Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto
12 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
3029
01.03.2021, 22:38
İkinci Dünya müharibəsi zamanı müəmmalı hadisələrdən biri də Macarıstanda İsveç nümayəndəliyinin birinci katibi Raul Vallenberqin “SMERŞ” tərəfindən həbs olunaraq SSRİ-yə gətirilməsi olub.
Əslində, müharibə dövründəki beynəlxalq münasibətlərdə İsveç neytral bir mövqedə dayanıb və bu ölkə SSRİ ilə müharibə aparmayıb. Belə olduğu halda isveçli diplomatın SSRİ tərəfindən həbs edilməsi anlaşılmazdır. Bəzi araşdırmaçıların qənaətinə görə Raul Vallenberq Amerika kəşfiyyatına işləyib. Nəzərə alsaq ki, müharibə dövründə ABŞ və SSRİ müttəfiq olublar, bu halda da Raul Vallenberqin həbsi yenə də müəmmalı qalır və bu müəmma hələ də davam edir.
Qeyd edək ki, Raul Vallenberq Macarıstanda on minlərlə yəhudi ailəsinin xilaskarı kimi tarixə düşüb.
274px-Raoul_Wallenberg.jpg (48 KB)
1944-cü ildə Raul Vallenberq ölkəsinin xarici siyasət idarəsinə işə qəbul olunub və o, İsveçin Budapeştdəki daimi nümayəndəliyinin birinci katibi vəzifəsinə təyinat alıb. Bu təyinatı ilə Vallenberq üzərinə böyük bir missiya götürüb. Macarıstanda yaşayan yəhudilərin xilas edilməsi və düşərgələrə göndərilməməsi missiyasını. Artıq həmin dövrə qədər Macarıstanda 500 mindən artıq yəhudi məhv edilib, daha 200 min yəhudini də eyni aqibət gözləyib. Ancaq Raul Vallenberqin ciddi səyləri, açıq və gizli apardığı sənədləşmə on minlərlə yəhudinin həyatını xilas edib. Qeyd edək Raul Vallenberqin anası da yəhudi əsilli olub.
Gərgin hərbi və siyasi mühitdə çalışan Raul Vallenberq öz fəaliyyətinə görə nasistlər tərəfindən zərbə alacağını düşünsə də, o, tam əks istiqamətin hədəfinə çevrilib.
Sovet qoşunları Budapeşti öz nəzarəti altına götürdükdən sonra, 13 yanvar 1945-ci ildə Raul Vallenberq öz sürücüsü ilə birlikdə sovet patrulları tərəfindən həbs edilib. Onun hansı şəraitdə və harada həbs olunması ilə bağlı dəqiq məlumat yoxdur.
Versiyaların birinə görə Vallenbarq Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin binasında, digər versiyaya görə öz mənzilində həbs edilib. İsveçli diplomatın həbs ilə bağlı “SMERŞ”-in rəhbəri Viktor Abakumovun şəxsən göstərişi olub.
pict1333-1024x643.jpg (84 KB)
Raul Vallenberq həbs olunduqdan sonra Moskvaya gətirilib və “Lubyanka” təcridxanasında saxlanılıb.
Diplomatın “yoxa çıxması”ndan sonra İsveç hakimiyyəti onun harada olması ilə bağlı ciddi axtarış tədbirləri həyata keçirib. SSRİ tərəfi rəsmi olaraq bu haqda məlumatlı olmadıqlarını bəyan edib.
Həmin dövrdə SSRİ Xalq Komissarları Soveti sədrinin müavini Andrey Vışınskinin bununla bağlı İsveç rəsmilərinə göndərdiyi məktubda konkret cavab öz əksini tapıb:
“Sorğunuza cavab olaraq nəzərinizə çatdırırıq ki, Raul Vallenberq SSRİ-də deyil və sovet hakimiyyətinin bu hadisə ilə bağlı heç bir məlumatı yoxdur...”
Beləliklə, “yoxa çıxmış” diplomatın İsveç tərəfindən axtarışları uzun müddət nəticəsiz qalıb. Nəhayət, 1957-ci ildə Andrey Qromıko İsveçin SSRİ-dəki səfirinə Raul Vallenberqin 1945-ci ildə SSRİ-yə gətirilməsini etiraf edib. Bildirib ki, diplomat 1947-ci ildə təcridxanada ürək çatışmazlığından vəfat edib. Amma ortada heç bir təsdiqedici sənəd olmayıb.
SSRİ süquta uğrayandan sonra Raul Vallenberqlə bağlı yenidən araşdırmalar aparılıb, ortaya fərqli versiyalar çıxıb.
images.jpg (70 KB)
Versiyalardan birinə görə Raul Vallenberq Lavrenti Beriya ilə Henrix Himmler arasında gizli danışıqların aparılması üçün vasitəçiliyi öz üzərinə götürüb. Məhz bu səbəbdən də Abakumov Raul Vallenberqi həbs etdirib.
Digər bir versiyaya görə SSRİ-nin kəşfiyyat orqanları Raul Vallenberqi əməkdaşlığa dəvət edib. İsveçli diplomat sövdələşmələrə getmədiyindən onu həbs ediblər.
1991-ci ildə Raul Vallenberqin işinin araşdırılması ilə bağlı Rusiya-İsveç birgə komissiyası yaradılıb.
1993-cü ilin yanvar ayında İsveç tərəfi komissiyanın işinin nəticələrini belə açıqlayıb:
“Raul Vallenberq SSRİ xalq komissarı Nikolay Bulqaninin yazılı əmri ilə İkinci Ukrayna cəbnəsinin komandanı Rodion Malinovski tərəfindən həbs edilib və Moskvaya göndərilib...”
Əslində bu araşdırmanın özündə də bir müəmma olub. Çünki İsveç tərəfinin araşdırmaçıları həbslə bağlı Viktor Abakumovun da yazılı əmrini əldə ediblər. Digər bir tərəfdən araşdırmalar nəticəsində o da məlum olub ki, Raul Vallenberq ürək çatışmazlığından deyil, qidasına zəhər qatılmasının nəticəsində ölüb.
SSRİ, sonralar isə Rusiya tərəfi İsveçin əldə etdiyi bu nəticələri qəbul etməyib. Bununla da, Raul Vallenberqin 76 il öncə “yoxa çıxması”nın müəmması bu günə qədər də sirr olaraq qalır.
İlham Cəmiloğlu, Musavat.com
17:59 / 13 Noyabr 2026
1
17:46 / 13 Noyabr 2026
49
17:30 / 13 Noyabr 2026
49
17:18 / 13 Noyabr 2026
49
17:13 / 13 Noyabr 2026
174
17:07 / 13 Noyabr 2026
63
16:59 / 13 Noyabr 2026
68
16:51 / 13 Noyabr 2026
91
16:37 / 13 Noyabr 2026
115
16:29 / 13 Noyabr 2026
90
16:08 / 13 Noyabr 2026
221
16:00 / 13 Noyabr 2026
97
15:42 / 13 Noyabr 2026
349
15:37 / 13 Noyabr 2026
103
15:30 / 13 Noyabr 2026
103
15:01 / 13 Noyabr 2026
125
14:59 / 13 Noyabr 2026
263
14:50 / 13 Noyabr 2026
144
14:46 / 13 Noyabr 2026
119
14:33 / 13 Noyabr 2026
131
14:24 / 13 Noyabr 2026
632
14:17 / 13 Noyabr 2026
514
14:12 / 13 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.