88 yaşlı qadının meyiti tapılıb
19 Oktyabr 2026, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
837
04.10.2022, 23:23
Sentyabrın 14-ü Sumqayıt Şəhər Polis İdarəsinə 1941-ci il təvəllüdlü Nadir Rzayevin itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.
İstintaqla zərərçəkmişin tanışı 1977-ci il təvəllüdlü Samir Abbasovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nadir Rzayevi boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Daxili İşlər Nazirliyi qətllə bağlı məlumat yayıb.
DİN-dən Oxu24.com-a verilən məlumatda bildirilib ki, oktyabrın 3-də saat 19 radələrində Nadir Rzayevin üzərində zorakılıq əlamətləri olan meyitinin evinin həyətində basdırılmış vəziyyətdə tapılması ilə əlaqədar şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Abbasovun Nadir Rzayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Samir Abbasov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, 81 yaşlı Nadir Rzayevi öldürməkdə şübhəli bilinən 45 yaşlı Samir Abbasov onun evində usta işləyirmiş. Aralarında düşən mübahisə zamanı tərəflər bir-birini kobud ifadələrlə təhqir edib. Bu zaman S. Abbasov 81 yaşlı kişini küt alətlə vuraraq qətlə yetirib və meyitini həyətdə basdırıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
00:26 / 20 Oktyabr 2026
48
00:19 / 20 Oktyabr 2026
72
23:56 / 19 Oktyabr 2026
77
23:45 / 19 Oktyabr 2026
71
23:40 / 19 Oktyabr 2026
70
23:36 / 19 Oktyabr 2026
91
23:36 / 19 Oktyabr 2026
89
23:34 / 19 Oktyabr 2026
77
23:30 / 19 Oktyabr 2026
92
23:30 / 19 Oktyabr 2026
109
23:27 / 19 Oktyabr 2026
73
23:26 / 19 Oktyabr 2026
90
23:24 / 19 Oktyabr 2026
265
23:20 / 19 Oktyabr 2026
85
23:16 / 19 Oktyabr 2026
76
23:10 / 19 Oktyabr 2026
76
23:04 / 19 Oktyabr 2026
74
23:03 / 19 Oktyabr 2026
75
22:25 / 19 Oktyabr 2026
150
22:22 / 19 Oktyabr 2026
80
22:11 / 19 Oktyabr 2026
95
22:06 / 19 Oktyabr 2026
261
21:37 / 19 Oktyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.