs alır, sevib-sevilir, düşüncələrini bölüşür, məhəbbətini, nifrətini bildirir. Və orada mütləq poeziyanın yeri olmalıdır.
Poeziya insanları haqq yoluna dəvət etməlidir. Poeziya bəyan etməlidir ki, insanın insan olmağı üçün hansı məziyyətlər lazımdır, hansı təfəkkürə sahib olmaq lazımdır. Yəni tək Mirzə Cəlil demişkən, insan həyatı səhər qayğanaq yeyib işə getmək və axşam gəlib bir bozbaş yeyib yatmaqdan ibarət deyil. İnsan həyatı daha zəngin, maraqlıdır. Və belə bir həyat yaşamaq lazımdır. Bu həyatı da yaşamaq üçün mütləq poetik təfəkkürə, romantik ovqata sahib olmalısan. Və insanları da məhz digər canlı məxluqdan ayıran bax bu hissiyyatlardır, bu ovqatdır, bu təməl prinsiplərdir.
Mən deyirəm hər yanda... Ənənəvi ədəbiyyatın öz yeri var, bugünün təbliğat-təşviqat vasitələri olan sosial şəbəkələr də əlbəttə ki, öz yerindədir. Və bunlardan istifadə etməmək, bunlardan uzaq durmaq təxminən göydə günəşi danmaq kimi bir şeydir. Bunlar var həyatda və həyatımızı idarə eləyir. O həyatın idarə olunmasında sən də iştirak etmək istəyirsənsə, öz töhfəni vermək istəyirsənsə, az da olsa bu hərəkətdə, bu cəmiyyətdə — sosial şəbəkələr cəmiyyətində — aktiv iştirak etməlisən. Sən də öz sözünü deməlisən, yaxşı söz deməlisən. Yaxşı söz deməlisən ki, orada balans yaxşıların xeyrinə artsın…
Baba Vəziroğlu ilə bu səmimi söhbət poeziyanın heç vaxt ölməyəcəyini, sadəcə yeni nəsillərin dilində və texnologiyanın imkanları ilə yenidən doğulduğunu bir daha sübut etdi.
Hazırladı: Çimnaz Telmanqızı
17:00 / 22 Aprel 2026
16
16:47 / 22 Aprel 2026
31
16:40 / 22 Aprel 2026
33
16:35 / 22 Aprel 2026
37
16:23 / 22 Aprel 2026
58
16:14 / 22 Aprel 2026
125
16:05 / 22 Aprel 2026
146
15:55 / 22 Aprel 2026
40
15:37 / 22 Aprel 2026
59
15:33 / 22 Aprel 2026
563
15:13 / 22 Aprel 2026
79
15:08 / 22 Aprel 2026
564
15:04 / 22 Aprel 2026
58
14:47 / 22 Aprel 2026
900
14:40 / 22 Aprel 2026
58
14:32 / 22 Aprel 2026
68
14:20 / 22 Aprel 2026
252
14:13 / 22 Aprel 2026
68
14:03 / 22 Aprel 2026
619
14:02 / 22 Aprel 2026
70
13:54 / 22 Aprel 2026
295
13:52 / 22 Aprel 2026
154
13:50 / 22 Aprel 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.