“87 yaşımda siqareti tərgitdim,ən qorxulu qidalardan biri də çörəkdir” — Rəşid Mahmudovla gündəm MÜSAHİBƏSİ
30 May 2025, 11:38
Qaynar xətt:
(+99450) 247 90 86Millət vəkili Aydın Mirzəzadə: Regionda sülh, təhlükəsizlik və güc balansının formalaşmasında Azərbaycanın rolu artır
MÜSAHİBƏ
5998
09.06.2025, 11:45
Dünyada güc mərkəzləri yenidən formalaşır, regionlararası qarşıdurmalar dərinləşir və beynəlxalq hüququn prinsipləri ciddi sınaqlardan keçirilir. Belə mürəkkəb bir şəraitdə Azərbaycanın balanslı siyasəti, milli maraqlara əsaslanan diplomatiya və təhlükəsizlik strategiyası hər zamankından daha böyük önəm daşıyır.
Qarabağ münaqişəsinin bitməsi ilə Cənubi Qafqazda yeni siyasi düzən formalaşır. Lakin Ermənistanın konstitusiyasındakı ərazi iddiaları, revanşist qüvvələrin fəallığı və geosiyasi oyunçuların maraqlarının toqquşması sülh prosesini çətinləşdirir. Digər tərəfdən, Azərbaycanın balanslı xarici siyasəti, qardaş ölkə ilə strateji tərəfdaşlığı və artan hərbi gücü regionda yeni güc balansı yaradır.
Oxu24.com saytının əməkdaşı Pərvin Şakirqızı bu mühüm mövzuları dərindən təhlil etmək üçün uzun illər parlamentdə siyasi mövqeyi və prinsipial yanaşması ilə seçilən Millət vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Aydın Mirzəzadə ilə müzakirə aparıb.
Həmin müsahibəni təqdim edirik.
– Aydın müəllim, regionda dəyişən təhlükəsizlik mənzərəsi şəraitində Azərbaycanın müdafiə qabiliyyətinin artırılması üçün hansı istiqamətlərə üstünlük verilməlidir?
– Dövlətin gücü, ilk növbədə, onun özünü müdafiə etmək qabiliyyəti ilə ölçülür. Azərbaycan bunu 2020-ci ildə və sonrakı dövrlərdə qətiyyətlə sübut etdi. Ölkəmiz müstəqilliyini, ərazi bütövlüyünü və suveren hüquqlarını qorumaq gücündə olduğunu nümayiş etdirdi. Müdafiə imkanlarımızın davamlı təkmilləşdirilməsi üçün texnologiyaların tətbiqi, hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi və milli müdafiə sənayesinin inkişafı prioritet sahələrdir. Azərbaycan əsgəri bu gün sərhəddə milli qürurumuzun, təhlükəsizliyimizin və müstəqilliyimizin canlı sipəridir. Xalqımızın ordusuna dəstəyi və müdafiə sistemimizə olan inamı görülən işlərin təsirini daha da gücləndirir.
– Müasir çağırışlar fonunda Azərbaycan diplomatiyasının prioritetləri nələr olmalıdır?
– Azərbaycan diplomatiyasının əsas vəzifəsi ölkəni beynəlxalq aləmdə ləyaqətlə təmsil etmək, milli maraqları qorumaq və qarşılıqlı əlaqələrin inkişafını təmin etməkdir. Xarici İşlər Nazirliyi və əlaqədar dövlət strukturları bu istiqamətdə çevik və milli maraqlara uyğun siyasət aparır. Azərbaycan bu gün beynəlxalq platformalarda artan nüfuza malikdir və ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı sürətlə artır. Diplomatiyamızın fəaliyyət strategiyası Azərbaycanın suverenlik və təhlükəsizlik maraqlarına əsaslanır.
– Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik fonunda Azərbaycanın neytral və balanslı siyasət yürütməsi nə dərəcədə mümkündür?
– Rusiya-Ukrayna müharibəsi bu gün beynəlxalq gündəmin mərkəzindədir. Münaqişənin həlli istiqamətində bir sıra təşəbbüslər irəli sürülsə də, konkret nəticələr hələlik müşahidə olunmur. Bu münaqişə təkcə region üçün deyil, qlobal təhlükəsizlik arxitekturası üçün də ciddi təhdiddir. Azərbaycanın mövqeyi isə dəyişməz olaraq beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanır. Yaxın Şərqdə baş verən proseslər də regionumuza təsirsiz ötüşmür. Lakin bu istiqamətdə zaman-zaman müsbət dinamika müşahidə olunur və Azərbaycan sülhə dəstək verməyə hər zaman hazır olduğunu bəyan edir.
– Milli birliyin qorunması və informasiya təhlükəsizliyinin təmin olunması üçün hansı ideoloji və praktiki tədbirlər həyata keçirilməlidir?
– Azərbaycan cəmiyyətində milli həmrəylik və ideoloji bütövlük mövcuddur. Bu, tarixdən gələn milli dəyərlərimizə və Azərbaycançılıq ideologiyasına əsaslanır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs cəmiyyətdə birliyi və dövlətə inamı möhkəmləndirib. Bu ruh 44 günlük Vətən müharibəsində də özünü göstərdi. Gənclərin fəallığı, dövlətə sədaqəti, informasiya mübarizəsində önə çıxmaları, eləcə də təhsildə, mediada və hüquqi maarifləndirmədə həyata keçirilən tədbirlər informasiya təhlükəsizliyi baxımından mühüm amillərdir. Güclü dövlət, həmrəy cəmiyyət və ayıq informasiya sahəsi Azərbaycanın gələcəyinə aparan yolun əsas sütunlarıdır.
Həmçinin oxuyun
– Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlığın bölgədə yaratdığı yeni güc balansı nə ilə xarakterizə olunur və bu əməkdaşlıq hansı sahələrdə dərinləşdirilə bilər?
– Azərbaycan və Türkiyə münasibətləri yalnız iki dövlətin siyasi əlaqəsi deyil, həm də bir millət–iki dövlət prinsipinə əsaslanan qardaşlıq modelidir. Bu münasibətlər yalnız diplomatik səviyyədə deyil, dərin tarixi, mədəni və emosional bağlarla da möhkəmlənib. Hər iki ölkə bütün kritik məqamlarda bir-birinin yanında olub və bu birlik bölgədə sarsıdıcı gücə çevrilib. Gələcəkdə müdafiə, enerji, texnologiya, təhsil və informasiya təhlükəsizliyi sahələrində əməkdaşlığın daha da gücləndirilməsi mümkündür və arzuolunandır. Məhz bu əməkdaşlıq bölgədə sabitlik və təhlükəsizlik üçün real zəmanət yaradır.
– Zəngəzur dəhlizinin reallaşması prosesində qarşıya çıxan əsas çətinliklər nələrdir və bu layihənin ləngiməsi Azərbaycanın maraqları üçün hansı təhlükələri doğura bilər?
– Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan münasibətlərinin strateji tərkib hissəsidir. Bu dəhlizin açılması regionda iqtisadi inteqrasiyanın, logistik əlaqələrin və təhlükəsizlik mühitinin güclənməsinə xidmət edir. Hazırda əsas maneə Ermənistanın layihəyə açıq müqavimət göstərməsi və konkret addım atmamasıdır. Lakin sülh sazişi imzalandıqdan və diplomatik münasibətlər qurulduqdan sonra bu istiqamətdə irəliləyişin əldə olunacağına ümid var. Layihənin uzanması Azərbaycanın iqtisadi və geosiyasi planlarına müəyyən təhdidlər yarada bilər, lakin ölkəmiz məsələnin həllinə ciddi yanaşır və reallaşmasına israrlıdır.
– Ermənistandakı revanşist meyillər regional sabitliyi necə təhdid edir və beynəlxalq ictimaiyyətin bu tendensiyaya münasibəti sizi nə dərəcədə qane edir?
– Ermənistanda revanşist meyillər açıqdır. Azərbaycan isə yalnız Ermənistanın rəsmi hakimiyyəti ilə münasibətləri müzakirə edir. Revanşist qruplara qarşı mövqe bildirmək birbaşa Ermənistan hökumətinin məsuliyyətidir. Əgər hökumət radikal fikirlərə qarşı sərt mövqe tutarsa, bu, sülhə töhfə olar. Əks halda, hökumətin özü həmin fikirləri təbliğ edərsə, Azərbaycanın mövqeyi dəyişəcək. Beynəlxalq ictimaiyyətin yanaşması müxtəlif ola bilər, lakin Azərbaycan üçün əsas rəsmi mövqedir. Ölkəmiz heç bir xarici müdaxiləni qəbul etmir və hər hansı xarici aktor ikitərəfli prosesə təsir göstərməyə çalışarsa, Azərbaycan prinsipial və sərt cavab verəcək.
– Ermənistan Konstitusiyasında nəzərdə tutulan dəyişikliklərin regional sülhə və Bakı–İrəvan münasibətlərinə mümkün təsirləri nələrdir?
– Əgər Ermənistan Konstitusiyasında digər dövlətlərin ərazisinə iddialar olmasaydı, bu, daxili məsələ kimi qalardı. Lakin hazırda sənəddə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin bir hissəsi Ermənistanın ərazisi kimi göstərilir. Azərbaycan sülh sazişinə imza atmaq üçün iki əsas şərt irəli sürüb, onlardan biri də Konstitusiyanın dəyişdirilməsidir. Ermənistan tərəfi uzun müddət bu tələbi gecikdirsə də, artıq dəyişikliklərin ediləcəyini bəyan edib. Əgər bu iddialar sənəddən çıxarılarsa, sülh müqaviləsinin imzalanmasına real hazırıq. Əks halda, Konstitusiyada ərazi iddiaları olduğu müddətcə sülh və diplomatik münasibətlər mümkün deyil.
– Hörmətli Aydın müəllim, müqəddəs Qurban Bayramınızı təbrik edir, istirahət vaxtınızda isə ayırdığınız zaman üçün təşəkkür edirəm.
– Mən təşəkkür edirəm. Bayramınız mübarək! Bu müqəddəs gündə hamımıza sülh, sağlamlıq və rifah arzu edirəm.
Müsahibəni apardı:
03:32 / 28 İyun 2025
800 min dollara uçan avtomobillər - FOTOlar
9
01:45 / 28 İyun 2025
Rəhman Rəhmanov xəstəxanaya yerləşdirildi
160
00:11 / 28 İyun 2025
“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO
24
23:56 / 27 İyun 2025
Soçidə iki sərnişin təyyarəsi toqquşdu - FOTO
26
23:24 / 27 İyun 2025
Rusiyada OMON dəstəsi azərbaycanlı qardaşları öldürdü
26
22:51 / 27 İyun 2025
İmtahanlar bitdiyi üçün sevinib 1 litr araq içdi, komaya düşdü
35
22:32 / 27 İyun 2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
32
22:03 / 27 İyun 2025
Kadırov oğlunu evləndirir
29
20:46 / 27 İyun 2025
DİN sürücü və valideynlərə xəbərdarlıq edib
47
17:15 / 27 İyun 2025
Almaniya “Şimal axını 2”nin qarşısını almaq üçün qanunvericiliyə dəyişikliklər hazırlayır
53
17:05 / 27 İyun 2025
Xanbaba Daşdı ölü tapılıb - ŞOK!
339
17:03 / 27 İyun 2025
DİN açıqlama yaydı: 84 nəfər saxlanılıb
257
16:59 / 27 İyun 2025
"Mübarizənizdə tək deyilsiniz" - Lukaşenkodan İrana dəstək
69
16:44 / 27 İyun 2025
Polşanın cənubunda atışma
60
16:30 / 27 İyun 2025
SON DƏQİQƏ! Ağır qəza baş verib: Xeyli sayda yaralı var
1760
16:30 / 27 İyun 2025
“Qazprom” 2024-cü il üçün dividend ödəməyəcək
59
16:30 / 27 İyun 2025
Rusiyada bir alman muzdlusu qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib
63
16:02 / 27 İyun 2025
Ukrayna 2025-ci ildə 4 milyon pilotsuz təyyarə almağı planlaşdırır
65
15:55 / 27 İyun 2025
Kirkorovdan Paşinyana çağırış
77
15:45 / 27 İyun 2025
Türkiyə ilə Rusiya arasında KEK Protokolu imzalanıb
62
15:40 / 27 İyun 2025
Zabux kəndində 1 ton narkotik bitki məhv edilib
68
15:30 / 27 İyun 2025
İran Çindən silah gözləyir
60
15:15 / 27 İyun 2025
İsrailin müdafiə naziri bəyan etdi: İrana yeni hücum gözlənilirmi?
430
15:07 / 27 İyun 2025
Lukaşenko İranı müdafiə etdi
132
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.