Ağıllı insanların ən çox istehlak etdiyi qidalar açıqlanıb
17 İyul 2026, 15:39
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
72
17.07.2026, 14:30
Qış aylarında şaxtalı havalar bədənimiz üçün ciddi sınaq sayılır. Bəs görəsən, insan orqanizmi donma zamanı ən çox neçə dərəcə temperaturda sağ qala bilər? Elm və tibb tarixi bu mövzuda ağlasığmaz, hətta möcüzəvi adlandırıla biləcək faktlarla doludur.
Oxu24.com-un məlumatına görə, 1999-cu ildə xizək sürərkən ağır qəzaya uğrayan və donmuş çayın buzlu suları altına düşən Anna adlı qadın düz 80 dəqiqə ərzində orada sıxılıb qalmışdı. Onun bədən temperaturu şok dərəcədə aşağı düşərək cəmi 13.7 dərəcəyə çatmışdı. Normal şəraitdə bu temperaturda insanın yaşaması qeyri-mümkün hesab olunsa da, həkimlərin səyi nəticəsində Anna yenidən həyata qaytarıldı. Bu, böyüklər arasında qeydə alınan ən aşağı bədən temperaturu ilə sağ qalma hadisəsi kimi tarixə düşdü.
Uşaqlar arasında isə bənzər hadisə 2014-cü ildə baş verib. Gecə vaxtı dondurucu şaxtada çöldə qalan 2 yaşlı uşağın bədən temperaturu 11.8 dərəcəyə qədər düşmüşdü. Lakin uşağın beyni özünü qoruma rejiminə keçərək sağ qalmağı bacardı.
Bütün bunlardan daha böyük şok isə 1955-ci ildə qeydə alınmış tibbi sınaqdır. Xərçəng xəstəliyinin müalicəsi məqsədilə aparılan araşdırma çərçivəsində bir xəstənin bədəni bilərəkdən tam 9 dərəcəyə qədər dondurulub!
Onun ürəyi tamamilə dayanmış, yəni klinik ölüm vəziyyətinə keçmişdi. Düz bir neçə saat ərzində xəstədə heç bir beyin fəaliyyəti və ya həyat əlaməti qeydə alınmasa da, bədən yenidən isidildikdən sonra xəstə heç bir beyin zədəsi almadan yenidən həyata qaytarıldı!
Beyin özünü necə qoruyur?
Mütəxəssislər bildirirlər ki, bədən həddindən artıq dondurucu soyuğa məruz qaldıqda beyin metabolizmi minimuma endirir. Bununla da hüceyrələrin oksigen və enerjiyə olan tələbatı kəskin şəkildə azalır, bədən özünəməxsus "yuxu rejiminə" keçərək ölümün qarşısını alır.
15:39 / 17 İyul 2026
29
15:32 / 17 İyul 2026
41
15:28 / 17 İyul 2026
47
15:11 / 17 İyul 2026
52
15:05 / 17 İyul 2026
58
14:56 / 17 İyul 2026
57
14:45 / 17 İyul 2026
71
14:15 / 17 İyul 2026
88
14:07 / 17 İyul 2026
82
14:01 / 17 İyul 2026
80
13:53 / 17 İyul 2026
60
13:50 / 17 İyul 2026
67
13:38 / 17 İyul 2026
66
13:35 / 17 İyul 2026
76
13:30 / 17 İyul 2026
76
13:19 / 17 İyul 2026
79
12:59 / 17 İyul 2026
70
12:55 / 17 İyul 2026
400
12:45 / 17 İyul 2026
292
12:36 / 17 İyul 2026
82
12:23 / 17 İyul 2026
77
12:17 / 17 İyul 2026
81
12:14 / 17 İyul 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.