Putin sərhədləri bağlayır, səfərbərliyə hazırlaşır - İDDİA
09 Avqust 2026, 00:28
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
466
17.07.2026, 15:32
Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli və üçtərəfli hərbi əməkdaşlıq planına əsasən, cari ilin noyabr ayında ölkəmizdə "Eternity-2026" kompüter dəstəkli komanda-qərargah təlimi keçiriləcək. Artıq bu mühüm hərbi tədbirin əsas planlaşdırma konfransı uğurla başa çatıb. Bu qəbildən olan hərbi təlimlər regionda sülhün və sabitliyin qorunmasında, həmçinin iştirakçı dövlətlərin müdafiə potensialının gücləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Təlimlər həm nəzəri, həm də praktiki mərhələləri əhatə etməklə tərəfdaş ölkələrin silahlı qüvvələri arasında koordinasiyanı ən yüksək səviyyəyə çatdırır. Regionda cərəyan edən son qlobal və regional hərbi-siyasi proseslər fonunda belə müştərək fəaliyyətlərin rolu daha da artmaqdadır.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını hərbi ekspert Üzeyir Cəfərov cavablandırıb.
Hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, bu cür tədbirlər üç ölkə arasında ilk dəfə deyil ki, keçirilir:
"Bundan əvvəl biz daha çox qardaş Türkiyə ilə təlimlər keçirirdiksə, son illər bu proses üçtərəfli qaydada — həm Azərbaycanda, həm Gürcüstanda, həm də qardaş Türkiyədə həyata keçirilir. Bu təlimlərin əvvəlcə nəzəri ştrixləri kompüter üzərindən qərargahlarda planlaşdırılır və reallaşdırılır. Bir araya gələrək komanda-qərargah təliminin məqsəd və məramları aydınlaşdırılır. Noyabr ayında isə üç ölkə təlim bazasında “Eternity-2026” çərçivəsində yerinə yetiriləcək tapşırıqları praktiki olaraq icra edəcəklər”.
Ü. Cəfərovun sözlərinə görə, bu təlimlər regionda təhlükəsizliyə və üç ölkənin müdafiə qabiliyyətinə çox müsbət təsir göstərəcək. Çünki hər bir dövlət öz real potensial təhlükələrini bilir:
”Regional təhlükələr region ölkələri arasında müzakirə olunur və ona uyğun ssenarilər cızılır. Regionda baş verən son hadisələr — istər Rusiya-Ukrayna müharibəsi, istərsə də ABŞ, İsrail və İran toqquşması fonunda bu təlimlər böyük əhəmiyyət daşıyır və noyabr təlimlərinə yeni elementlər əlavə edilir.
Sabah baş verə biləcək real təhdidlər qarşısında ölkələrin bir-birinə hansı formada (istər kəşfiyyat məlumatları, istərsə də müdafiə gücünü artırmaq üçün qonşu dövlətin dəstəyi) kömək edə biləcəyi nəzərə alınır”.
Ekspert vurğulayıb ki, həm gənc Gürcüstan ordusu, həm Azərbaycan ordusu, həm də NATO-nun ikinci aparıcı gücü olan Türkiyə Silahlı Qüvvələri öz təhlükəsizliyini təmin etmək üçün bu platformadan maksimum yararlanır:
"Bu təlimlər böyük əziyyət və zəhmət tələb edir, hər üç ölkə buna ən yüksək səviyyədə dəstək verir. Təlimlərdə ən hazırlıqlı hərbi hissələr və döyüş texnikası istifadə olunur. Əvvəlki illərdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilmişdi. İndi isə hər üç ölkə növbəti hədəflərə çatmaq üçün nəzəri və praktiki proqramlar üzərində işləyir. Bu təlimlər hər üç ölkənin silahlı qüvvələri üçün çox böyük bir təcrübə məktəbi və sınaq meydanıdır”.
Çimnaz Telmanqızı
00:28 / 09 Avqust 2026
38
23:54 / 08 Avqust 2026
52
23:46 / 08 Avqust 2026
62
23:40 / 08 Avqust 2026
64
23:31 / 08 Avqust 2026
67
22:59 / 08 Avqust 2026
76
22:42 / 08 Avqust 2026
61
22:31 / 08 Avqust 2026
79
22:06 / 08 Avqust 2026
82
21:07 / 08 Avqust 2026
86
16:08 / 08 Avqust 2026
151
16:05 / 08 Avqust 2026
140
14:53 / 08 Avqust 2026
155
13:55 / 08 Avqust 2026
99
13:30 / 08 Avqust 2026
92
13:15 / 08 Avqust 2026
177
13:01 / 08 Avqust 2026
117
12:59 / 08 Avqust 2026
160
12:49 / 08 Avqust 2026
164
12:45 / 08 Avqust 2026
616
12:45 / 08 Avqust 2026
115
12:30 / 08 Avqust 2026
122
12:13 / 08 Avqust 2026
891
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.