Almaniyada naməlum dron tapıldı
09 Noyabr 2026, 19:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
736
17.07.2026, 15:11
Prezident İlham Əliyevin Şuşada keçirilən IV Beynəlxalq Media Forumundakı açıqlamaları Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başladığını göstərir. Dövlət başçısının mövcud Vaşinqton administrasiyası ilə əlaqələrin müsbət dinamikasını vurğulaması və "907-ci düzəliş"in heç bir mənfi təsirinin olmadığını bildirməsi regional geosiyasət baxımından mühüm mesajdır. İki ölkə arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması və ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində aktiv vasitəçiliyi bu yaxınlaşmanın əsas sütunlarını təşkil edir. Vaşinqtonla münasibətlərin istiləşməsi Bakının Cənubi Qafqazdakı mövqeyini daha da möhkəmləndirir və xarici təzyiqlərə qarşı manevr imkanlarını artırır. Xüsusilə regional təhlükəsizlik və enerji layihələri fonunda bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq nüfuzuna müsbət töhfə verir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, hazırda Azərbaycanla Amerika arasında münasibətlər yüksək səviyyədədir:
"ABŞ-ın Azərbaycan və Ermənistan arasında vasitəçi olması, sülh sənədinin paraflanması, həmçinin Tərəfdaşlıq Layihəsi və ABŞ-Azərbaycan arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması Azərbaycanın Cənubi Qafqazda artıq mövqeyini də kifayət qədər gücləndirib”.
Onun sözlərinə görə, ölkəmiz Amerika kimi super dövlətin dəstəyini alır:
“İndiyə kimi Azərbaycanla Amerika arasında bu səviyyədə əməkdaşlıq olmamışdı. Həmçinin, Amerikada artıq 907-ci düzəlişin də ləğvini Azərbaycan istəyir. Çünki Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələr bərpa olunur və bu istiqamətdə mühüm işlər həyata keçirilir. Belə olan təqdirdə 907-ci düzəlişin ləğvi də reallaşmalıdır”.
Politoloq qeyd edib ki, hazırda Amerika ilə əməkdaşlıq nəticəsində Azərbaycanın Xəzər regionunda da geosiyasi mövqeyi güclənir:
“Azərbaycanın Amerikanın dövlət dəstəyini qazanması və yeni dünya siyasi nizamında Vaşinqton və Bakı arasındakı münasibətlər regional müstəvidə Azərbaycana digər ölkələrin, xüsusilə Rusiyanın təzyiqlərinin də neytrallaşmasına gətirib çıxaracaq”.
Çimnaz Telmanqızı
19:44 / 09 Noyabr 2026
12
19:44 / 09 Noyabr 2026
11
19:27 / 09 Noyabr 2026
55
19:25 / 09 Noyabr 2026
86
19:19 / 09 Noyabr 2026
80
19:15 / 09 Noyabr 2026
103
19:12 / 09 Noyabr 2026
191
19:11 / 09 Noyabr 2026
118
19:01 / 09 Noyabr 2026
72
18:57 / 09 Noyabr 2026
172
18:46 / 09 Noyabr 2026
83
18:41 / 09 Noyabr 2026
152
18:38 / 09 Noyabr 2026
157
18:31 / 09 Noyabr 2026
129
18:25 / 09 Noyabr 2026
1130
18:23 / 09 Noyabr 2026
117
18:14 / 09 Noyabr 2026
105
18:02 / 09 Noyabr 2026
516
17:57 / 09 Noyabr 2026
119
17:56 / 09 Noyabr 2026
96
17:55 / 09 Noyabr 2026
121
17:38 / 09 Noyabr 2026
287
17:36 / 09 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.