Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto
12 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
917
09.03.2026, 21:35
Bu, adi bir quş yuvası deyil – onun içində qiymətli bir sərvət gizlənir. Söhbət Arktikanın buzlu sularında yaşayan Eider ördəyindən gedir. Bu quşu dünyada məşhur edən isə onun sinəsindəki son dərəcə qiymətli və nadir tüklərdir.
Oxu24.com xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, eider tüklərinin əsas fərqi onların quruluşundadır.
Bu tüklər mikroskopik qarmaqlar vasitəsilə bir-birinə bağlanır və ayrılmadan vahid kütlə kimi qalır.
Nəticədə tüklər güclü istilik izolyasiyası yaradır və hətta çox sərt şaxtalarda belə içəridəki istiliyi qoruyur.
Bu prosesdə ən təsirli məqam isə ana ördəyin davranışıdır.
Arktikanın bəzən mənfi 30 dərəcəyə çatan soyuğunda ana eider yumurtalarını qorumaq üçün sinəsindəki ən yumşaq tükləri qopararaq yuvasını onların içi ilə örtür. Beləliklə, balalar üçün təbii və çox isti bir mühit yaranır.
Eider tükünün toplanması isə xüsusi qaydalarla aparılır. Quşlara zərər verilmədən, yalnız ördəklər yuvanı tərk etdikdən sonra peşəkar toplayıcılar bu tükləri əl ilə yığırlar. Bir yuvadan təxminən 10–15 qram tük əldə etmək mümkündür. Buna görə də 1 kiloqram tük toplamaq üçün onlarla yuva gəzmək tələb olunur.
Məhz bu nadirlik səbəbindən eider tüklərindən hazırlanan məhsullar dünyanın ən bahalı yataq dəstləri hesab olunur. Bu materialdan hazırlanan yorğan və yastıqlar son dərəcə yüngül, eyni zamanda çox isti olur. Bəzi eider tüklü yorğanların qiyməti 15–20 min dollaradək çata bilir.
Beləliklə, Arktikanın bu kiçik quşu təbiətin ən maraqlı və qiymətli möcüzələrindən biri hesab olunur.
Hazırladı: Jalə
13:41 / 13 Noyabr 2026
1
13:20 / 13 Noyabr 2026
28
13:05 / 13 Noyabr 2026
71
12:57 / 13 Noyabr 2026
68
12:45 / 13 Noyabr 2026
93
12:32 / 13 Noyabr 2026
112
12:20 / 13 Noyabr 2026
83
12:17 / 13 Noyabr 2026
82
12:08 / 13 Noyabr 2026
518
11:55 / 13 Noyabr 2026
96
11:45 / 13 Noyabr 2026
165
11:40 / 13 Noyabr 2026
95
11:21 / 13 Noyabr 2026
304
11:15 / 13 Noyabr 2026
101
11:12 / 13 Noyabr 2026
185
11:00 / 13 Noyabr 2026
113
10:50 / 13 Noyabr 2026
98
10:45 / 13 Noyabr 2026
149
10:39 / 13 Noyabr 2026
122
10:25 / 13 Noyabr 2026
118
10:22 / 13 Noyabr 2026
256
10:20 / 13 Noyabr 2026
109
10:08 / 13 Noyabr 2026
503
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.