Mars niyə narıncı rəngdədir? — Qırmızı planet"in heç bilmədiyiniz sirri
09 İyul 2026, 17:30
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
64
09.07.2026, 16:11
Yuxu insan orqanizmi üçün qida və su qədər vacib fizioloji ehtiyaclardan biridir. Buna baxmayaraq, müasir həyat tərzi, iş yükü, stress və gecə saatlarınadək telefon və kompüterdən istifadə bir çox insanın yuxu rejimini pozur. Əksəriyyət isə “bir gecə yatmasam heç nə olmaz” düşüncəsi ilə bunu ciddi qəbul etmir. Halbuki elmi araşdırmalar göstərir ki, cəmi bir sutkalıq yuxusuzluq belə beyin və bütün orqanizm üçün ciddi nəticələr yarada bilər.
Oxu24.com xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, insan təxminən 16 saat fasiləsiz oyaq qaldıqdan sonra beyində yorğunluq əlamətləri meydana çıxmağa başlayır. Diqqətin cəmlənməsi çətinləşir, düşünmə sürəti azalır, qərarvermə qabiliyyəti zəifləyir və insanın iş məhsuldarlığı aşağı düşür. Bu vəziyyət xüsusilə avtomobil idarə edənlər, həkimlər, sürücülər və diqqət tələb edən peşə sahibləri üçün təhlükəli hesab olunur.
Yuxusuzluq 24 saata çatdıqda isə orqanizmdə daha ciddi dəyişikliklər baş verir. Reflekslər zəifləyir, yaddaşın fəaliyyəti pozulur, yeni məlumatların qavranılması çətinləşir. İnsan daha əsəbi, gərgin və emosional olur. Bəzi hallarda qərarvermə qabiliyyəti spirtli içki qəbul etmiş şəxsin vəziyyətinə bənzəyir.Yuxusuzluq təkcə beyinə deyil, ürək-damar sisteminə də mənfi təsir göstərir. Stress hormonu olan kortizolun səviyyəsi yüksəlir, ürək döyüntüləri sürətlənir, arterial təzyiq arta bilər. Uzun müddət davam edən yuxu çatışmazlığı ürək xəstəlikləri, hipertoniya, infarkt və insult riskini artıran amillərdən biri hesab edilir.Bundan əlavə, immun sistemi zəifləyir, orqanizm virus və bakteriyalara qarşı daha həssas olur. Maddələr mübadiləsi pozulur, iştaha artır, artıq çəki və şəkərli diabet riskinin yüksəlməsi müşahidə edilir.Əgər yuxusuzluq bir neçə gün davam edərsə, vəziyyət daha təhlükəli hal ala bilər. İnsanlarda hallüsinasiyalar, yaddaş pozğunluğu, reallığı düzgün qiymətləndirə bilməmək, nitqdə və davranışda dəyişikliklər meydana çıxa bilər. Bu isə artıq təcili tibbi müdaxilə tələb edən vəziyyət sayılır.
Həkimlər bildirirlər ki, yuxu zamanı beyin gün ərzində topladığı məlumatları emal edir, yaddaşı möhkəmləndirir, sinir hüceyrələri arasında əlaqələri bərpa edir və orqanizmin özünü yeniləməsinə şərait yaradır. Buna görə də sağlam insanın hər gecə orta hesabla 7–9 saat keyfiyyətli yuxu alması tövsiyə olunur.
Mütəxəssislər vurğulayırlar ki, yuxu sadəcə istirahət deyil, sağlam beynin, güclü immunitetin və sağlam ürəyin əsas şərtlərindən biridir. Gecə yuxusuna laqeyd yanaşmaq isə zamanla həm fiziki, həm də psixi sağlamlıq üçün ciddi problemlərə yol aça bilər.
Turan
18:05 / 09 İyul 2026
1
17:42 / 09 İyul 2026
14
17:33 / 09 İyul 2026
48
17:30 / 09 İyul 2026
56
17:28 / 09 İyul 2026
51
17:24 / 09 İyul 2026
57
17:20 / 09 İyul 2026
59
17:13 / 09 İyul 2026
53
17:05 / 09 İyul 2026
65
16:58 / 09 İyul 2026
66
16:47 / 09 İyul 2026
68
16:36 / 09 İyul 2026
70
16:32 / 09 İyul 2026
64
16:20 / 09 İyul 2026
58
15:55 / 09 İyul 2026
80
15:52 / 09 İyul 2026
72
15:28 / 09 İyul 2026
95
15:10 / 09 İyul 2026
78
15:08 / 09 İyul 2026
86
14:56 / 09 İyul 2026
84
14:53 / 09 İyul 2026
92
14:43 / 09 İyul 2026
93
14:35 / 09 İyul 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.