Torpağı qoyun yunu ilə örtməyə başladılar
07 Noyabr 2026, 21:47
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1882
30.10.2021, 21:14
Hamımızın Pul Ağacı kimi tanıdığı – Crassula bitkisi. Fen-şuy nəzəriyyəsinə görə evinizdə crassula bitkisi bəsləyirsinizsə, bu bitki sizə xoşbəxtlik, bərəkət və bolluq gətirir. Əgər bitkinin torpağına bir də xırda pul qoysanız bitki sahibinə pul və bərəkət olaraq geri qayıdacaqdır. Bitki böyüyüb pöhrələndikcə siz də varlanacaqsınız. Bu doğrudanda elədirmi? Bu gün bir bax kanalında, Xəyalənin saatında çox maraqlı bir videomuz var. diqqətiniz məndə olsun.
Vətəni Afrika Crasula bitsinin yarpaqları qızıl pula bənzədildiyi üçün ona pul ağacı deyirlər. Onun yarpaqlarının ətli olmaları var dövlətin simvolu hesab edilir. Başqa sözlə, bu ağacın vəziyyəti ailənin maddi vəziyyəti ilə birbaşa bağlıdır.
Şans və bərəkət gətirməsindən başqa, crassula insan bədəninə və ruhuna müsbət enerji və tarazlıq təmin edən yağlar istehsal edir. pul ağacının yarpaqlarında çox miqdarda efir yağları var. Hətta kiçik bir pul ağacı bitkisi otağın havasını təmizləyə və ev sakinlərinin əsəblərini sakitləşdirə bilir. Bu bitkinin şirəsi güclü virusəleyhinə, iltihabəleyhinə xüsusiyyətlərə malikdir.
Xalq təbabətində bu bitkidən bır sıra xəstəliklər zamanı istifadə edilir:
•Oynaq xəstəlikləri (artrit, artroz, podaqra);
•Mədə xorası və 12 barmaq bağırsağın xəstəlikləri;
•Varikoz;
•Revmatizm, 3-lü sinirin soyuqdəyməsi;
•Babasil;
•Pielonefrit, sistit;
•Herpes, angina;
•Döyənək, yanıq, kəsik, həşərat dişləməsi, əzələ dartılması və s.
Bu bitkidən əsasən xaricə tətbiq üçün bir sıra məlhəmlər, mazlar hazırlanır. Şirəsindən kompreslər edilir.
Orqanizmə xeyirindən əlavə bu bitkinin bir sıra yan təsirləri də mövcuddur. Daxilə qəbul zamanı əks göstərişlər verə bilər. Ürəkbulanma, qusma və qarın ağrısı, huşun itməsi ilə müşayiət olunan zəhərlənmə yaşana bilər. Bütün hallarda bu tip bitkiləri istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyinizdə fayda var.
Bəs bu brəkət Bitkisi Necə Yetişdirilir?
Pul ağacı çox su istəyən bir bitki deyil. Çox su verdiyiniz təqdirdə kökü sürətlə çürüməyə başlaya bilər. Suvarma zamanını anlamaq üçün torpağına toxunun və quruduğunu gördükdə, zamanı gəlmiş deməkdir. Qışda isə yalnız ərazinin rütubətli olmasına çalışın onun xaricində heç nə etməyin.
Krasulla günəş şüalarını çox sevir, lakin həddi aşaraq, qızmar günəş altına qoymaq lazım deyil. Bitki kifayət qədər günəş işığı aldıqda onun yarpaqlarının kənarları qırmızı olacaq. Həddən çox işıqlandırma olduqda isə yarpaqlar tündləşir.
Torpağı hər altı aydan bir dəyişmək tövsiyə olunur, bu zaman ağac kömürü və ya kül əlavə etməniz yaxşı olardı. Drenaj təbəqəsi 4 sm-dən çox ola bilməz. Torpaq qatışığının üçdə bir hissəsini kiçik çınqıl dənələri təşkil etməlidir. Krasullanı yayda eyvana çıxarın. Yarpaqları nəm əsgi ilə silməyiniz məsləhət olunur.
Crassula yarpaqları və gövdəsi bitki çoxaltmaq məqsədilə istifadə edilir. Dibçəkdə asanlıqla becərilən crassula bitkisi evinizə çox fərqli bir hava və enerji verir. Bundan başqa, bağınızda də yetişdirilə bilər.
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.