Ərdoğan Azərbaycandan hansı mesajı verib? — Politoloq siyasi mənasını AÇIQLADI
09 Noyabr 2026, 13:11
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
276
19.10.2026, 18:50
Azərbaycanda məktəblərdə vahid geyim qaydaları və təhsil müəssisələrində dini simvolların, o cümlədən hicabın tətbiqi ilə bağlı müzakirələr səngimir. Türkiyədən bəzi siyasi dairələrin və rəsmilərin bu qərara yönəlik tənqidi çıxışlarına yerli ekspertlərdən sərt reaksiya gəlib.
Məsələ ilə bağlı Oxu24.com-a danışan politoloq Fikrət Sadıqov bildirib ki, ölkəmizin daxili təhsil siyasətinə və məktəb qaydalarına kənardan müdaxilə etmək yolverilməzdir.
Politoloq qeyd edib ki, məktəblərdə geyim qaydaları və şagirdlərin hansı formada dərsə gəlməsi məsələsi tam olaraq Azərbaycanın daxili işidir və bu proses heç kəsi narahat etməməlidir:
"Bizim məktəb formasının necə geyinilməsi və şagirdlərin məktəbə getmək qaydaları heç kəsi narahat etməməlidir və heç kəs buna müdaxilə etməməlidir. Nə müttəfiqlərimiz, nə tərəfdaşlarımız, nə də heç bir başqa bir qüvvə. Kimsə əgər hesab edir ki, bizə nəsə diktə edə bilər, çox yanılır. Çünki biz digər dövlətlərin daxili işlərinə qarışmırıq. Biz də nəsə deyə bilərik, bizim də ola bilsin ki müəyyən təkliflərimiz və narazılığımız ola bilərdi, amma biz bunu səsləndirmirik, üzə çıxarmırıq”.
Fikrət Sadıqovun sözlərinə görə, Azərbaycanda da digər dünyəvi dövlətlər kimi dini simvolların tətbiqi və məktəb forması ilə bağlı qərar qəbul olunub:
"Ona görə bu məsələdə elə bütün dövlətlər kimi, biz də o dini simvolların olması ilə bağlı qərar qəbul etmişik. Yəni məktəbdə şagirdlər oxumalıdır, dərs keçməlidir, müəyyən qaydalara əməl etməlidir. Və bu heç də o demək deyil ki, biz kimisə, hansısa bir şagirdi dinindən ayırırıq və yaxud ona bunu qadağan edirik. Onun ailəsi var, ibadət formatında öz inamını təsdiq etməlidir”.
Sonda məktəblərin xüsusi təhsil müəssisəsi olduğunu vurğulayan politoloq bildirib ki, hər kəs Nazirlər Kabinetinin sərəncamına uyğun qaydalara riayət etməlidir:
"Amma məktəb elə bir müəssisədir ki, burada Nazirlər Kabinetinin sərəncamına uyğun müəyyən formada gəlmək lazımdır. Və bu, təbii ki, heç bir dövlətin maraqlarına sataşan, o maraqlara vuran və onların maraqlarına zidd bir addım deyil. Heç kəs narahat olmasın, o cümlədən bizim Türkiyə qardaşlarımız da”.
Çimnaz Telmanqızı
13:44 / 09 Noyabr 2026
1
13:21 / 09 Noyabr 2026
55
13:11 / 09 Noyabr 2026
97
12:57 / 09 Noyabr 2026
715
12:55 / 09 Noyabr 2026
86
12:40 / 09 Noyabr 2026
180
12:27 / 09 Noyabr 2026
117
12:15 / 09 Noyabr 2026
279
12:03 / 09 Noyabr 2026
1011
11:56 / 09 Noyabr 2026
120
11:56 / 09 Noyabr 2026
159
11:43 / 09 Noyabr 2026
123
11:37 / 09 Noyabr 2026
266
11:34 / 09 Noyabr 2026
116
11:30 / 09 Noyabr 2026
107
11:22 / 09 Noyabr 2026
116
11:09 / 09 Noyabr 2026
362
11:05 / 09 Noyabr 2026
166
10:55 / 09 Noyabr 2026
228
10:51 / 09 Noyabr 2026
445
10:44 / 09 Noyabr 2026
204
10:38 / 09 Noyabr 2026
267
10:30 / 09 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.