Cəlilabadda fərdi yaşayış evi yandı - Video
09 Noyabr 2026, 18:31
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
475
17.07.2026, 13:53
Culfa rayon Yaycı bələdiyyəsinin sədri vəzifəsində işləmiş Zülfüqarov Zülfüqar Abbas oğlunun qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən Baş Prokurorluğa daxil olmuş materiallar əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanıb.
Naxçıvan MR Prokurorluğundan verilən xəbərə görə, istintaqla Zülfüqar Zülfüqarovun 2020-2024-cü illərdə qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə torpaq sahələrinin mülkiyyət və icarəyə verilməsi qaydalarını pozması nəticəsində bələdiyyə büdcəsinə 93 min manatdan artıq məbləğdə zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, ibtidai istintaqın gedişində təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə etməklə, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə bələdiyyənin adından torpaq icarəsi və satışı ilə bağlı bələdiyyə iclas qərarlarına bələdiyyə üzvlərinin adından imza etməsi, həmin sənədləri bələdiyyənin möhürü ilə təsdiqləməsi və sonradan bu sənədlərdən istifadə etməsinə dəlalət edən mötəbər sübutlar əldə edilib.
Zülfüqar Zülfüqarova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Culfa rayon Məhkəməsinə göndərilib.
19:44 / 09 Noyabr 2026
12
19:44 / 09 Noyabr 2026
11
19:27 / 09 Noyabr 2026
55
19:25 / 09 Noyabr 2026
86
19:19 / 09 Noyabr 2026
80
19:15 / 09 Noyabr 2026
103
19:12 / 09 Noyabr 2026
191
19:11 / 09 Noyabr 2026
118
19:01 / 09 Noyabr 2026
72
18:57 / 09 Noyabr 2026
172
18:46 / 09 Noyabr 2026
83
18:41 / 09 Noyabr 2026
152
18:38 / 09 Noyabr 2026
157
18:31 / 09 Noyabr 2026
129
18:25 / 09 Noyabr 2026
1130
18:23 / 09 Noyabr 2026
117
18:14 / 09 Noyabr 2026
105
18:02 / 09 Noyabr 2026
516
17:57 / 09 Noyabr 2026
119
17:56 / 09 Noyabr 2026
96
17:55 / 09 Noyabr 2026
121
17:38 / 09 Noyabr 2026
287
17:36 / 09 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.