Qaynar xətt:

(+99450) 247 90 86

Yorğunluq, keyimə, baş ağrısı... Həkim təhlükəli səbəbləri açıqladı

Yorğunluq, keyimə, baş ağrısı... Həkim təhlükəli səbəbləri açıqladı

TİBB

452

09.07.2026, 12:54

Son dövrlərdə insanlar arasında uzunmüddətli yorğunluq, halsızlıq, əzginlik, başgicəllənmə, ətraflarda keyimə və qarışqa gəzməsi hissi ilə bağlı müraciətlərin sayı artmaqdadır. Bir çox hallarda vətəndaşlar bu əlamətləri adi yorğunluq və ya iş yükü ilə əlaqələndirsələr də, mütəxəssislər bildirirlər ki, bu simptomlar bəzən sinir sistemi və digər ciddi xəstəliklərin ilkin xəbərçisi ola bilər.

Oxu24.com-a açıqlama verən nevropatoloq Vaqif Dürüsgəri bildirib ki, gün ərzində qəbul etdiyi pasiyentlərin əhəmiyyətli hissəsi məhz ümumi halsızlıq, fiziki gücsüzlük, ətraflarda keyimə, uyuşma və baş ağrıları ilə bağlı müraciət edir.

Onun sözlərinə görə, bu əlamətlərin yaranmasının tək bir səbəbi yoxdur və hər bir pasiyent fərdi şəkildə qiymətləndirilməlidir.

“Ən çox rast gəldiyimiz səbəblər arasında yuxu pozğunluğu, xroniki stress, əsəb gərginliyi, uzun müddət davam edən zehni və fiziki yüklənmə xüsusi yer tutur. İnsan orqanizmi kifayət qədər istirahət etmədikdə sinir sistemi tədricən yorulur və bu da müxtəlif nevroloji şikayətlərlə özünü göstərməyə başlayır”, – deyə həkim bildirib.

Nevropatoloq qeyd edib ki, bəzi hallarda ətraflarda keyimə və uyuşma sadəcə yorğunluğun deyil, boyun fəqərələrində degenerativ dəyişikliklərin, sinir sıxılmalarının, vitamin çatışmazlığının, şəkərli diabetin və digər nevroloji problemlərin əlaməti ola bilər.

Vaqif Dürüsgərinin sözlərinə görə, vətəndaşların yol verdiyi ən böyük səhvlərdən biri uzun müddət davam edən bu şikayətləri ciddi qəbul etməmələri və həkimə gec müraciət etmələridir.

“Əgər yorğunluq, keyimə, başgicəllənmə və digər oxşar əlamətlər davamlı xarakter alırsa, mütləq ilkin olaraq yaşadığınız ərazi üzrə poliklinikaya və ya aidiyyəti mütəxəssisə müraciət etməlisiniz. Erkən diaqnostika gələcəkdə yarana biləcək ağır fəsadların qarşısını almaqda mühüm rol oynayır”, – deyə o vurğulayıb.

Həkim bildirib ki, sinə nahiyəsində yaranan ağrılar da hər zaman ürək xəstəliyindən xəbər vermir.

“Praktikada tez-tez rast gəlirik ki, pasiyent ürək ağrısından şikayət edir. Müayinələrdən sonra məlum olur ki, problem ürəklə bağlı deyil. Əksər hallarda bu ağrılar qabırğaarası sinirlərin iltihabı, əzələ spazmları, boyun və onurğa problemləri və ya fiziki gərginlik nəticəsində yaranır. Buna görə də hər sinə ağrısını ürək xəstəliyi kimi qiymətləndirmək düzgün deyil”, – deyə nevropatoloq bildirib.

Vaqif Dürüsgəri əlavə edib ki, baş ağrıları və başgicəllənmələr də müxtəlif səbəblərdən yarana bilər.

“Bu şikayətlərin fonunda yüksək və ya aşağı arterial təzyiq, boyun osteoxondrozu, beyin qan dövranı pozğunluqları, qulaqlarda küy, görmə problemləri və digər xəstəliklər dayana bilər. Buna görə də belə pasiyentlərdə zərurət olduqda boyun fəqərələrinin və baş nahiyəsinin instrumental müayinələri aparılır. Diaqnoz dəqiqləşdirildikdən sonra fərdi müalicə planı hazırlanır”, – deyə o qeyd edib.

Mütəxəssis bildirib ki, müalicə yalnız dərman qəbulundan ibarət deyil.

“Sağalma prosesində həyat tərzinin dəyişdirilməsi xüsusi əhəmiyyət daşıyır. Düzgün yuxu rejimi, balanslı qidalanma, fiziki aktivlik, iş və istirahət rejiminin qorunması, stressin azaldılması müalicənin ayrılmaz hissəsidir. Əgər insan bu qaydalara əməl edərsə, həm sağalma prosesi sürətlənər, həm də eyni problemlərin yenidən yaranma riski azalacaq”, – deyə nevropatoloq Vaqif Dürüsgəri əlavə edib.

Həkim sonda vətəndaşlara tövsiyə edib ki, uzun müddət davam edən yorğunluq, əzginlik, baş ağrıları, başgicəllənmə, ətraflarda keyimə və digər nevroloji əlamətləri sadə yorğunluq kimi qiymətləndirməsinlər və vaxtında mütəxəssisə müraciət etsinlər.

Nigar 

Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü 

15:50 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü 

49

0
Əsəbiləşmək və xoşbəxtlik qana necə təsir edir? — Mütəxəssisdən AÇIQLAMA  

15:39 / 07 Sentyabr 2026

TİBB TİBB

Əsəbiləşmək və xoşbəxtlik qana necə təsir edir? — Mütəxəssisdən AÇIQLAMA  

49

0
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub 

15:36 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub 

55

0
Xalq artisti ilə bağlı üzücü xəbər

15:27 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Xalq artisti ilə bağlı üzücü xəbər

63

0
Söhbət Şuşadan gedirsə... — Cəmiyyətin söz sahibləri həmin görüntülərdən DANIŞIR

15:20 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Söhbət Şuşadan gedirsə... — Cəmiyyətin söz sahibləri həmin görüntülərdən DANIŞIR

214

0
Qarabağda mina təhlükəsinə qarşı Çindən strateji dəstək: “Böyük Qayıdış”ın tempi artır – AÇIQLAMA  

15:20 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Qarabağda mina təhlükəsinə qarşı Çindən strateji dəstək: “Böyük Qayıdış”ın tempi artır – AÇIQLAMA  

53

0
Alkoqolun az miqdarda qəbulu belə insan beynini kiçildir – Uzman həkimdən TƏCİLİ XƏBƏRDARLIQ  

15:10 / 07 Sentyabr 2026

TİBB TİBB

Alkoqolun az miqdarda qəbulu belə insan beynini kiçildir – Uzman həkimdən TƏCİLİ XƏBƏRDARLIQ  

51

0
Sürətli yerimək və pilləkən çıxmaq ürək xəstəliklərinin əlamətlərini üzə çıxara bilər — Kardioloqdan AÇIQLAMA  

15:00 / 07 Sentyabr 2026

TİBB TİBB

Sürətli yerimək və pilləkən çıxmaq ürək xəstəliklərinin əlamətlərini üzə çıxara bilər — Kardioloqdan AÇIQLAMA  

69

0
Azərbaycanda pul bazası 24 mlrd. manatı ötüb 

14:56 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda pul bazası 24 mlrd. manatı ötüb 

60

0
 Əhməd Məmmədzadə azadlığa buraxılıb

14:34 / 07 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

 Əhməd Məmmədzadə azadlığa buraxılıb

67

0
Metrodan istifadə edənlərə şad xəbər: Bakı metrosunda bu yenilik gəlir

14:28 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Metrodan istifadə edənlərə şad xəbər: Bakı metrosunda bu yenilik gəlir

315

0
Yüksək vəzifə verilən Osman Xalıyev kimdir? - DOSYE 

14:22 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yüksək vəzifə verilən Osman Xalıyev kimdir? - DOSYE 

143

0