TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
339
17.04.2024, 23:10
Aparılan araşdırmalar göstərib ki, smartfon, sosial media və video oyunlarına aludə olan uşaqlar həyatlarının daha sonrakı dövrlərində psixoloji problemlərlə üzləşirlər.
OXU24.COM xəbər verir ki, kanadalı alimlər uşaqlıq və yeniyetməlik dövründə smartfondan, sosial mediadan istifadə edənlərin 23 yaşına çatdıqda paranoya, şizofreniya, halüsinasiyalarla üzləşmə ehtimallarının çox olduğunu müəyyən ediblər.
Tədqiqatçıların fikrincə, texnologiyanın özü əslində problemin səbəbi olmaya bilər. Belə ki, uşağın bu cihazlara aludə olması onun onsuz da ruhi xəstəliklərə qarşı həssas olduğuna dair xəbərdarlıq hesab edilməlidir.
"JAMA Psychiatry" jurnalında dərc edilən araşdırmanı həyata keçirən komanda bildirib:
"Smartfon, internet və sosial media asılılığı ilə psixi sağlamlıq problemləri, valideynlərin psixi sağlamlıq problemləri, təklik, zorakılıq və valideyn-uşaq münasibətlərindəki problemlər arasında əlaqə var".
Tədqiqatçılar, həmçinin xəbərdarlıq ediblər ki, aludə olan yeniyetmələri birdən-birə ekranlardan məhrum olmağa məcbur etmək nəticə verməyəcək, bu, hətta daha pis nəticələrə səbəb ola bilər. Sonradan kompüterdən istifadəni əhəmiyyətli dərəcədə azaldanların (digər şəxsi təcrübələr nəzərə alınmaqla) belə yetkinlik dövründə daha tez-tez psixotik təcrübələr yaşadıqları anlaşılıb.
Həmçinin qeyd olunub ki, depressiya video oyun aludəçiliyi və ya televizor asılılığından daha çox internetdən istifadə ilə əlaqəlidir. Texnologiyanı günahlandırmazdan əvvəl uşaq və ya yeniyetmənin niyə aludə olduğunu düşünmək tövsiyə olunub.
Oksford Universitetindən Dr. Simona vurğulayıb ki, yeniyetməlik dövründə yüksək rəqəmsal texnologiyadan istifadə səbəb olmaqdan çox, sonrakı psixi sağlamlıq problemlərinin erkən əlaməti ola bilər.
O, həmçinin mütəxəssislərin rəqəmsal texnologiyanı bütün müasir problemlərin kök səbəbi kimi görməkdən uzaqlaşdıqlarını söyləyib:
"Uşağın və ya yeniyetmənin yaşadığı şərait çox vaxt həm mediadan istifadənin artmasının, həm də psixi sağlamlıq problemlərinin əsasını qoyur".
Qeyd edək ki, tədqiqat 1997-1998-ci il təvəllüdlü 2 120 kanadalının media vərdişləri və psixotik təcrübələri əsasında aparılıb.
22:14 / 16 Sentyabr 2026
19
21:59 / 16 Sentyabr 2026
31
21:49 / 16 Sentyabr 2026
41
21:24 / 16 Sentyabr 2026
36
21:01 / 16 Sentyabr 2026
69
20:45 / 16 Sentyabr 2026
93
20:01 / 16 Sentyabr 2026
114
19:23 / 16 Sentyabr 2026
108
19:09 / 16 Sentyabr 2026
155
18:56 / 16 Sentyabr 2026
85
18:37 / 16 Sentyabr 2026
165
18:21 / 16 Sentyabr 2026
136
18:12 / 16 Sentyabr 2026
91
18:05 / 16 Sentyabr 2026
67
18:00 / 16 Sentyabr 2026
79
17:36 / 16 Sentyabr 2026
482
17:33 / 16 Sentyabr 2026
89
17:01 / 16 Sentyabr 2026
91
16:55 / 16 Sentyabr 2026
421
16:50 / 16 Sentyabr 2026
115
16:48 / 16 Sentyabr 2026
110
16:30 / 16 Sentyabr 2026
846
16:20 / 16 Sentyabr 2026
7188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.