Mina sahəsindən məhsul tarlasına: Aqrar dirçəlişin hekayəsi – Millət vəkili Tahir Rzayevlə müsahibə
02 May 2025, 17:52
Qaynar xətt:
(+99450) 247 90 86İftarda qəti şəkildə bunları yemək olmaz — Dietoloqla MÜSAHİBƏ
MÜSAHİBƏ
4629
18.03.2025, 11:45
"Ramazan orucu xərçəngə tutulma riskini azaldır ".
Balanslı və keyfiyyətli qidalanma hər zaman vacibdir. Ramazan ayında isə oruc tutanlar üçün belə qidalanmanın əhəmiyyəti daha da böyükdür. Gün ərzində ac- susuz qalmaq bədənin enerjisini alır və temperaturu yüksəldir. Buna görə də lazımi vitamin və mineralların kifayət qədər qəbul olunması vacibdir.
Bilirik ki, bu ayda bədənimiz toksinlərdən təmizlənir. Sağlamlıq baxımından oruc tutmağın insan orqanizminə əhəmiyyətli dərəcədə faydalı olduğu da öz təsdiqini tapıb.
Hətta Amerika Kliniki Qidalanma Jurnalında (American Journal of Clinical Nutrition) dərc edilən son tədqiqat materialında qeyd olunub ki, Ramazan orucu müsbət metabolik dəyişiklərə və xroniki xəstəlik risklərinin azaldılmasına kömək edir.
Araşdırmalar zamanı o da məlum olub ki, Ramazan orucu həm də ağciyər, yoğun bağırsaq və süd vəzi xərçənginə tutulma riskini də əhəmiyyətli dərəcədə azaldır.
Maraqlıdır, orucluq müddətində bədənimizdə bu qədər proseslər gedərkən bizim qidalanmamız hansı şəkildə təşkil olunmalıdır?
Düzgün olmayan qidalanma və imsak zamanı yeməkdən uzaq durmaq hansı problemlərə yol aça bilər?
Bəs, biz bu ayda hansı qidalardan qaçmalı və yaxud hansılarını daha çox qəbul etməliyik?
İmsak və iftarda necə qidalanaq ki, günboyu gümrah və tox olaq. Eyni zamanda da həzmdə çətinlik çəkməyək?
Pəhriz saxlamadan və ac qalmadan çəki atmaq mümkündür?
Mövzu ilə bağlı qida məsləhətçisi Səbinə Yusifova Oxu24.com-un suallarını cavablandırıb:
Qida məsləhətçisi bildirib ki, imsak zamanı yemək yeməmək müxtəlif xəstəliklərə səbəb ola bilər:
"Hər birimiz bilirik ki, orucluq sağlığımız üçün, hüceyrələrimizin yenilənməsi, sağlam olaq deyə buyrulub. Bunun üçün də Ramazan ayında çəki vermək üçün sağlam qidalanmaq günah deyil!Orucluq nə gəldi yemək də demək deyil. Ancaq, çox insanlar bunu yalnış anladıqları üçün elə düşünürlər ki, ağır kalorili qidalar qəbul etməlidilər. Lakin bu belə deyil.
Biz onları kokteyl və yüngül lifli qidalar ilə əvəz edə bilərik.
Bununla biz həm oruc tuta, həm də sağlam qidalanma ilə artıq kilolardan azad ola bilərik.
Onu da qeyd edim ki, bir müddət ağır qidalar qəbul etdikdən sonra mədə-bağırsaq sistemi pozulur və yaxud da daha çox çəki artımı yaranır. Yaxşı olar ki, imsakda lifli qidalar, proteinli lifli salatlar, ya da kokteyl qəbul edələr. O kokteyllər onların tox qalmaqlarına, eyni zamanda yağ yandırmaqlarına, ödəm atmaqlarına kömək olacaq.
Adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. Əgər imsakda düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansımızı qorumuş olarıq. Özümüzü yorğun və halsız hiss etmərik. Toxluq hissinin daha uzunmüddətli olması üçün, tərkibində yumurta olan səhər yeməyinə qatıq, yulaf və çia toxumu əlavə edə bilərik. Ramazanda orqanizminizin gün ərzində ehtiyac duyduğu enerji və qida maddələrini ödəmək üçün zülal, karbohidrat, vitamin və minerallarla zəngin olan qidaların qəbulu daha uyğundur.
İlkin olaraq imsak zamanı erkən oyanmalı və 10-15 dəq ərzində 3 stəkandan az olmayaraq, təxminən 500 ml su içmək lazımdır. Çünki gün ərzində insan susuz qalır, qanda laxtalanma əmələ gəlir. Yaxud da tərkibində enerji verən təbii şəkər olan qidalardan istifadə edəsiniz. Bu cür qidalara nümunə kimi xurmanı göstərmək olar. 30 dəqiqə sonra isə qida qəbulu lazımdır. Ancaq çox ağır kalori qidalar olmaması şərti ilə.
Əvvəl yumurta, süd məhsulları və tərəvəzlər yeyə bilərsiniz. Əlavə olaraq, şorba, eləcə də zeytun yağında hazırlanmış tərəvəz və meyvə qəbul edə bilərsiniz. Bəzi şəxslər isə düşünür ki, səhər imsak zamanı oyanmamaqla çəki atmaq mümkün ola bilər. Lakin bu, tamamilə yanlış fikirdir. Belə insanlarda ürək, mədə, qan-damar problemləri ortaya çıxa bilər. Qəti şəkildə rəngli, qazlı şirələrdən uzaq dayanmalı, lifli, zülallı qidalara üstünlük verməliyik. Çəki atmaq istəyənlər isə gün ərzində yağ yandıracaq kokteyllər də içə bilərlər. Həzm sisteminin pozulmaması üçün, imsaqdan sonra 1-2 saat yatmamaq məsləhətdir.
Həmçinin oxuyun
Qəti şəkildə iftarda meyvə tövsiyə olunmur:
"Eyni ilə iftarı da ilıq su ilə açmaq və 10-15 dəqiqə ərzində oturaq vəziyyətdə 2-3 st su içmək lazımdır. Əgər iftara yüksək kalorili yeməklər qəbul etsəniz, özünüzü yorğun, əzgin hiss edə bilərsiniz.
Birinci növbədə sulu qidalar ,daha sonra proteinli lifli salatların qəbulu tövsiyə olunur.
Yaxşı olar ki, orucu açdıqdan sonra mədənizi müxtəlif qidalarla həddindən artıq yükləməkdənsə, tərkibində mərcimək və ya hər hansı paxlalı bitkinin olduğu şorba içəsiniz.
Həmin vaxt yediyiniz yeməklərdə nişasta balansının qorunduğuna əmin olmalısınız. Burada tərkibi liflərlə zəngin olan tərəvəzlər, süd məhsulları, taxıl tərkibli qidalar, eləcə də zülalla zəngin ət, balıq, yumurta kimi məhsullardan istifadə edərək, balansı qoruya bilərsiniz.
İftar yeməyini bir dəfəyə yeməkdənsə, onu iki hissəyə bölməyiniz məsləhətdir.
Belə etsəniz həm qanda qlükoza səviyyəsinin yüksək artımını tənzimləyə bilərsiniz, həm də mədənizdə həzmlə bağlı yarana biləcək riskləri azaldarsınız.
Özünüzü çəki almaqdan qorumaq üçün şirin qidalardan və desertlərdən uzaq durmağınız məsləhətdir. Əgər qidalandıqdan sonra şirniyyata çox ehtiyac duyduğunuzu hiss etsəniz, bitki çayı və yaninda dietik şirniyyat istifadə edə bilərsiniz. Çünki, yeməkdən dərhal sonra şirniyyat qəbulu artıq çəki yaradır.
İftardan 2 saat sonra isə yürüyüş ve idmanlar etmək məsləhətdir.
İftardan sonra bağırsağın aktiv fəaliyyəti, qəbul edilmiş qidaların yaxşı həzm olunması üçün piyada gəzmək şərtdir. Eyni zamanda, onu da nəzərinizə çatdırım ki, rejimlə qidalanmaq və normal yuxu yatmaq da çəki atmağımıza səbəb olur".
Uşaqlar oruc tutarkən, onların normal qidalanması, çox önəmlidir:
"Sahurda onların da protein və lif mənbələri ilə zəngin yeməklər qəbul etməsi mütləqdir. Məsələn, yumurta, noxud, qoz və tam buğda çörəyi kimi qidalar enerji verər və uşaqların oruc müddətində daha az yorulmalarına kömək edər".
Həzm sisteminin fəaliyyəti pozulduqda qəbizlik, şişkinlik müşahidə oluna bilər:
"Bu halda bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq məqsədilə qatıq qəbuluna və meyvə-tərəvəzə üstünlük verilməlidir.
Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd kimi məhsullar da bağırsaqların fəaliyyətinə müsbət təsir edir.
23:40 / 02 May 2025
Azərbaycanın gimnastika yığması Avropa kubokunun qalibi oldu
20
23:36 / 02 May 2025
Konstitusiya Məhkəməsindən əmlakın müsadirəsi ilə bağlı yeni qərar
16
22:42 / 02 May 2025
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi
65
21:57 / 02 May 2025
Pensiya və dövlət büdcəsi hesabına əməkhaqqı alanlara xoş xəbər
43
21:33 / 02 May 2025
Bakıda BÖYÜK SÖKÜNTÜ - Bu ərazilər plana düşür
251
21:30 / 02 May 2025
Ən tez aldanan 5 bürc – Hamıya inanırlar
45
21:16 / 02 May 2025
DİM qəbuldakı dəyişikliklərlə bağlı acıqlama verdi
97
20:46 / 02 May 2025
Hindistan - Pakistan gərginliyi artır: Azərbaycan necə davranacaq? - AÇIQLAMA
140
20:33 / 02 May 2025
Ramiz Mehdiyev villasını satır : ŞOK QİYMƏT - VİDEO
947
20:02 / 02 May 2025
Metroda ciddi dəyişiklik olacaq - Rəsmi açıqlama
122
19:54 / 02 May 2025
“Azərsun Holdinq”in yeni rəhbəri o oldu
81
19:46 / 02 May 2025
NASA-nın Marsa Nümunəvi Qaytarma Missiyası ABŞ-da ləğv edilə bilər
55
19:28 / 02 May 2025
Tramp ABŞ-ın BMT-nin sülhməramlı missiyalarına töhfələrini dayandırmağı təklif edir
46
19:19 / 02 May 2025
Tramp NASA proqramlarına 8 milyard dollardan çox vəsait ayıracaq
52
19:17 / 02 May 2025
İnsan alverinə qarşı mübarizə mövzusu müzakirə olunub - FOTOLAR
82
19:14 / 02 May 2025
Norveçin ən varlı adamlarından biri Polşada dünyasını dəyişib
61
19:10 / 02 May 2025
Uşaqlıqda bütün ailə üzvlərini itirən,əmisi evində döyülən,evlənməkdən qorxan və dünyadan nakam gedən aktyorumuz
351
19:03 / 02 May 2025
Norveçdə neft emalı zavodunda yanğın baş verib
54
19:00 / 02 May 2025
Tramp ISS-i 2030-cu ilə qədər istismardan çıxarmağı təklif edir
53
18:58 / 02 May 2025
ABŞ ÜST, YUNESKO və BMT-yə töhfələrini dayandıracaq
54
18:54 / 02 May 2025
İrəvanda Hindistan davası
55
18:35 / 02 May 2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
97
18:21 / 02 May 2025
İmtahandan ən yüksək balı o topladı
222
17:52 / 02 May 2025
Mina sahəsindən məhsul tarlasına: Aqrar dirçəlişin hekayəsi – Millət vəkili Tahir Rzayevlə müsahibə
5027
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.