Uğur və zənginlik gətirdiyi deyilən dörd doğum tarixi: Sizin də siyahıdasınız?
30 İyun 2025, 10:02
Qaynar xətt:
(+99450) 247 90 86Dəvənin qanı bu xəstəliyin dərmanı imiş — Dəvə haqda bilmədiklərimiz
MARAQLI
1602
11.05.2025, 15:07
Şərq ölkələrində «səhra gəmisi» adlandırılan dəvə bütün digər heyvanlardan özünəməxsus xüsusiyyətləri ilə seçilir. Hazırda Hindistan, Pakistan, Əfqanıstan, İran, Suriya, Ərəbistan, Orta Asiya və bəzi Afrika ölkələri dəvəçiliyin ən çox inkişaf etdiyi regionlar sayılır. Təkcə Afrikada 20-dək dəvə cinsi yetişdirilir. Qeyd edək ki, dəvələr üç cinsli olur: birhörgüçlü (dromoder), ikihörgüçlü (bakterian) və hörgüçsüz. Hörgüçsüz dəvə birhörgüçlü ilə ikihörgüçlünün törəməsidir. Bakterian ətlik, dromoder isə südlük cins sayılır.
Dəvələrin saxlanıldığı ölkələrdə ondan həm yük və minik vasitəsi kimi istifadə edir, həm də əti, südü, yunu və dərisindən yararlanırlar.
Dəvələrin gözü ikiqat kirpiklidir. Bu da onun gözlərini səhranın qum tozanağından qoruyur. O kəskin görmə və qoxubilmə qabiliyyətinə malikdir. Bu canlı istiyə ən dözümlü heyvan sayılır. Onu bütün vücudunu örtən sıx tıklər isti və soyuqdan qoruyur. Dəvələr 70 dərəcə istiyə, 50 dərəcə soyuğa davam gətirə bilirlər. Yaşlı dəvə gündə 25-30 litr su içir. Amma onlar yeganə canlıdır ki, 10-12 gün susuz da yaşaya bilir. Dəvələr günlərlə ac qala da bilirlər ki, bu zaman onun köməyinə hörgüçləri gəlir. Hörgüçlərdə vücud ağırlığının beşdə biri qədər piy toplanır. Ac qalan dəvə yaşaması üçün hörgüçlərindəki piy toxumalarında toplanan su və enerjidən istifadə edir. Hörgüçlərdə piy toxumaları azalarkən onlar yana əyilir.
Şərq ölkələrində «şubat» adlandırılan dəvə südü tibb elminin inkişaf etmədiyi dövrlərdə mədə-bağırsaq, vərəm əleyhinə ən yaxşı müalicə vasitəsi sayılıb. Vaxtı ilə Şərq ölkələrində döyüşə gedən əsgərlərə dəvə südü içirdirlərmiş ki, onun orqanizmi xəstəliklərə və susuzluğa dözümlü olsun.
Cütləşmə dövründə bu heyvanların həssaslığı artır. Bu zaman dəvələrlə aqresiv davranmaq, onları qamçılamaq, vurmaq qətiyyən olmaz. Cütləşmə zamanı erkək nər həyəcanlanarkən onun ağzından köpük axır. Bu zaman onunla aqressiv davranan insanlardan mütləq qisas almağa çalışır. Cütləşmə dövründə erkək dəvələr arasında tez-tez qovğalar baş verir. Dəvənin boğazlıq dövrü 13 aydır, balası köşək adlanır. Dəvə sahibinin əmrlərinə dərhal tabe olur, onun bir sözü ilə əyilib-qalxır.
Statistik məlumatlara istinad etsək Azərbaycanda dəvələrin sayı 1921-ci ildə 8000 baş, 1935-ci ildə isə 10263 baş olmuşdur. Təəssüf ki, kolxoz quruculuğunun ilk illərindən dəvəçiliyin iqtisadi əhəmiyyəti düzgün qiymətləndirilmədi, daha doğrusu, bu sahə başlı-başına buraxıldı. Dəvələr sürətlə azalmağa başladı. 1941-ci ildə 6500 baş, 1968-ci ildə 500 baş, 1974-cü ildə 200 baş, 1984-cü ildə 182 baş olmuşdur. Müstəqilliyimizin ilk illərində də dəvələrin baş sayının azalması müşahidə edilmiş, 1998-ci ildə onun sayı 162 başa enmişdir. Hal-hazırda bu heyvanların sayında artım müşahidə edilir, artıq onların sayı 420 başdır.
Dəvələr səhra və yarımsəhrada yaşayan heyvanlardır. Onlar əsasən kol və tikanlı bitkilərlə qidalanırlar, sürü halında yaşayırlar. Dəstəyə erkək dəvə-nər başçılıq edir. Dəvə yeganə heyvandır ki, bitkini dibdən-kökündən qoparmır. Ondan öz payını götürür-bir sözlə, dəvə mal-qaranın yay və qış otlaqlarından istifadə etdiyi yemlərə xələl gətirmir. Onlar yalnız gündüz otlayır, gecə isə bir-birinə qısılıb yatır. Hətta, şor-dəniz suyunu da bu heyvanlar içir. Yaşlı dəvə gündə 25-30 litr su qəbul edir. 47 dərəcə istidə 10-17 gün susuz qala bilir. Onlar 60-70 km məsafədə suyun səmtini asanlıqla müəyyənləşdirirlər.
Digər ev heyvanlarına nisbətən çox sürətlə böyüyürlər, 4-5 aylığında 140-160 kq, bir yaşının tamamında 220-270 kq-a, 15 aylığında bakterionlar 310 kq, bakterionlarla dromedar birinci nəsil mələzləri 390-410 kq çatırlar. Erkək dromedarlar bəzən 1300 kq gəlir.
Dəvənin əti tərkibinə görə çox zəngindir. Dəvə ətindən dadlı, ləzzətli qutab, küftə, lülə kabab hazırlanır. Bu ət dietik olmaqla yanaşı, həm də güclü müalicəvi əhəmiyyətə malikdir. Sarılıq, şəkərli diabet xəstəlikləri zamanı faydalı təsir göstərir. Bədənə istilik verir, daxili orqanların fəaliyyətini gücləndirir.
Dəvənin südü bol və keyfiyyətlidir. Arvana bir laktasiya müddətində orta hesabla 4500-5000 litr, bakterion 1000-1700 litr süd verir. Südün yağlılığı birincidə 4-4,5%, ikincidə isə 5,5 %-dir. Bu süd adi havada 2-3 sutka qalsa belə xarab olmur. Ondan bütün süd məhsulları hazırlanır. Xalq təbabətində və müasir təbabətdə göy öskürək, boğaz ağrıları, vərəm və müxtəlif mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur.
Elmi-tədqiqatların son nəticələri göstərir ki, adi otlaq şəraitində bəslənən dəvənin məhsuldarlığı tam sənaye təməli üzərində qurulan qaramalın məhsuldarlığından xeyli yüksəkdir.
Qeyd edək ki, dünyanın bir çox ölkələrində dəvə südü ilə birlikdə dəvənin qanı və sidiyi də müalicəvi vasitə kimi satılır.
Dəvələrin qanında olan “nanobady” adlanan antitellərin müalicəvi xüsusiyyəti kəşf edilib. Dəvə antitellərinin virusları tutub öldürdüyünü öyrənən tədqiqatçılar QİÇS və xərçəng kimi xəstəliklərin müalicəsində antitellərin təsirli olacağını bildirirlər. Bu şəfalı süddə inək südündən 10 dəfə çox dəmir və 3 dəfə çox C, B və digər vitaminlər var. Vitamin və minerallarla zəngin olan dəvə südü eyni zamanda bir çox xəstəlik üçün müalicəvi əhəmiyyətə malikdir. Aparılan tədqiqatlar nəticəsində bu südün diabet xəstələrinin həyat səviyyəsini qaldırdığını, autizm xəstələrinə müsbət təsir etdiyini, immun sistemini gücləndirdiyini və bu səbəbdən, üzə çıxan xəstəliklərin müalicəsində faydalı olduğu müəyyən edilib. Bütün bunlarla yanaşı, dəvə südü su və qida ehtiyacının çox olduğu səhra şəraitində yaşayan insanlar üçün, əlbəttə, çox əhəmiyyətlidir. Dəvə südü ilə, həmçinin güclü allergiyanı da müalicə etmək mümkündür. Güclü qida allergiyasında, dəvə südü, uşaqların immun sistemini bərpa etməyə malikdir.
Alimlərin elmi tədqiqatlarına əsasən dəvə sidiyinin tərkibində orqanizm üçün faydalı olan bir çox maddələr vardır: protein, azot, albumin, sidik cövhəri, kreatin, sidik turşusu, kreatinin, natrium, kalium, kalsium, maqnezium, mis, dəmir və sink.
Həmçinin, ərəblərin xalq təbabətində dəvə sidiyi qarın boşluğu xəstəlikləri, asma və təngnəfəsliyin, eləcə də xərçəngin müalicəsi üçün yararlı bir dərman hesab olunur.
Dəvə yununa görə də məhsuldar heyvandır. İldə bir dəvə orta hesabla 10-14 kq yun verir. Onun yunu zərif yunlu qoyunun yunundan qiymətlidir. Xalq təbabətində dəvə yununu yandırıb yaraya qoymaqla qanaxmanı kəsirlər. Dəvə yunundan hazırlanmış paltar yel ağrısının qənimidir. Revmatizm xəstəliyində dəvə iliyindən və ürkücünün piyindən istifadə edilir.
Gönü iribuynuzlu heyvanın gönündən daha qiymətlidir.
Sümüyündən zərgərlik məmulatı, təsbeh, qadın boyunbağısı və digər bəzək əşyaları hazırlanır.

Həmçinin oxuyun

18:26 / 05 İyul 2025
Dəfndə millimizin baş məşqçisi də iştirak edir
1
18:14 / 05 İyul 2025
Aşura Günü qanvermə aksiyasında iştirak edənlərin sayı açıqlandı - Yenilənib
4
18:00 / 05 İyul 2025
İstanbulda zəlzələ oldu
9
17:49 / 05 İyul 2025
Mahmud Əmirəliyev Rusiyada SAXLANILDI
16
17:39 / 05 İyul 2025
Mingəçevirdə Kürdə iki kater toqquşdu - Yaralılar var+Yenilənib
18
17:22 / 05 İyul 2025
Kürdə boğularaq ölən 19 yaşlı Eldənizin FOTOsu
21
17:08 / 05 İyul 2025
Ərdoğan: Azərbaycan və Rusiya arasındakı gərginlik...
29
17:05 / 05 İyul 2025
"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"
26
15:25 / 05 İyul 2025
Ağır QƏZA: yaralılardan ikisi azyaşlıdır - FOTO
88
15:14 / 05 İyul 2025
Ərdoğan Ermənistan və Azərbaycanın imzalayacağı sülh müqaviləsindən danışdı
40
15:01 / 05 İyul 2025
Trampdan Ukrayna ilə bağlı gözlənilməz qərar
108
13:19 / 05 İyul 2025
Zelenskidən sonra onlarla danışdı
41
12:54 / 05 İyul 2025
Xərçəng hüceyrələrini 30 dəqiqəyə məhv edir
56
11:23 / 05 İyul 2025
Aşura günü ilə bağlı qanvermə aksiyası başladı
61
10:28 / 05 İyul 2025
Koronavirusun yeni ştammı aşkarlandı - Sürətlə yayılır
65
09:56 / 05 İyul 2025
Bu Avropa ölkəsi Rusiyaya nota verdi
61
09:35 / 05 İyul 2025
Bu gün Aşuradır
98
09:29 / 05 İyul 2025
Kiyev sakinləri metroda gecələyir - Video
68
09:15 / 05 İyul 2025
Maşın çökəkliyə düşdü - Sürücü öldü
68
09:00 / 05 İyul 2025
Bakı sakini telefon almaq istədi, dələduzluğun qurbanı oldu - VİDEO
60
23:59 / 04 İyul 2025
“Klon”un Hadesindən Azərbaycanla bağlı paylaşım - VİDEO
98
23:49 / 04 İyul 2025
Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO
87
23:39 / 04 İyul 2025
İzmirin keçmiş bələdiyyə sədri həbs edildi
81
23:29 / 04 İyul 2025
Rusiyada azərbaycanlı deputatın maaşını kəsdilər - ŞOK SƏBƏB
117
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.